Məhkəmə qərarları › İş №8(3-7)-86/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-86/2026

10.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-86/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Alimentin indeksasiya edilməsi barədə iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin indeksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maddi vəziyyəti aşağıdır, məhkəmə tərəfindən kəsilmiş aliment məbləği uşaqların saxlanması üçün kifayət etmir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunması, ##.##.2015ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bu qərardadı çıxararkən onun ailə və maddi vəziyyətini tam və obyektiv araşdırmamış, qərardad əsassız və qanunsuz maddi hallara istinadən çıxarılmışdır. Belə ki, rəsmi iş yerinin və daimi gəlirinin olmaması məhkəmə iclasında da bildirdiyi kimi, onun heç bir rəsmi iş yeri və sabit gəlir mənbəyi yoxdur. Təyin edilmiş əvvəlki 300 manat sabit aliment məbləğini belə hər ay böyük maddi sıxıntılarla, borc və xərc daxilində ödəyir. Gəlirlərinin qeyri-sabit olması və işsizliyi nəzərə alınmadan aliment yükünün indeksasiya adı ilə ağırlaşdırılması onu tamamilə çıxılmaz duruma salır. Himayəsində yeni azyaşlı körpə uşaq olması faktı qərardadın mətni daxilində də qeyd olunduğu kimi, o, yenidən ailə qurub və bu nikahdan himayəsində azyaşlı uşağı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.4-cü maddəsinə əsasən, məhkəmə aliment məsələlərinə baxarkən tərəflərin dəyişmiş ailə və maddi vəziyyətini, xüsusən də himayəsində olan digər şəxsləri mütləq nəzərə almalıdır. Birinci instansiya məhkəməsi yeni doğulmuş azyaşlı körpə uşağın bez, qida, geyim və tibbi xərclərini, onun təminat hüququnun nəzərə almadan qərar çıxarmışdır. İndeksasiya nəticəsində yaranan əlavə maddi yük himayəsindəki digər körpənin yaşayış səviyyəsinə birbaşa mənfi təsir göstərəcəkdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətinin məzmununa və dəlillərinə münasibətdə qeyd edir ki, maraqlı şəxs şikayətində yalnız indeksasiya edilmiş alimentin miqdarını mübahisələndirmiş və azaldılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş, cavabdeh Borclu ##.##.2015ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ##.##.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, Ərizəni verən şəxs ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi indeksasiya edilməli olan alimentin Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2022-ci ildə 300 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab etmişdir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalıdır. Qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2022-ci il üçün 300 manat, 2026-cı il üzrə isə 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2022-cı ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2022-ci il üzrə müəyyən edilmiş (150:300=0,5) manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyindən, ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin maddi və prosessual hüquqi əsasları, o cümlədən hesablamalar düzgün müəyyən edilmiş, uşaqların mənafeyi üstün tutulmaqla, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). «Minimum aylıq əməkhaqqının məbləğinin artırılması» və «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli **** nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği ## ###### 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği ## ###### 2017-ci il tarixdə 116 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmiş, 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır. Məhkəmə kollegiyası maraqlı şəxs Borclu maddi imkanının aşağı olması, işsiz olması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası maraqlı şəxs Borclu yenidən ailə qurub və bu nikahdan himayəsində azyaşlı uşağının olması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin (tələbkar) aliment məbləğinin indeksasiya olunması barədə ərizəsinə baxılmışdır. Hazırki işdə alimentin məbləğinin artırılması və ya azaldılması istisna edilir. Maraqlı şəxs alimentin miqdarının dəyişdirilməsi ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndinə əsasən, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2, Azərbaycan Respublikası MPM-nin 232.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar