Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-99/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar ASC-nin borclular «xxxx» ASC, borclu2 və borclu1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: borclunun əmlakının üzərinə həbs qoyulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Tələbkar Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və borclu borclu1 həyat yoldaşı X3 nümayəndəsi (vəkil) X2 iştirakları ilə, Müəyyən etdi: Təqdimat verən orqan icra məmuru R Anar Ibrahimov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/****-*** nömrəli, icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra sənədi üzrə borclu borclu1 həyat yoldaşı X3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan qeyri-yaşayış binasının və həmin binaya aid sahəsi 5,0 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclular "xxxx" ASC-dən, borclu2 və borclu1 cəmi 119.392 (yüz on doqquz min üç yüz doxsan iki) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq tələbkar Tələbkar ASC-yə ödənilməlidir. Təqdimatda həmçinin göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəlik borclu borclu1 tərəfindən ailə ehtiyacları üçün götürüldüyündən həmin öhdəlik ər-arvadın ümumi əmlakına aid edilir. Bu səbəbdən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun həyat yoldaşı X3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan qeyri-yaşayış binasının və həmin binaya aid sahəsi 5,0 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması zəruridir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Maya Məmmədova) ilə təqdimat təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin *(***)- ***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə borclu borclu1 arvadı X3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan qeyri-yaşayış binasının və həmin binaya aid sahəsi 5,0 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan X3 nümayəndəsi (vəkil) X2 şikayət verərək ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadın ləğv edilməsi əks halda şikayətə mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı ilə ona məxsus olan əmlak üzərinə həbs qoyulduğunu, icra sənədi üzrə borclu olmadığını, kredit öhdəliyinin girovla təmin edildiyini və məhkəmə tərəfindən bu hallar araşdırılmadan qərardad qəbul edildiyini bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Maya Məmmədova) ilə şikayət təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/****-*** nömrəli, icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra sənədi üzrə borclu borclu1 həyat yoldaşı X3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan qeyri-yaşayış binasının və həmin binaya aid sahəsi 5,0 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Təqdimat verən orqan icra məmuru Anar Ibrahimovun təqdimatı təmin edilməmişdir. Tələbkar Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qəradadından verilmiş şikayət «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli, icra sənədinə əsasən icra sənədi üzrə borclular «xxxx» ASC-dən, borclu2 və borclu1 cəmi 119.392 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar ASCyə ödənilməlidir. Sözügedən icra sənədi icra olunması üçün aidiyyəti üzrə Təqdimat verən orqan göndərilmiş, aradan uzun müddət keçməsinə baxmayaraq icra sənədi icra olunmamışdır.Ona görə də, icra məmuru qanunun tələbindən çıxış etməklə borclu barəsində məcburi icra tədbirləri görməyə başlamışdır ki, əmlak üzərinə həbs qoyulması da bu məcburi icra tədbirlərindən biridir. Bu işdəki icra sənədindən göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin nəticə hissəsi aşağıdakı kimidir: «gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 119392 (bir yüz on doqquz min üç yüz doxsan iki) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi cavabdehlər borclu1, «xxxx» ASC və borclu2 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ASCyə ödənilsin». Göründüyü kimi icra sənədində elə bir göstəriş yoxdur ki, tələb olunan 119.392 manat pul borclu1 adına olan 229.798 ədəd səhmə yönəldilərək ödənilməlidir. borclu1 adına olan 229.798 ədəd səhm bank qarşısında ipoteka ilə yüklü vəziyyətdədir və həmin ipoteka predmetinə tutmanın yönəldilməsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli və Bakı Apelyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə 812.708 manat 24 qəpik borcla bağlı olmuş, hansı ki, həmin 812.708 manat 24 qəpik borcu Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən əvvəl müəyyən olunan borcdur. Yəni, söhbət əgər ipoteka predmetlərindən gedirsə, 119.392 manat borcun ipoteka predmeti hesabına ödənilməsi ilə bağlı hər hansı bir qərar yoxdur. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. X3 ilə borclu1 ər-arvad olduğundan Tələbkar ASC tərəfindən məhkəmədə iddia qaldırılmış, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)****/**** nömrəli qətnaməsi ilə kredit verən «xxxx» IKB ASC ilə kredit alan borclu1 arasında bağlanmış ##.##.2013-cü il tarixli **-S-*-*-***-** nömrəli kredit müqaviləsi üçün alınmış kreditin borclu1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğunun müəyyən edilməsi qət edilmişdir. Buna görə də Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadı əsassız olduğuna görə ləğv edilməli və təqdimat təmin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə, tələbkar Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin işə yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə ziddiyyətli halların araşdırılması və həqiqətə nail olmaq üçün həmin işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli, icra sənədinə əsasən icra sənədi üzrə borclular «xxxx» ASC-dən, borclu2 və borclu1 cəmi 119.392 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar ASC-yə ödənilməlidir. Sözügedən icra sənədi icra olunması üçün aidiyyəti üzrə Təqdimat verən orqan göndərilmiş, aradan uzun müddət keçməsinə baxmayaraq icra sənədi icra olunmamışdır.Ona görə də, icra məmuru qanunun tələbindən çıxış etməklə borclu barəsində məcburi icra tədbirləri görməyə başlamışdır ki, əmlak üzərinə həbs qoyulması da bu məcburi icra tədbirlərindən biridir. Ona görə də, şikayətin təmin edilməsi, qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu borclu1 həyat yoldaşı X3 nümayəndəsi (vəkil) X2 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, məhkəmənin qərardadı ilə Xoşbəxt Əliyevaya məxsus olan əmlak üzərinə həbs düzgün qoyulmadığı üçün ləğv olunmuşdur. Xoşbəxt Əliyeva icra sənədi üzrə borclu deyildir. Həmin kredit öhdəliyi girovla təmin edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli və təqdimat təmin edilməlidir. Ilk növbədə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Belə ki, Icra haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən Icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun icra sənədlərindən bəhs edən 6.1.1.-cı maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası məhkəmələr tərəfindən verilmiş qərarları icra sənədləri hesab olunur. Həmin Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsi qaydaları müəyyən olunur. Həmin maddənin göstərişinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Icra sənədi üzrə ilk növbədə borclunun manatla və ya xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsində göstərilir ki, Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Iş materialları ilə müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/****-*** nömrəli, icra sənədinin surətindən görünür ki, icra sənədi üzrə borclular "xxxx" ASC-dən, borclu2 və borclu1 cəmi 119.392 (yüz on doqquz min üç yüz doxsan iki) manat və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq tələbkar Tələbkar ASC-yə ödənilməlidir. Işdə olan icraata başlama haqqında qərarın və bildirişin surətindən görünür ki, borclu borclu1 icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün qanunla müəyyən edilmiş müddət verilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan qeyri-yaşayış binası və həmin binaya aid sahəsi 5,0 ha olan torpaq sahəsi X3 mülkiyyətindədir. Işdə olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)****/**** saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin olunması, Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)****/**** saylı qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, Kredit verən xxxx IKB ASC ilə kredit alan borclu1 arasında bağlanmış ##.##.2013-cü il tarixli **-S-*-*-***-** nömrəli kredit müqaviləsi üçün alınmış kreditin borclu1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə Kollegiyasının araşdırılması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan işdə, iddiaçı tərəfin məhkəmə kollegiyasına göndərdiyi məlumatdan görünür ki, “xxxx IKB” ASC ilə borclu1 arasında bağlanmış ##.##.2013-cü il tarixli, **-S*-*-***-** saylı kredit müqaviləsinə əsasən bank borclu1 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 manat məbləğində kredit vermişdir. “xxxx IKB” ASC ilə “xxxx” ASC-nin idarə heyətinin sədri borclu2 arasında bağlanmış ## ### 2013-cü il tarixli **-S-*-*-***-** saylı zaminlik müqaviləsinə əsasən “xxxx” ASC yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(001)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər borclu1, “xxxx” ASC-yə, borclu2 müştərək qaydada kredit üzrə 579778.78 manat, faiz üzrə 247408.32 manat faiz, cərimə üzrə 1000 manat, cəmi 828187.1 manat “xxxx” X10 xeyrinə tutulması, iddia tələbinin borclu1 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması, iddia predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər borclu1, “xxxx” ASC-yə, borclu2 müştərək qaydada “xxxx” IKB-nin hesabına ödənilməsi, iddianın qalan, 27.422 manat dəbbə pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər borclu1, borclu2 və “xxxx” ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh borclu1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər borclu1, xxxx “ ASC-yə, borclu2 “xxxx” X10 (Tələbkar ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan borclu1 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiymətinin göstərilməməsi müəyyən edilmişdir. Hazırda icra sənədi Bakı şəhəri Binəqədi rayon icra şöbəsindədir. Bundan sonra qətnamə borclu tərəfindən icra olunmadığından Tələbkar ASC cavabdeh borclu1 və digərlərinə qarşı gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, yekunda Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddiaçı Tələbkar ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddiaçı Tələbkar ASC-nin cavabdehlər borclu1, borclu2 və “xxxx” ASC-yə qarşı gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması tələbinə dair iddiası təmin edilərək gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 119392 (bir yüz on doqquz min üç yüz doxsan iki) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin cavabdehlər borclu1, “xxxx” ASC və borclu2 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli icra sənədi icra olunması üçün Təqdimat verən orqan göndərilmişdir. Hazırda Təqdimat verən orqan icra məmuru tərəfindən məhkəməyə verilmiş təqdimat məhz Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli icra sənədi ilə bağlı olan iş üzrədir. Üzərinə həbs qoyulması istənilən X3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan qeyri-yaşayış binasının və həmin binaya aid sahəsi 5,0 ha olan torpaq sahəsi ilə bağlı bildirilir ki, borclu1 ilə X3 nikahlarını ##.##.1985-ci il tarixdə qeyd etdirməklə ailə qurmuşlar. Sözügedən daşınmaz əmlak da onların nikahda olduqları dövrdə, yəni ##.##.2011-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, nəticədə bu əmlak onların ümumi əmlakıdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, kredit verən “xxxx” IKB ASC (indiki Tələbkar ASC) ilə kredit alan borclu1 arasında bağlanmış ##.##.2013-cü il tarixli **-S-*-*-***-** nömrəli kredit müqaviləsi üzrə alınmış kreditin borclu1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğunun müəyyən edilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, Təqdimat verən orqan icra məmuru yuxarıda qeyd olunanları əsas tutaraq əmlak üzərinə həbs qoyulmasına dair təqdimat vermişdir. Digər tərəfdən “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2024-cü il tarixli qərarının 6.36-cı bəndinə görə Konstitusiya Məhkəməsinin 2021-ci il ## #### tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2013-cü il tarixli, **-S*-*-***-** saylı kredit müqaviləsi üzrə əsas borclu olan borclu1 Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli icra sənədi ilə tələb olunan borca görə onun arvadı X3 adına olan təqdimatda qeyd olunan əmlaka həbs qoyulması üçün heç bir maneə yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməkdə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək təqdimat təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/****-*** nömrəli, icra sənədi üzrə borclu borclu1 arvadı X3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan qeyri-yaşayış binasının və həmin binaya aid sahəsi 5,0 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərar a aldı: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/****-*** nömrəli, icra sənədi üzrə borclu borclu1 arvadı X3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan qeyri-yaşayış binasının və həmin binaya aid sahəsi 5,0 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-99/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-99/2026
23.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver