Məhkəmə qərarları › İş №8(3-8)-104/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-104/2026

18.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-104/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə (hakim R.Həsənov) təqdimat təmin edilməsi, Quba Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*(***)-***/**** nömrəli icra sənədinə əsasən iş üzrə borclu Laçın rayonu, Qalaça kəndində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qərardadın icrasının Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim İ.Qazıbəyov) Quba Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadından Quba Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*(***)-***/**** nömrəli icra sənədi üzrə borclu X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Məhkəmə kollegiyası ərizəçi tərəfindən verilmiş şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu Laçın rayonu, Qalaça kəndində yaşayan X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmiş, təqdimatın təmin edilməsi qərara alınmış, borclu bu qərardaddan şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadının proses iştirakçılarına göndərilməsi barədə məlumat iş materiallarına əlavə edilməmiş, borclu isə şikayətində qərardadın alınma tarixini ##.##.2024-cü il qeyd etmiş, lakin şikayəti ##.##.2026-cı il tarixdə vermişdir. Şikayətdə qeyd olunan qərardadın alınma tarixindən göründüyü kimi borclu prosessual müddəti ötürməklə şikayət vermiş, lakin məhkəmə borclunun şikayət verməsi üçün prosessual müddətin ötürülüb-ötürülməməsi barədə məsələni müzakirə etmədən şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 363.1.3-cü maddəsinə uyğun olmadığından, borclu X1 tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, borclu X1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 133, 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI Borclu X1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 133, 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar