Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-91/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəni verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 hərəkətsizliyindən verdiyi şikayət üzrə Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli qərardadlarından Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəni verən şəxs məhkəməyə şikayətlə müraciət edərək, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-***/*** saylı qətnaməsinin və Bərdə Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyi ilə vurduğu maddi zərərə görə 1000 (bir min) manat pulun icra məmuru X1 təzminat qaydasında xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadına əsasən, Ərizəni verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 hərəkətsizliyindən verdiyi şikayətinin qəbul edilməsindən imtina edilməsi, Ərizəni verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 hərəkətsizliyindən verdiyi şikayətin və ona əlavə edilmiş sənədlərin Ərizəni verən şəxs geri qaytarılması və Ərizəni verən şəxs hazırkı tələblə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməsinin izah edilməsi qərara alınmışdır. Ərizəni verən şəxs məhkəməyə şikayətlə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini, müvafiq şikayəti üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-***/*** saylı qətnaməsinin və Bərdə Rayon Məhkəməsinin ## #### 2023cü il tarixli, *(***)-***/**** saylı qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyi ilə vurduğu maddi zərərə görə 1000 (bir min) manat pulun icra məmuru cənab X1 təzminat qaydasında xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadına əsasən, Ərizəni verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 hərəkətsizliyindən verdiyi şikayət üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Ərizəni verən şəxs verdiyi şikayətinin qaytarılması qərara alınmışdır. Ərizəni verən şəxs yenidən məhkəməyə şikayətlə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadlarının ləğv edilərək icra məmuru X1 hərəkətsizliyindən verilmiş şikayətin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsindən göründüyü kimi, Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə isə heç bir qanuni əsas olmadan onun Bərdə Rayon Məhkəməsində baxılmalı olan şikayətimə baxmaqdan imtina edir. Məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Lakin məhkəmə onun müraciət etmək hüququnu məhdudlaşdırır. Həmçinin Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Nəzərə almaq lazımdır ki, icra məmururunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətlərə ümumi məhkəmələrdə baxılır. Məhkəmə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətlərə inzibati məhkəmələrdə baxılmalı olduğunu hesab edir və bu minvalda da davam edərək əsassız məhkəmə aktları qəbul edir. O da bu qərardadlardan şikayət vermək məcburiyyətində qalır. Məhkəmə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətlərə inzibati məhkəmələrdə baxılmalı olduğunu hesab etsə də, bunu sübut edəcək hüquq normalarını təqdim etmir. Məhkəmə təcrübəsinə əsasən icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətlərə ümumi məhkəmələrdə baxılır. Burada əsas məsələ də icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətə baxılmasıdır. Əsaslı, qanuni, işində tələbkar olaraq hüquqlarımın pozulması məsələsi bir kənarda qalıb məhkəmə diqqətini verilmiş şikayətdəki prosessual yalnışlıqlara yönəldib. Nəzərə almaq lazımdır ki, o, hüquqşünas və ya vəkil deyil ki, tərtib etdiyi şikayətdə heç bir prosessual yanlışlıq olmasın. Hesab etmişdir ki, məhkəmə diqqətini şikayətdəki prosessual yalnışlıqlara yönəldib ərizəni geri qaytarmaqdansa, ərizəni icraatı qəbul edib haqlı şikayəti üzrə müraciət imkanlarını genişləndirə bilər. Məhkəmə aktındakı və ya aktlarındakı heç bir nəticə işin hallarına uyğun gəlmir. Hesab etmişdir ki, məhkəmə işinin gedişinə məhkəmənin apellyasiya instansiya tərəfindən hüquqi qiymət verilməlidir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli qərardadları tam ləğv edilməli və şikayət ərizəsinin icraata qəbul məsələsinin yenidən araşdırılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında qeyd etmişdir ki, Ərizəni verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə Rayon Məhkəməsinin *(***)-***/*** saylı, ## #### 2020-ci il tarixli qətnaməsinin və Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2023-cü il tarixli qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyi ilə vurduğu maddi zərərə görə 1000 (bir min) manat məbləğində pulun icra məmuru X1 alınıb təzminat qaydasında xeyrinə ödənilməsi tələbi ilə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəməyə müraciət etməli olduğu halda məhkəmə aidiyyəti qaydalarını pozaraq Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəni verən şəxs məhkəməyə şikayətlə müraciət edərək, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-***/*** saylı qətnaməsinin və Bərdə Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyi ilə vurduğu maddi zərərə görə 1000 (bir min) manat pulun icra məmuru X1 təzminat qaydasında xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təcrübəsinə əsasən icra məmururunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətlərə ümumi məhkəmələrdə baxılır. İşə baxan məhkəmə tərəfindən həmin hallar tam araşdırılmamış və düzgün olmayan hüquqi nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında qeyd etmişdir ki, şikayət Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələbləri pozulmaqla tərtib edildiyindən, yəni forma və məzmununa riayət edilmədiyi üçün geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 16-18-ci vərəqlərində olan şikayət ilə müəyyən olunur ki, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməklə verilmişdir. Şikayətin forması MPM-ə * saylı əlavəsində müəyyən edilmiş qaydalara uyğun olmuşdur. Elektron qaydada tərtib olunmuş və imzalanmış, bütün bəndlər üzrə münasibət bildirilmiş, maddi və prosessual hüquq normasının pozulması əsasları göstərilmişdir. Şikayətin qeyd olunan səbəblərdən geri qaytarılması üçün əsas olmamışdır. İşə baxan məhkəmə düzgün olmayan nəticəyə gəlməklə, gəldiyi nəticəni qərardadda lazımi qaydada əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il # ##### tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarları). Məhkəmə aidiyyəti qaydalarına ciddi riayət olunması işlərə obyektiv, qərəzsiz və operativ şəkildə baxılmasının əsas şərtidir. Aidiyyət qaydalarının pozulması şəxsin qanuni məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilə bilər. İşə səhvən başqa məhkəmənin baxması və ya aidiyyət üzrə sürüüncəçiliyə yol verilməsi yolverilməzdir. Məhkəmə işə baxarkən qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.7, 398.0.2 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli qərardadlarından Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli qərardadları tam ləğv edilsin. Ərizəni verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 hərəkətsizliyindən verdiyi şikayət ərizəsinin icraata qəbul məsələsinin yenidən araşdırılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-91/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-91/2026
14.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver