Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-93/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi İsgəndərova Aytac Cahangir qızının borclu İsayev Xəyyam Vahid oğluna və maraqlı şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinə qarşı “aliment məbləğinin indeksasiya olunması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadından borclu İsayev Xəyyam Vahid oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İsgəndərova Aytac Cahangir qızı məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2()21)_ 5644/2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği ( 100) manat 2025-ci il tarixində təsdqi olunmuş minumum əmək haqqının (400) manata münasibətdə 0,65 misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o İsgəndərova Aytac Cahangir qızı ##.##.1999-cu ildə Yevlax şəhərində anadan olmuş, İsayev Xəyyam Vahid oğlu ilə ##.##.2015- ci il tarixində ailə qurub evlənmişdir, birgə nigahlarından ##.##.2016-cı il təvəllüdlü İsayeva Mələk Xəyyam qızı adında övladımız dünyaya gəlmişdir. Qızı hal-hazırda onun himayəsindəədir.Yevlax rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2016-cı il təvəllüdlü İsayeva Mələk Xəyyam qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağı üçün 70-80 manat sabit pul məbləğində alimentin cavabdeh İsayev Xəyyam Vahid oğlundan alınaraq ona verilməsi qət edilmişdir. Bu alimentlə uşağı saxlamaq çox çətindir. Borclunun kifayət qədər maddi imkanları vardır.Uşağı saxlamaq üçün normal aliment ödəmir. Halbuki buna hər cür imkanı vardır. Ona də görə alimentin əvvəlki səviyyəsinin indeksləşdirilməsinin yəni, hazırki minumum əmək haqqının 0,65 misli həddində indeksasiya edilməsini xahiş edir. Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən borclu İsayev Xəyyam Vahid oğlundan İsgəndərova Aytac Cahangir qızının xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər ay, bir uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.73 misli həddində indeksasiya olunması, indeksasiya edilmiş aliment məbləğinin tutulmasına qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlanılması, qərardadın icrasının Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu İsayev Xəyyam Vahid oğlu şikayət verərək, qərardadın ləğv edilməsini və alimentin miqdarının azaldılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı qəbul olunarkən bütün faktiki hallar nəzərə alınmamışdır. Belə ki, İsgəndərova Aytac Cahangir qızı məhkəmədə tamamən yalan danışmışdır. Uşağı təkbaşına saxlamaqda çətinlik çəkdiyini deyir, amma o, alimenti həmişə vaxtında ödəmişdir. Qızı Mələk onun evinə gələndə həmişə ona yaxşı baxmış, ürəyi nə istəsə alıb vermişdir. Qızılından tutmuş dondurmasına qədər almışdır. O, moykada günəmuzd işləyirdi. Hazırda sağlamlığında ciddi problemlər olduğu üçün müalicə alır. Bərdə rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı qəbul olunarkən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Belə ki, məhkəmənin vaxtı ilə bağlı məktub şəxsən onlara verilməmişdir. Onlar 30 may tarixində həyətdən məktub tapmış, məlum olmuşdur ki bu məhkəmə bildirişidir. Bu səbəbdən o, məhkəmədə iştirak edib öz haqqını sübut edə bilməmişdir. Təyin edilmiş aliment tamamilə haqsız təyin edilmişdir. İşləməyən birisi 292 manat alimenti necə ödəsin, bu insan necə yaşayıb həyatına davam etsin? Bərdə rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadının qəbul olunarkən gəldiyi nəticə işin hallarına uyğun deyildir. O, hazırda işləmir. Onların ailədə heç kim işləmir. sabit bir gəliri yoxdur. Onsuz da bu uşaq onların evinə gəldikcə onlar onun hər qayğısını çəkir və qeydinə qalır. O, günəmuzd işləyib alimenti ödəməyə çalışmışdır. Alimentin artırılması isə onu çox çətin vəziyyətə salmışdır. Günəmuzd işləməklə bu pulu necə ödəsin? Borclu vəziyyətə düşəcək, bu onu daha pis vəziyyətə salacaqdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətinin məzmununa və dəlillərinə münasibətdə qeyd edir ki, maraqlı şəxs şikayətində yalnız indeksasiya edilmiş alimentin miqdarını mübahisələndirmiş və azaldılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2017-ci il tarixli qətnaməsi ilə İsayeva Mələk Xəyyam qızının ## ### 2016-cı ildə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olması faktının müəyyən edilməsi, İsayev Xəyyam Vahid oğlunun ## ### 2016-cı ildə anadan olmuş İsayeva Mələk Xəyyam qızının atası olması faktının müəyyən edilməsi, ## ####### 2017-ci il tarixdən başlayaraq ## ### 2016-cı ildə anadan olmuş İsayeva Mələk Xəyyam qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İsayev Xəyyam Vahid oğlundan hər ay 85 (səksən beş) manat miqdarında aliment alınaraq İsgəndərova Aytac Cahangir qızına verilməsi, cavabdeh İsayev Xəyyam Vahid oğlundan 30 manat məbləğində dövlət rüsumunun alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi indeksasiya edilməli olan alimentin Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2017-ci il tarixli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2017-ci ildə 116 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab etmişdir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalıdır. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2017-ci il üçün 116 manat, 2026-cı il üzrə isə 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2017-cı ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 85 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2026-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,73 mislini təşkil etdiyindən (85:116=0,73), ## ### 2016-cı ildə anadan olmuş İsayeva Mələk Xəyyam qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün İsayev Xəyyam Vahid oğlundan İsgəndərova Aytac Cahangir qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.73 misli həddində indeksasiya edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin maddi və prosessual hüquqi əsasları, o cümlədən hesablamalar düzgün müəyyən edilmiş, uşağın mənafeyi üstün tutulmaqla, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2017-ci il ######ın #-dən etibarən 116 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmiş, 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır. Məhkəmə kollegiyası borclu Xəyyam İsayev maddi imkanının aşağı olması, “moyka”da günəmuzd işləməsi ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası borclu Xəyyam İsayevin alimentin miqdarının azaldılması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin (tələbkar) aliment məbləğinin indeksasiya olunması barədə ərizəsinə baxılmışdır. Hazırki işdə alimentin məbləğinin artırılması və ya azaldılması istisna edilir. Borclunun alimentin miqdarının dəyişdirilməsi ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndinə əsasən, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Məhkəmə kollegiyası borclu Xəyyam İsayevin məhkəmə iclasının çəkişmə prinsipinin pozulması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarının 18-ci vərəqindən görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə borclu Xəyyam İsayevin +************ nömrəli mobil telefonuna SMS xəbərdarlıq göndərilmişdir. Ərizənin mahiyyəti etibarilə məhkəmə kollegiyası hesab edir ki, borclunun məhkəmə iclasında iştirak etməməsi çəkişmə prinsipinin pozulması və prosessual qaydalara əməl olunmaması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2, Azərbaycan Respublikası MPM-nin 232.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu İsayev Xəyyam Vahid oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-93/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-93/2026
14.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver