Məhkəmə qərarları › İş №8(3-7)-83/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-83/2026

22.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-83/2026 22.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar borclu Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin hesablanaraq indeksasiya olunması və alimentin miqdarının artırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin ## ###### 2016-cı il arixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Borclu ##.##.2015-ci il təvəllüdlü X2 üçün 140 manat aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsinin indeksasiya olunaraq alimentin miqdarının dəyişdirilməsini istəyir. Borclu Borclu valideyinlik borcunu yerinə yetirmir, uşağın maddi ehtiyacları ilə maraqlanmır. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək təkbaşına olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin maraqlı şəxs uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında hər hansı bir köməkliyini göstərmir. Uşağın müalicəsi ilə əlaqədar xərcləri təkbaşına qarşılayır. Ona görə də Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin hesablanaraq indeksasiya olunması və alimentin miqdarının artırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Nemət Musayev) əsasən ərizə təmin edilərək, ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,33 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu şikayət verərək, Qazax Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hal-hazırda mən “xxxx” MMC-də növbətçi elektrik mantyoru vəzifəsində işləyir. Aylıq əmək haqqım rəsmi olaraq 660 (altı yüz altmış) manat, vergilər çıxıldıqdan sonra 610 (altı yüz on) manat təşkil edir. Özüm ailəlidir və himayəsində 2 azyaşlı övladı var. Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 8 (*-***)-**/**** nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin indeksasiyası ilə müəyən edilmiş ölkə üzrə mimimum əmək haqqını məbləğinin 1.33 misli (yəni 532) manat yüksək məbləğdir ki, bu da 2026-cı il uşaqlar üçün yaşayış minimumundan yəni 260 (iki yüz altmış) manatdan belə 1 dəfə yüksək bir məbləğdir. Müəyyən olunmuş alimentin miqdarının ödənilməsində onun üçün xeyli çətinlik yaradar və himayəsində olan digər iki azyaşlı övladlarnın maddi tələbatlarını qarşılamağa imkan verməz. Əlavə olaraq icra sənədi üzrə onun aliment borcu yaranar ki, bu da gələcəkdə məhkəmə qətnaməsinin icrası ilə bağlı ona əlavə inzibati və cinayət məsuliyyəti yaradar. Bildirir ki, Valideynlər uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malikdir. Yəni uşağı saxlamaq hər iki tərəfin vəzifəsidir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin ailə və maddi vəziyyəti və tərəflərin diqqətəlayiq olan bütün halları nəzərə almalıdır. Qazax rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 8 (*-***)-**/**** nömrəli qərardadı ilə alimentin indeksasiya qaydasında 1.33 misli (yəni 532) manat müəyyən olunmuşdur ki, sadaladığı hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında dəyişiklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il JNa ** nömrəli qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onunmiqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşma çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Qazax Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işin materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsasında ##.##.2015-ci il tarixdə anadan olmuş Sunay adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq Borclu oğlundan hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyası zamanı 2016-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 140 manat sabit pul məbləğində alimentin tutulmasını və 2026-cı ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş bir uşaq üçün alimentin miqdarının 2016-cı il üzrə müəyyən edilmiş 105 manat məbləğində minimum əmək haqqının 1,33 mislini təşkil etdiyini nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). Beləliklə, məhkəmə kollegiyası 2016-cı il tarixdən hazırkı dövrədək olan müddət ərzində ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğindəki artımı və valideynlərin hər ikisinin övladını saxlamaq vəzifəsini də nəzərə alaraq hesab edir ki,şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 110, 232 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Qazax Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar