Məhkəmə qərarları › İş №8(3-8)-109/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-109/2026

18.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-109/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdeh borclu3 iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından ərizəçi Tələbkar ASC tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Ərizəçi Tələbkar ASC şikayət ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi və icra vərəqəsi üzrə qətnamənin icrasının təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh borclu3, borclu2 və borclu1 cəmi 12808,81 ABŞ dolları və 30 manat pul vəsaiti Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2017-cı il tarixli icra sənədi borclu3 hisəsində icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra sənədinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məlumat üçün onu da qeyd edir ki, icra məmuru Orxan Məmmədovun “icra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərarı “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2 və 23.7-ci maddələrinin tələblərinə zidd olaraq tələbkar Tələbkar ASC-yə göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli qərarının surəti ##.##.2026-ci il tarixdə tələbkar Tələbkar ASC-yə təqdim edilmişdir. Hesab edir ki, icra məmuru Orxan Məmmədovun “icra sənədinin qaytarılması haqqında” ##.##.2025-cı il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2017-ci il tarixli icra sənədi icra olunması üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmalıdır. Belə ki, icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun ##.##.2025-cı il tarixli qərar qəbul etməsinin səbəbi kimi borcluya (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin olmaması göstərilmişdir. Lakin icra məmuru borclu (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və ya onun gəlirlərinin olubolmamasını müfəssəl yoxlamamış, o cümlədən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə icra məmuru Orxan Məmmədov bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o bunları da, etmədən səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Borclunun banklarda və ya kredit təşkilatlarında pul vəsaitinin və başqa sərvətlərinin, qiymətli kağızlarının olub-olmaması müvafiq bank və ya digər təkilatlardan icra məmuru tərəfindən sorğulanmalı olduğu təqdirdə icra məmuru Orxan Məmmədov bu icra tətbirlərini də, tətbiq etməmişdir. Bundan əlavə borclunun birgə nikah dövründə əldə olunmuş tələbin yönəldilə biləcəyi daşmar və ya daşınmaz əmlakının, qızıl-zinət və ya ev əşyalarının, təsis paylarının, o cümlədən onun üçüncü səxslərdə əmlakının mövcud olub-olmaması yoxlanılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.7. maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir (“İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3., 23.2. maddələri). Göründüyü kimi icra vərəqəsinin geri qaytarılması barədə icra məmurunun qərarından şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Lakin Tələbkar ASC Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI Ərizəçi Tələbkar ASC-nin ərizəsi geri qaytarılsın və ərizəçinin bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmək hüququ istisna deyil. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar