Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 8(3-8)-105/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin mülki kollegiyasının hakimi Qafari Sәyyad Ağaәli oğlunun sәdrliyi vә mәruzәsi ilә, hakimlәr Mәmmәdov Fuad Əli oğlu vә X1 ibarәt tәrkibdә, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından tәlәbkar Tәlәbkar tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq mәhkәmә kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә (hakim A.Behbudova) Sumqayıt Şәhәr Mәhkәmәsinin *(***)-*****/**** nömrәli ##.##.2016-cı il tarixli mәhkәmә әmri üzrә tәlәbkar Tәlәbkar ödәnilmәli pul mәblәğinin indeksasiyasına dair әrizәsinin tәmin edilmәmәsi qәrara alınmışdır. Tәlәbkar Tәlәbkar hәmin qәrardaddan şikayәt vermişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli ##.##.2026-cı il tarixli qәrardadından icra sәnәdi üzrә tәlәbkar Tәlәbkar tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi, şikayәt işlә birlikdә baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İŞİN HALLARI Tәlәbkar Tәlәbkar icra icraatı qaydasında әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, mәhkәmәdәn Sumqayıt Şәhәr Mәhkәmәsinin *(***)-*****/**** saylı, ## ####### 2016-cı il tarixli mәhkәmә qәrarı üzrә ödәnilmәmiş cәmi 749,00 pul mәblәğini indekslәşdirilәrәk 2016-cı il oktyabr ayından 2026-cı il aprel ayınadәk 179,20 faiz artımı (749,00 AZN x 179,20 % = 1342,21 AZN) nәzәrә alaraq cәmi 2091,20 manat mәblәğindә indekslәşdirilmәnin müәyyәn edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Ərizә onunla әsaslandırılmışdır ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(***)-*****/**** nömrәli ## ####### 2016-cı il tarixli mәhkәmә qәrarına әsasәn, borclular borclu2 vә borclu1 cәmi 988,10 manat mәblәğindә pul müştәrәk qaydada tutularaq Musayev Ramil Nuru oğlunun xeyrinә ödәnilmәsi qәrara alınmışdır. Hazırda qәbul olunmuş mәhkәmә qәrarı qanuni qüvvәsini almasını vә hәmçinin icra mәmuru tәrәfindәn mәcburi icra tәdbirlәrinin görülmәsinә baxmayaraq, mәhkәmә qәrarı üzrә 239,10 manat ödәniş olunmuşdur. Borclular mәhkәmә qәrarı üzrә qәbul olunmuş mәblәği zamanında ödәyәrәk icra etsәydilәr tәlәbkar, başqa sahәdә istifadә etmәklә gәlir әldә edә bilәrdi. Lakin, borcluların mәhkәmә qәrarı üzrә öhdәliyinin icra etmәmәsi sәbәbindәn vә hәmin mәblәğ vaxtında geri qaytarılmadığına görә tәlәbkar, hәmin pulu dәyәrlәndirә bilmәmişdir. Buna görә dә, mәhkәmә qәrarı üzrә tәlәbkara ödәlinmәli olan pul vәsaiti inflyasiyaya uğradığından indekslәşdirmә tәtbiq edilmәsi zәrurәti yaranmışdır. Belә ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyәtinin mәhz mәhkәmә aktı qәbul edilәn an mövcud olan sәviyyәdә bәrpasına yönәldiyindәn, elәcә dә bu hüquqi alәt sanksiya xarakteri daşımadığına görә, onun tәtbiqi mәhkәmә aktının qanuni qüvvәyә minmәsi vә ya mәhkәmә aktının icrasından yayınma ilә әlaqәlәndirilә bilmәz. Bu sәbәbdәn indeksasiya mәhz mәhkәmә aktının qәbul edildiyi (elan edildiyi) gündәn onun tam icra edildiyi günәdәk olan müddәti әhatә etmәlidir. Ərizә üzrә mәhkәmә aktı qәbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tәlәbkar Tәlәbkar Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadından şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini vә әrizәnin tәmin edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Konstitusiya Mәhkәmәsi indeksasiya institutunun mәqsәdinin mәhkәmә qәrarının icrası zamanı pul vәsaitinin inflyasiya nәticәsindә itirdiyi alıcılıq qabiliyyәtinin bәrpası olduğunu müәyyәn etmişdir. Birinci instansiya mәhkәmәsi hәmin hüquqi mövqeni nәzәrә almamış, indeksasiya hüququnun hәyata keçirilmәsini qanunda nәzәrdә tutulmayan mәhdudiyyәtlәrdәn asılı vәziyyәtә salmış vә nәticәdә hüquq normasını düzgün tәtbiq etmәmişdir. Birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2025-ci il tarixli qәrarında ifadә olunmuş mәcburi hüquqi mövqeyi nәzәrә almamış vә nәticәdә iş üzrә düzgün hüquqi nәticәyә gәlmәmişdir. Birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin232-ci maddәsini düzgün tәtbiq etmәmişdir. Hәmin maddәnin mәqsәdi mәhkәmә qәrarı ilә müәyyәn edilmiş pul mәblәğinin inflyasiya nәticәsindә itirdiyi alıcılıq qabiliyyәtinin bәrpasından ibarәtdir. Mәhkәmә isә qanunvericilikdә nәzәrdә tutulmayan әlavә şәrtlәr tәtbiq etmәklә indeksasiya hüququnun hәyata keçirilmәsini әsassız olaraq mәhdudlaşdırmış vә nәticәdә normanı düzgün tәtbiq etmәmişdir. Belәliklә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 232-ci maddәsindә indeksasiya barәdә әrizәyә baxılması qaydası müәyyәn edilmişdir. Hәmin normada әrizәnin tәmin olunması üçün mәhkәmәnin qәrardadda istinad etdiyi әlavә prosessual şәrtlәr nәzәrdә tutulmamışdır. Buna baxmayaraq mәhkәmә qanunvericilikdә mövcud olmayan әlavә tәlәblәr tәtbiq etmiş, әrizәçinin üzәrinә nәzәrdә tutulmayan sübutetmә yükü qoymuş vә bununla da prosessual hüquq normasını düzgün tәtbiq etmәmişdir. birinci instansiya mәhkәmәsi iş üzrә mühüm әhәmiyyәt kәsb edәn halları tam vә hәrtәrәfli araşdırmamış, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2025ci il tarixli qәrarında ifadә olunmuş hüquqi mövqeni düzgün tәtbiq etmәmiş vә nәticәdә qanuni vә әsaslı olmayan qәrardad qәbul etmişdir. birinci instansiya mәhkәmәsi iş üzrә mühüm әhәmiyyәt kәsb edәn halları tam araşdırmamış, sübutlara düzgün hüquqi qiymәt vermәmiş, Konstitusiya Mәhkәmәsinin hüquqi mövqeyini natamam tәtbiq etmiş vә bunun nәticәsindә qanuni vә әsaslı olmayan qәrardad qәbul etmişdir. Bu sәbәbdәn Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrardadı lәğv edilmәli, tәlәbkarın ödәnilmәli pul mәblәğinin indeksasiyasına dair әrizәsi tәmin edilmәlidir. Birinci instansiya mәhkәmәsi qәrardadda gәldiyi nәticәlәri tәsdiq edәn kifayәt qәdәr sübutlara istinad etmәmişdir. Mәhkәmә tәrәfindәn indeksasiya hüququnun hәyata keçirilmәsinә maneә kimi qiymәtlәndirilәn halların mövcudluğu vә hәmin halların әrizәnin rәdd edilmәsi üçün hüquqi әsas yaratması sübuta yetirilmәmişdir. Qәrardadda istinad edilәn nәticәlәr iş materiallarında olan sübutlardan irәli gәlmir, hәmin nәticәlәrlә sübutlar arasında sәbәbli әlaqә göstәrilmir vә mәhkәmә tәrәfindәn bu halların hansı sübutlarla müәyyәn edildiyi әsaslandırılmır. Bundan әlavә, mәhkәmә indeksasiya institutunun tәtbiqinә maneә kimi qәbul etdiyi halların qanunvericilikdәn irәli gәldiyini vә ya әrizәçinin hüququnun mәhdudlaşdırılması üçün kifayәt qәdәr әsas tәşkil etdiyini sübut etmәmişdir. Nәticәdә mәhkәmәnin gәldiyi nәticәlәr ehtimallara vә normanın geniş tәfsirinә әsaslanmış, lakin mötәbәr vә kifayәt qәdәr sübutlarla tәsdiq olunmamışdır HÜQUQİ MƏSƏLƏLƏR Tәrәflәrdәn işә mәhkәmә iclasında baxılmasını istәdiklәri barәdә әsaslandırılmış vәsatәt daxil olmamış, hәmçinin mәhkәmә tәrәfindәn işә mәhkәmә iclasında baxılmasını zәruri edәn Azәrbaycan Respublikası Mülki Prossesual Mәcәllәsinin 397.2-ci maddәsindә nәzәrdә tutulan hallar aşkar edilmәmişdir. İş materiallarını araşdırıb, şikayәtin dәlillәrini müzakirә edәrәk, mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli vә onunla bağlı ##.##.2026-cı il tarixli qәrardadları lәğv edilmәli, әrizәyә yenidәn baxılması üçün iş hәmin mәhkәmәyә qaytarılmalıdır. Mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi Konstitusiya Mәhkәmәsinin ## #### 2025-ci il tarixli qәrarını düzgün tәtbiq etmәmiş, hәmçinin indeksasiyanın tәtbiq edilmәsinә mane olan halın mövcudluğunu tam vә hәrtәrәfli müәyyәn etmәmişdir. Konstitusiya Mәhkәmәsinin sözügedәn Qәrarında açıq şәkildә müәyyәn edilmişdir ki, MPM-in 232-ci maddәsi üzrә indeksasiya yalnız qәtnamәyә deyil, formasından asılı olmayaraq müvafiq pul mәblәğinin tutulmasını müәyyәn edәn qanuni qüvvәyә minmiş mәhkәmә aktlarına, o cümlәdәn mәhkәmә әmrinә dә tәtbiq edilә bilәr. Hәmçinin indeksasiyanın hesablanmasında “Azәrbaycan Respublikasında vәtәndaşların pul gәlirlәrinin vә әmanәtlәrinin indekslәşdirilmәsi haqqında” Qanunun qaydaları qanunun analogiyası üzrә tәtbiq olunmalıdır. Birinci instansiya mәhkәmәsi hәmin Qanunun 3-cü maddәsindәki istisnanı borc öhdәliyinә tәtbiq etmәklә düzgün olmayan nәticәyә gәlmişdir. Hәmin maddә sahibkarlıq fәaliyyәtindәn vә mülkiyyәtdәn götürülәn gәlirlәrin indekslәşdirilmәsinә şamil edilmәmәsini nәzәrdә tutur. Bu norma mәhkәmә aktı ilә tutulmalı pul mәblәğinin sahibkarlıq fәaliyyәti ilә bağlı yaranması halında onun indeksasiyasını birbaşa istisna edәn norma kimi qәbul edilә bilmәz. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 232.1-ci maddәsinә әsasәn tәrәflәrin әrizәsi üzrә işә baxmış mәhkәmә qәtnamәnin icrası zamanı tutulmalı pul mәblәğlәrinin müvafiq indeksasiyasını hәyata keçirә bilәr. Hәmin Mәcәllәnin 232.2-ci maddәsinә әsasәn indeksasiya barәdә әrizәyә mәhkәmә iclasında baxılır vә işdә iştirak edәn şәxslәrin mәhkәmә iclasına gәlmәmәsi mәsәlәnin hәllinә mane olmur. Hәmin Mәcәllәnin 232.3-cü maddәsinә әsasәn isә indeksasiya barәdә mәhkәmә qәrardadından şikayәt verilә bilәr. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Konstitusiyasının 60 vә 129-cu maddәlәrinin İ hissәlәri baxımından Mülki Prosessual Mәcәllәnin 232-ci maddәsinin şәrh edilmәsinә dair” ## #### 2025-ci il tarixli Qәrarında göstәrilmişdir ki, MPM-in 232-ci maddәsi üzrә tәrәflәr mәhkәmә qәtnamәsi qanuni qüvvәyә mindikdәn sonra hәmin qәtnamә üzrә tutulmalı olan pul mәblәğinin tam ödәnilmәsinәdәk olan müddәt әrzindә indeksasiyası ilә bağlı әrizә ilә mәhkәmәyә müraciәt edә bilәrlәr. Eyni zamanda, mәhkәmә qәtnamәlәrinin icrası zamanı tutulmalı pul mәblәğlәrinin indeksasiyasının qanunun analogiyası üzrә “Azәrbaycan Respublikasında vәtәndaşların pul gәlirlәrinin vә әmanәtlәrinin indekslәşdirilmәsi haqqında” Qanunda müәyyәn olunmuş indeksasiya qaydalarına uyğun hәyata keçirilmәli olduğu müәyyәn edilmişdir. Konstitusiya Mәhkәmәsinin Plenumu hәmin Qәrarında xüsusi olaraq qeyd etmişdir ki, MPM-in 232-ci maddәsindә “qәtnamә” ifadәsinin işlәdilmәsinә baxmayaraq, indeksasiya institutu hüquqi mahiyyәti vә tәyinatı baxımından formasından, yәni qәtnamә, qәrardad, qәrar vә ya mәhkәmә әmri olmasından asılı olmayaraq müvafiq pul mәblәğinin tutulmasını müәyyәn edәn, qanuni qüvvәyә minmiş istәnilәn mәhkәmә aktına münasibәtdә tәtbiq edilә bilәr. Buna görә dә hazırkı iş üzrә indeksasiyanın mәhkәmә әmrinә münasibәtdә ümumiyyәtlә tәtbiq edilә bilmәmәsi barәdә hәr hansı hüquqi әsas mövcud deyildir. İndeksasiyanın iqtisadi meyarlarına gәldikdә isә Konstitusiya Mәhkәmәsinin Plenumu MPM-in 232.1-ci maddәsindә indeksasiyanın qaydaları müәyyәn edilmәdiyindәn, bu mәsәlәdә “Azәrbaycan Respublikasında vәtәndaşların pul gәlirlәrinin vә әmanәtlәrinin indekslәşdirilmәsi haqqında” Qanunun analogiya üzrә tәtbiq edilmәli olduğunu müәyyәn etmişdir. Hәmin Qanunun 2-ci maddәsinә әsasәn indekslәşdirmәnin әsasını istehlak qiymәtlәri indeksi tәşkil edir. Birinci instansiya mәhkәmәsi isә әrizәnin tәmin edilmәsindәn imtina edilmәsini hәmin Qanunun 3-cü maddәsindә indekslәşdirmәnin vәtәndaşların sahibkarlıq fәaliyyәtindәn vә mülkiyyәtdәn götürdüklәri gәlirlәrә şamil edilmәmәsi ilә әsaslandırmışdır. Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin bu qәnaәti hәmin normanın mәzmunu ilә uzlaşmır. Belә ki, Qanunun 3-cü maddәsindә indekslәşdirilmәdәn istisna edilәn obyekt kimi “vәtәndaşların sahibkarlıq fәaliyyәtindәn vә mülkiyyәtdәn götürdüklәri gәlirlәr” göstәrilmişdir. Normanın mәzmunundan görünür ki, söhbәt şәxsin sahibkarlıq fәaliyyәti vә ya mülkiyyәti nәticәsindә әldә etdiyi gәlirdәn gedir. Halbuki hazırkı әrizәnin predmeti tәlәbkarın sahibkarlıq fәaliyyәtindәn әldә etdiyi gәlirin indekslәşdirilmәsi deyil, qanuni qüvvәyә minmiş mәhkәmә әmri әsasında onun xeyrinә tutulmalı olan vә uzun müddәt әrzindә ödәnilmәmiş pul mәblәğinin inflyasiya nәticәsindә dәyәrsizlәşmәsinin kompensasiya edilmәsidir. Başqa sözlә, pul mәblәğinin hansı hüquqi münasibәtdәn, o cümlәdәn sahibkarlıq fәaliyyәti ilә әlaqәdar münasibәtdәn yaranması ilә hәmin mәblәğin tәlәbkarın sahibkarlıq fәaliyyәtindәn götürdüyü gәlir olması eynilәşdirilә bilmәz. İndeksasiya isә mәhz mәhkәmә aktı ilә müәyyәn edilmiş pul öhdәliyinin icrası zamanı pulun alıcılıq qabiliyyәtinin qorunmasına yönәlmiş hüquqi mexanizmdir. Nәzәrә alınmalıdır ki, Konstitusiya Mәhkәmәsi Plenumu indeksasiyanı borclunun mәhkәmә aktını vaxtında icra etmәmәsinә görә mәsuliyyәt tәdbiri deyil, mәhkәmә aktının icrası anına qәdәr pulun dәyәrindә yaranmış azalmanın kompensasiyasına vә kreditorun mәnafelәrinin tәmin edilmәsinә yönәlmiş hüquqi mexanizm kimi xarakterizә etmişdir. Bu baxımdan indeksasiya tәlәbinin mahiyyәti borclunun sahibkarlıq fәaliyyәti ilә bağlı gәlir әldә edib-etmәmәsindәn deyil, mәhkәmә aktı üzrә tutulmalı pul mәblәğinin ödәnilmәmiş qalması vә hәmin müddәt әrzindә pulun alıcılıq qabiliyyәtinin dәyişmәsi ilә müәyyәn edilir. Bununla yanaşı, Konstitusiya Mәhkәmәsinin Plenumunun ## #### 2025-ci il tarixli Qәrarından da görünür ki, indeksasiya ilә bağlı hüquqi tәnzimetmәnin әsas mәqsәdi mәhkәmә aktı üzrә tutulmalı pul mәblәğinin inflyasiya nәticәsindә dәyәr itirmәsinin kompensasiya edilmәsidir. Bu sәbәbdәn indeksasiyaya dair әrizәyә baxılarkәn ilk növbәdә mәhkәmә aktı üzrә faktiki olaraq hansı mәblәğin tutulmalı olduğu, hәmin mәblәğin hansı hissәsinin ödәnildiyi, ödәnilmәmiş qalıq mәblәğin hansı tarixdәn mövcud olduğu vә hәmin mәblәğә tәtbiq edilmәli indeksasiya göstәricisinin hansı olduğu müәyyәn edilmәlidir. Hazırkı iş üzrә isә birinci instansiya mәhkәmәsi hәmin halları tam araşdırmamışdır. Belә ki, tәlәbkar indeksasiyanın 2016-cı ilin oktyabr ayından 2026-cı ilin aprel ayınadәk 179,20 faiz tәşkil etdiyini göstәrәrәk 749 manat mәblәğ üzrә 1342,21 manat indeksasiya mәblәği hesablamışdır. Birinci instansiya mәhkәmәsi isә hәmin hesablamanın düzgünlüyünü, tәtbiq edilmiş istehlak qiymәtlәri indekslәrinin mәnbәyini vә hesablamanın Konstitusiya Mәhkәmәsi Plenumunun müәyyәn etdiyi qaydalara uyğun olub-olmadığını araşdırmamış, әrizәnin rәdd edilmәsinin yeganә әsasını tәlәb olunan mәblәğin sahibkarlıq fәaliyyәti ilә әlaqәli olması kimi qiymәtlәndirmişdir. Halbuki Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2025ci il tarixli Qәrarından irәli gәlәn hüquqi mövqelәrә әsasәn indeksasiyanın qanunun analogiyası üzrә hәyata keçirilmәsi zamanı konkret indeksasiya meyarları vә hesablanma qaydaları müәyyәn edilmәli vә hәmin meyarların hazırkı iş üzrә faktiki vәziyyәtә tәtbiqi yoxlanılmalıdır. Buna görә dә mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi әrizәnin hәlli üçün mühüm әhәmiyyәt kәsb edәn halları tam müәyyәn etmәmiş, tәtbiq edilmәli hüquq normasını düzgün tәfsir etmәmiş vә nәticәdә әrizәnin mahiyyәti üzrә düzgün hәllinә imkan vermәyәn nәticәyә gәlmişdir. Hazırkı halda birinci instansiya mәhkәmәsinin “Azәrbaycan Respublikasında vәtәndaşların pul gәlirlәrinin vә әmanәtlәrinin indekslәşdirilmәsi haqqında” Qanunun 3-cü maddәsindә nәzәrdә tutulmuş istisnanı mәhkәmә әmri üzrә tutulmalı pul mәblәğinә tәtbiq etmәsi hәmin normanın mәzmununun düzgün müәyyәn edilmәmәsi ilә nәticәlәnmişdir. Eyni zamanda indeksasiyanın mәblәğinin hesablanması üçün zәruri olan faktiki hallar da tam araşdırılmamışdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398.0.2. maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsinin, şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Mülki Prosessual Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Belәliklә mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, әrizәyә yenidәn baxılması, qәrardadda göstәrilәn xüsusatlar araşdırılmaqla mәhkәmә baxışının nәticәsi kimi qanuni vә әsaslandırılmış mәhkәmә aktının qәbul edilmәsi üçün iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Tәlәbkar Tәlәbkar şikayәti qismәn tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli vә onunla bağlı ## #### 2026-cı il tarixli qәrardadları lәğv edilsin. Ərizәyә yenidәn baxılması üçün iş Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılsın. Qәrardad qәbul edildiyi andan qüvvәyә minir. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №8(3-8)-105/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-105/2026
18.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver