Məhkəmə qərarları › İş №8(3-7)-96/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-96/2026

26.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-96/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Tələbkar Ərizəni verən şəxs borclular borclu1 və borclu2, maraqlı şəxslər Gəncə şəhəri üzrə Icra Idarəsinə və Daşkəsən rayon Icra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ödənilməli pul məbləğinin indeksasiya olunması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Müəyyən etdi: Tələbkar Ərizəni verən şəxs borclular borclu1 və borclu2, maraqlı şəxslər Gəncə şəhəri Icra idarəsi və Daşkəsən rayonu icra və probasiya şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cı il tarixli məhkəmə qərarı ilə ödənilməyən 917 manat məbləğ indeksləşdirilərək 2014-ci il sentyabr ayından - 2026-cı ilin aprel ayınadək 214,80 manat faiz artımı (917 AZN x 214.80 % = 1969.72 manat) nəzərə alaraq cəmi 2886.72 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə tələbkar Ərizəni verən şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsi barədə ərizəsi rədd edilmişdir. ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qəradadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2014-ci il tarixli məhkəmə qərarına əsasən, borclular borclu1 və borclu2 cəmi 917 manat məbləğində pulun X1 xeyrinə tutulması qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. Indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləriindeksinin hesablanmasından görünür ki, 2026-cı il aprel ayında 2015-ci il dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 197,90 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,0 dəfə artmışdır. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Ərizəni verən şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsi barədə ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, həmin şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli qərarında ifadə olunmuş məcburi hüquqi mövqeyi nəzərə almamış və nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddənin məqsədi məhkəmə qərarı ilə müəyyən edilmiş pul məbləğinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpasından ibarətdir. Məhkəmə isə qanunvericilikdə nəzərdə tutulmayan əlavə şərtlər tətbiq etməklə indeksasiya hüququnun həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmış və nəticədə normanı düzgün tətbiq etməmişdir. Beləliklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində indeksasiya barədə ərizəyə baxılması qaydası müəyyən edilmişdir. Həmin normada ərizənin təmin olunması üçün məhkəmənin qərardadda istinad etdiyi əlavə prosessual şərtlər nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə qanunvericilikdə mövcud olmayan əlavə tələblər tətbiq etmiş, ərizəçinin üzərinə nəzərdə tutulmayan sübutetmə yükü qoymuş və bununla da prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Buna görə də Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı əsassız olduğuna görə ləğv edilməlidir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş tələbkarın ərizəsinə yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Indeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir”. Qeyd olunanları əsas gətirərək Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin tələbin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmasına, eyni zamanda “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun(bundan sonra- Qanun) 3-cü maddəsinə istinad etməklə indeksasiyanın mümkünsüzlüyü barədə gəldiyi nəticə düzgün deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## #### 2025-ci il tarixli qərarında Qanun üzrə indeksasiyanın obyektləri ilə məhkəmə qətnaməsi üzrə tutulmalı pul məbləğlərinin indeksasiya obyektlərinin fərqli olduğunu açıq şəkildə müəyyən etmiş və məhz buna görə sonunculara həmin Qanunun müddəalarının qanunun analogiyası üzrə, meyar və hesablanma qaydaları baxımından tətbiqini nəzərdə tutmuşdur. Başqa sözlə, Konstitusiya Məhkəməsi Qanunun 3-cü maddəsində sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürülən gəlirlərin indeksasiyasına dair istisnanı məhkəmə qətnaməsi üzrə tutulmalı pul məbləğlərinə şamil etməmiş, MPM-in 232.1-ci maddəsində müəyyən edilməyən indeksasiya meyarlarının və hesablanma qaydasının müəyyənləşdirilməsi məqsədilə həmin Qanunun müvafiq mexanizmindən analogiya üzrə istifadə edilməsini nəzərdə tutmuşdur. Buna görə də Rayon Məhkəməsinin pul tələbinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasını Qanunun 3-cü maddəsindəki istisnanın tətbiqi üçün əsas götürməsi Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinin məzmununa uyğun olmadığı kimi, analogiyanın predmetinin -indeksasiyanın iqtisadi meyarları və hesablanma qaydalarının- səhv müəyyən edilməsinə də səbəb olmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli və tələbkarın ərizəsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: Icra sənədi üzrə tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin və mülki iş icra sənədi üzrə tələbkar Ərizəni verən şəxs “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar