Məhkəmə qərarları › İş №8(3-7)-87/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-87/2026

10.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-87/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəni verən şəxs şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz Rayon Icra və probasiya Şöbəsinin böyük icra məmuru X1 qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarında qeyd olunmuş 13680 manat aliment borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, ## ### 2023-cü il tarixdən başlayaraq ##.##.2016-cı ildə anadan olmuş X3 və ##.##.2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəni verən şəxs hər ay 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment alınaraq Maraqlı şəxs verilməsi və aliment üzrə tutulmalarda ## ######## 2023-cü il tarixli qərardad üzrə tutulmuş məbləğlərin nəzərə alınması qət edilmişdir. ## ###### 2024-cü il tarixdə həmin qətnamə Tovuz Rayon Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdən icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. Lakin həmin tarixdən (yəni ## ### 2023-cü il tarixdən) etibarən qızları Aylin Məmmədova və Ayan Məmmədova onun yanında yaşamış, onların bütün maddi xərcləri ataları tərəfindən qarşılanmışdır. Övladlarının onun yanında yaşaması barədə Tovuz Rayon Icra və Probasiya Şöbəsinə (RIPŞ) şifahi qaydada məlumat verilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Tovuz Rayon Icra və probasiya Şöbəsinin böyük icra məmuru X1 aliment borcunun müəyyən edilməsi haqda ##.##.2026-cı il tarixli qərarı ləğv edilmiş və həmin qərarla müəyyən edilmiş 13.680 manat aliment borcunun silinməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından Maraqlı şəxs şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, şəxsin verdiyi şikayət üzrə rayon məhkəməsində işə baxıla bilməz, çünki icra məmurunun hərəkət və ya hərəkətsizliyi barədə şikayət, “Icra haqqında” Qanunun 87-ci maddəsinə əsasən, icra məmurunun olduğu ərazi üzrə, şəxsə məlumat verildiyi gündən etibarən 10 gün müddətində inzibati məhkəməyə təqdim edilməlidir. Burada hərəkət və ya hərəkətsizlik icra məmuruna aid olsa da, borcun yığılması məhkəmə qətnaməsi üzrə həyata keçirilir, yəni məhkəmə qətnaməsi mütləq icra olunmalıdır. Həmçinin şəxsin şikayət ərizəsinə diqqət yetirsək görərik ki, icra məmurunun qəbul etdiyi və şikayət verilə bilən qərarlar sırasında belə bir qərar nəzərdə tutulmamışdır. Məhkəmənin qüvvəyə minmiş qərarlarını icra etmək icra məmurunun vəzifə borcudur. Bu mübahisəyə inzibati məhkəmə baxmalıdır. Rayon məhkəməsi isə ancaq borcun silinməsi ilə bağlı iddia ərizəsi ilə müraciət edildiyi halda, Mülki Prosessual Məcəllənin müddətləri daxilində (4 ay) işə baxaraq yekun qətnamə çıxarmalıdır. Məhkəmənin mövqeyi tam qanunsuz və əsassızdır. Məhkəmə hazırkı vəziyyətdə qərardad qəbul etsə də, qərardadda qətnamə mövqeyinə uyğun prosessual hərəkətlər etmiş, şahidləri və uşaqları dindirmişdir. Məhkəmə hazırkı iş üzrə öz qətnaməsi mövcud olduğu üçün həmin qətnamədəki hallardan yazmışdır. Bu işə rayon məhkəməsində baxılmamalı idi. Etirazda da bildirilir ki, uşaqlar çox vaxt onun yanında olub. Qarşı tərəfin göstərdiyi hallar və məhkəmənin əsaslandığı arqumentlər tam qanunsuz və əsassızdır. Uşaqların hər ikisi qız uşağıdır, ərizəçi şəxs isə hərbçidir və uşaqlar nəzarətsiz qalır. Əslində, icra məmurunun hərəkətsiz qalması indiyə qədər Ərizəni verən şəxs xeyrinə olmuşdur. Bir çox şikayətlərdən sonra alimentin əməkhaqqına yönəldilməsi qərara alındıqda və icra məmuru hərəkətə keçdikdə, Ərizəni verən şəxs da dərhal hərəkətə keçmişdir. Belə çıxır ki, icra məmuru Ərizəni verən şəxs əməkhaqqına yönəlmə etməməli və hərəkətsiz qalmalı idi. Əksinə, icra məmurunun hərəkətlərindən (və ya hərəkətsizliyindən) Icra Baş Idarəsinə və Ədliyyə Nazirliyinə digər tərəf müraciət etməli idi. Çünki o, şəxsin özünü dəfələrlə döyməsini, aralarında mübahisə olmasına rəğmən onun saxlanılmasını və cərimə olunmasını istəyir. Tovuz Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi icra məmuru X1 aliment borcunun müəyyən edilməsi haqda ##.##.2026-cı il tarixli qərarını ləğv edilməsi və həmin qərarla müəyyən edilmiş 13.680 manat aliment borcunun silinməsi qərarına gəlsə də, yalnız borclunun ərizəsində qeyd xsüsusatlara istinad etmiş və uşaqların izahatını nəzərə almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi icra məmuru X1 aliment borcunun müəyyən edilməsi haqda ##.##.2026-cı il tarixli qərarı ləğv edilməsi və həmin qərarla müəyyən edilmiş 13.680 manat aliment borcunun silinməsi qərarına gəlsə də, tələbkarın etiraz etdiyi halları, uşaqların nə vaxtdan borclunun yanında olmasını, borcun hansı vaxtdan yaranmasını araşdırmamış, bununla bağlı icra məmurunun izahatını almamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, qərardadda qeyd edilən məsələlərin yenidən araşdırılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar