Məhkəmə qərarları › İş №8(3-7)-84/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-84/2026

22.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-84/2026 22.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi lə iddia təmin edilərək, cavabdehlər X1, X5 qızı, Borclu və X2 30.000 manat borc, vurulmuş ziyanın əvəzi kimi 10.704 manat, 213 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 manat vəkilə ödənilmiş xidmət haqqının əvəzinin alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Borclu Borclu Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinin ##.##.2025ci tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə X1, X5, Borclu və X2 30.000 manat borc, vurulmuş ziyanın əvəzi kimi 10.704 manat, 213 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 manat vəkilə ödənilmiş xidmət haqqının əvəzinin alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməyərək, Şuşa Rayon Məhkəməsinin e- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Qeyd edir ki, rəsmi iş yeri və adına hər hansı əmlak yoxdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği birdəfəlik ödəmək üçün maddi imkanı çatmır. Həmin borcu ayda 300 manat olmaqla, hissə-hissə ödəməyə gücü çatır. Bu səbəbdən də hesab edir ki, qətnamənin hissə-hissə icra edilməsinə zərurət vardır. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə ərizəçi Borclu Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin hissəhissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Ərizəçi Borclu Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra işin 7 gün müddətində Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, tələb olunan məbləği birdəfəlik ödəmək üçün maddi imkanı yoxdur. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və tələbkarın şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işin hallarında müəyyən olunur ki, iş materiallarında olan Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli, *(***)-***/**** saylı qətnaməsindən göründüyü kimi, cavabdehlər X1, X5, Borclu və X2 30.000 manat borc, vurulmuş ziyanın əvəzi kimi 10.704 manat, 213 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 manat vəkilə ödənilmiş xidmət haqqının əvəzinin alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Borclu ərizəsində heç bir yerdə işləmədiyini və maddi vəziyyəti ilə əlaqədar borcunu birdəfəlik ödəyə bilməyəcəyini bildirməsinə baxmayaraq, həmin halları təsdiq edən mötəbər sübut növü iş materiallarında mövcud deyildir və məhkəmə kollegiyasına təqdim edilməmişdir. Digər tərəfdən qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə yalnız borclunun yox, eyni zamanda tələbkarın da maddi və əmlak vəziyyətini nəzərə almalıdır. Bundan başqa, borcun hissə-hissə ödənilməsi tələbkarın əmlak mənafelərinə zərər vura bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3-cü bəndinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanun qüvvəyə minmiş qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndinə əsasən, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş üzrə tələbkarın pul vəsaitinin qaytarılması barədə qətnamənin qanuni qüvvəyə minib icraya yönəldilməsindən sonra borclu tərəfindən hər hansı məbləğin ödənilməsi iş materialarından görünmür. Eyni zamanda borclu qətnamənin hissə-hissə icra olunmasını tələb etsə də, aylıq 300 manat ödəməyi təklif edir ki, bu da qətnamənin 11 ildən artıq müddət ərzində icra olunması deməkdir. Belə olan halda qətnamənin icrası tələbkar üçün əhəmiyyətini itirmiş olacaqdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar