Məhkəmə qərarları › İş №8(3-7)-97/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-97/2026

26.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-97/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Tələbkar Ərizəni verən şəxs borclu Borclu qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: alimentin indeksasiya edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Müəyyən etdi: Ərizəçi Ərizəni verən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Borclu övladları X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsinin alimentin tutularaq onun xeyrinə verilməsi hissəsində, yəni qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiyası barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı (hakim Lamiyə Hüseynquliyeva) ilə ərizə qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından olan ##.##.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməklə maraqlı şəxs (borclu) Borclu ərizəçi (tələbkar) Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində alimentin tutulması, ərizənin qalan hissədə təmn edilməməsi qərara alınmışdır. Həmin qərardaddan borclunun nümayəndəsi Nümayəndə şikayət vermiş və qərardadın ləğv edilərək, ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılımışdır ki, məhkəmə qərardad qəbul edərkən işi tam və hərtərəli araşdırmamışdır. Belə ki, borclu ağciyər xəstəsidir, eyni zamanda Mingəçevir rayonlararası psixo-nevroloji disponserdə qeydiyyatdadır. Belə vəziyyətdə heç bir yerdə işləyə bilmədiyindən aliment onun pensiyasından ödənilir. Borclunun maddi vəziyyətində heç bir yaxşıya doğru dəyişiklik olmadığı halda, məhkəmə alimentin artırılması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edə bilmədiyindən oğlunun xəstə olmağı barədə arayışları məhkəməyə təqdim edə bilməmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı artırılmış aliment məbləğinin tutulmasının tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni ##.##.2026-cı ildən etibarən başlanması hissəsində dəyişdirilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh Borclu ##.##.2018-ci il təvəllüdlü Fatimə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Ərizəni verən şəxs ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi indeksasiya edilməli olan alimentin Bərdə Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2020-ci il üzrə 250 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab etmişdir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, ##.##.2018-ci il təvəllüdlü Fatimə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan kollegiya qeyd edir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, “Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır”. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ##.##.2020-ci ildə qəbul edilmiş qətnamə əsasında uşağın saxlanılması üçün müəyyən edilmiş 130 manat sabit pul məbləği düzgün olaraq (130:250=0.52) indeksasiya edilmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən indeksasiya qanunvericiliyə uyğun olaraq müəyyən edilmişdir. Bununla belə kollegiya hesab edir ki, qərardad dəyişdirilməlidir. Işə baxan birinci instansiya məhkəməsi indeksasiya edilmiş aliment məbləğinin tutulmasının tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni ##.##.2026-cı ildən etibarən başlanması qənaətinə gəlmişdir. Kollegiya həmin hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə ilkin alimentin tutulması qət edilmişdir. Hazırda isə alimentin indeksasiyası məsələsinə baxıldığı üçün ərizənin məhkəməyə daxil olduğu gündən hesablana bilməz. Qərardadin qanunu qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməməli, bu iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı indeksasiya edilmiş aliment məbləğinin tutulmasının tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni ##.##.2026-cı ildən etibarən başlanması hissəsində dəyişdirilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərar a aldı: Borclu Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı indeksasiya edilmiş aliment məbləğinin tutulması tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni ##.##.2026-cı ildən etibarən başlanması hissəsində dəyişdirilsin. Həmin hissədə indeksasiya edilmiş aliment məbləğinin tutulması bu qərardadın qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar