Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-103/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Işin halları: Ərizəçi ##.##.2026-cı il tarixdə Ərizəni verən şəxs Abşeron rayon Icra və probasiya şöbəsi tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə başlamış icra işinin dayandırılmaması barədə şikayət ərizəsi vermişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2021-cı il tarixli, *(***)-***/**** nömrəli iş üzrə qərardadından görünür ki, Ərizəni verən şəxs adına qeydiyyata alınmış və mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 9, ** saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Ərizəni verən şəxs və X1 rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 9, ** saylı mənzilindən çıxarılmalıdırlar. Abşeron Rayon Icra və probasiya şöbəsinin ##.##.2026-cı il tarixli məktubu ilə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin məcburi icrası təyin edilmişdir. ##.##.2026-cı il tarixli ərizəyə əsasən Ərizəni verən şəxs Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin məcburi icrasının dayandırılması barədə Abşeron rayon Icra və probasiya şöbəsinə müraciət etmişdir. Ərizəçi şikayətlə məhkəməyə müraciət edərək, Abşeron rayon icra şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)- ****/**** nömrəli icra sənədi üzrə aparılan icra hərəkətlərinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci tarixli, *(***)- **/**** nömrəli icra sənədinə əsasən 45000 manat məbləğində pulun tutularaq X5 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmaq üçün Abşeron rayon Icra şöbəsinə göndərilmişdir. Abşeron rayon Icra şöbəsinin icra məmuru isə həmin bu tələbi Ərizəni verən şəxs mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilinə yönəltmişdir. Mənzilin satılması üçün hərrac təşkilatına müraciət olunmuşdur. Ərizəçi hesab edir ki, Abşeron rayon icra şöbəsinin icra məmuru qanunvericiliyin tələbini kobud şəkildə pozaraq, heç bir hüquqi əsası olmadan həmin borc tələbinin onun yeganə əmlakına yönəltmiş və hərracda onun xəbəri olmadan dəyərindən qat-qat aşağı məbləğə, 36000 manata satmışdır. Eyni zamanda qeyd edir ki, onun tərəfindən həmin 45000 manat borc məbləği Abşeron rayon icra şöbəsinin depozit hesabınada köçürülmüşdür, onun tərəfindən faktiki olaraq bu borc ödənilmiş və məhkəmə qətnaməsi icra olunmuşdur. Ərizəçinin şikayətinə görə belə bir halda həmin tələbin yeganə mənzilə yönəldilməsi tamamilə əsassız və qanunsuzdur. Ona görə ərizəçi həmin bu hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda məhkəməyə verdiyi yeni iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinin iddiaçının evdən çıxarılması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən başlamış icra işinin dayandırılmasının xahiş etmişdir. Lakin bu günə kimi ərizəsi baxılmamış və əsassız olaraq bu iş üzrə icra işi davam etdirilir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Məhəmməd Eminbəyli) borclu Ərizəni verən şəxs Abşeron rayon Icra və probasiya şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayəti təmin edilməmişdir. Şikayətin dəlilləri: Borclu Ərizəni verən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadından ##.##.2026-cı il tarixdə şikayət verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən ondan 45000 manat məbləğində pul tutularaq X5 verilməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmaq üçün Abşeron rayon icra şöbəsinə göndərilmişdir. Icra məmuru tərəfindən isə həmin bu tələbin onun mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsində yerləşən ev 9, mənzil 18-ə yönəldilməsi ilə əlaqədar sifariş məktubu hazırlanmış və həmin mənzilin satılması ilə əlaqədar hərrac təşkilatına müraciət olunmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun mülkiyyətində olan bu mənzil dəyərindən qat-qat aşağı qiymətə, yəni 36000 manata satılmışdır. Həmin bu tələb onun mülkiyyətində olan yeganə mənzilə yönələ bilməzdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2002-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” qərarının 1-ci bəndinə görə: Borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və onun ayrı-ayrı hissələri, həmçinin onun altında olan həyətyanı torpaq icra tələbi yönələ bilməz. Əfsuslar olsun ki, icra məmuru qanunvericiliyin bu tələbini kobud şəkildə pozaraq heç bir hüquqi əsası olmadan həmin bu borc tələbinin onun yeganə əmlakına yönəltmiş və hərracda onun xəbəri olmadan dəyərindən qat-qat aşağı məbləğə satmışdır. Eyni zamanda bildirir ki, onun tərəfindən həmin 45000 manat borc məbləği Abşeron rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Yəni onun tərəfindən faktiki olaraq bu borc ödənilmiş və məhkəmə qətnaməsi icra olunmuşdur. Belə bir halda həmin tələbin yeganə mənzilə yönəldilməsi tamamilə əsassız və qanunsuzdur. Ona görə o, həmin bu hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda məhkəməyə verdiyi yeni iddia ərizəsi ilə əlaqədar onun evdən çıxarılması ilə bağlı Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən başlamış icra işinin dayandırılmasının xahiş etmişdir. Lakin bugünə kimi ərizə baxılmamış və əsassız olaraq bu iş üzrə icra işi davam etdirilir. Bununla da cavabdeh tərəfindən “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri pozulur. Ona görədə o, icra məmrunun hərəkətlərindən məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayəti təmin edilməmişdir. Hesab edir ki, məhkəmənin bu qərardadı qanunvericliyin tələblərinin pozulması ilə qəbul olunmuşdur. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Hazırkı şikayət üzrə borclu Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli icra sənədi əsasında başlanmış icra icraatının dayandırılmasını tələb edir. Belə ki, borclu icra hərəkətlərinin dayandırılmasını hərracın yekunları barədə protokolu mübahisələndirməsi ilə əsaslandırmışdır. Iş materiallarından görünür ki, borclunun mübahisələndirdiyi hərracın yekunları başqa mülki iş üzrə aparılmış icra tədbirləri nəticəsində tələbin borclunun əmlakına yönəldilməsi və həmin əmlakın hərracdan satılması ilə bağlıdır. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsinə əsasən həmin Qanunun 6.1.3-6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə dayandırılmalıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin məzmunundan görünür ki, icra icraatının dayandırılması üçün əsaslardan biri icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktına və ya qanunda nəzərdə tutulan digər hüquqi əsasa dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılmasıdır. Bu halda həmin mübahisənin icra sənədinin icrasına bilavasitə təsir göstərməsi tələb olunur. Lakin mövcud halda borclunun mübahisələndirdiyi hərracın yekunları barədə protokol ilə hazırkı icra icraatının əsasında duran icra sənədi arasında bilavasitə bağlılıq müəyyən edilmir. Başqa sözlə, borclu tərəfindən mübahisələndirilən hərracın yekunlarına dair mülki iş hazırkı icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktının və ya həmin icra sənədinin hüquqi əsasının mübahisələndirilməsi ilə bağlı deyildir. Bu baxımdan, hərracın yekunlarının mübahisələndirilməsi özlüyündə hazırkı icra icraatının dayandırılması üçün “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4cü maddəsində nəzərdə tutulmuş hüquqi əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icra icraatının dayandırılması icra hərəkətlərinin həyata keçirilməsinə müvəqqəti prosessual maneə yaradan hüquqi institut olduğundan, belə nəticəyə yalnız qanunda nəzərdə tutulmuş konkret əsaslar mövcud olduqda gəlinə bilər. Borclunun istinad etdiyi hal isə qanunun həmin normasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun gəlmir. Beləliklə, borclunun hərracın yekunları barədə protokolu mübahisələndirməsi hazırkı icra icraatının dayandırılması üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi şikayətə baxarkən işin faktiki hallarını düzgün müəyyən etmiş, tətbiq edilməli hüquq normasını düzgün müəyyənləşdirmiş və əsaslı nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-103/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-103/2026
18.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver