Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-114/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim S.Səmədzadə) ərizənin qismən təmin edilməsi, ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.77 misli həddində sabit pul məbləğində aliment X1 tutularaq Ərizəni verən şəxs ödənilməsi qərara alınmışdır. Borclu Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixil, *(*-***)-***/**** nömrəli qərardadından borclu Maraqlı şəxs verdiyi şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI Tələbkar Ərizəni verən şəxs aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş bir uşağın saxlanılması üçün ödənilən 193 manat məbləğində alimentin miqdarının 2026-cı il üçün müəyyənləşdirilmiş minimum əmək haqqına uyğun olaraq, gələcək artımlar nəzərə alınmaqla indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Maraqlı şəxs qərardaddan şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadının ləğv edərək, onun son dərəcə ağır maddi durumu və himayəsindəki 2-ci qrup əlil uşağın xərcləri nəzərə alınaraq, ikinci uşağı Yusif üçün ödədiyi aylıq aliment sabit olaraq əvvəlki qaydada — 193 manat məbləğində saxlanılması barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixil, *(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Ərizəni verən şəxs ona qarşı alimentin miqdarının indeksasiya edilməsi tələbinə dair ərizəsi qismən təmin edilərək ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment ondan tutularaq Ərizəni verən şəxs ödənilməsi qərara alınmışdır. Məhkəmənin iclası barədə məlumatı olmayıb, nə yaşadığı ünvana, nə də telefonuna məlumat daxil olmayıb ona görə də məhkəmə prosesində iştirakı olmadan qərar qəbul edilib. Məhkəmənin yuxarıda qeyd olunan qərardadı ilə tam razı deyil. Belə ki, iddiaçı Ərizəni verən şəxs ilə ##.##.2020-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. ##.##.2021-ci il tarixdə uşaq dünyaya gəlib. Təxminən bir ay onunla yaşadıqdan sonra, heç bir səbəb olmadan uşağı da götürüb evdən gedib və alimentlə bağlı məhkəməyə müraciət edib. Evdən gedərkən də qeyd etmişdir ki, ona uşaq lazım idi və çıxıb getmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaq iddiaçının himayəsində saxlanmış və X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 193 manat sabit pul şəklində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Aliment öhdəliyini vicdanla yerinə-yetirmiş, bir gün belə gecikdirmədən hər ayın sonuna sosial ödənişlər daxil olan kimi köçürmüş, bütün ödəniş qəbzləri və çekləri qorunub saxlanılır və məhkəməyə təqdim edə bilər. Onun birinci nikahdan olan övladı — X3 ağır genetik — "Bekkera əzələ distrofiyası" Simptomları: Ayaqlarda zəiflik, pilləkənlərlə qalxarkən çətinlik çəkmək, tez-tez yıxılma, "ördək yerişi": Yeriş zamanı bədənin sağa-sola yellənməsi. Xəstəliyindən əziyyət çəkir və rəsmi olaraq 2-ci qrup əlildir. Anası uşağı Rusiya Federasiyasından ##.##.2020-ci ildə onun öhdəsinə göndərib və heç bir maddi-mənəvi köməklik göstərmir. Ağır xəstə olan əlil övladına təkbaşına baxır və ona daimi fiziki qulluq göstərir. Məhz bu səbəbdən heç bir yerdə işləyə bilmir və başqa heç bir qazancı yoxdur. Yeganə dolanışıq mənbəyi övladının əlillik pensiyası (250 manat) və ona qulluq etdiyi üçün aldığım müavinətdir (120 manat), ikisinin ümumi aylıq gəliri cəmi 370 manat təşkil edir. Tibbi və reabilitasiya xərclərinin yüksək olması: Bu 370 manat gəlirin hər ay minimum 130 manatı birbaşa Muradın həyati vacib dərman preparatlarına xərclənir. Bundan əlavə, uşağın xəstəliyi ilə əlaqədar olaraq hər altı aydan bir Bakı şəhərində onun ürəyinin, sümüklərinin tam tibbi müayinəsi və xüsusi reabilitasiya kursları keçirilir. Bu müayinə və gediş-gəliş xərcləri hər dəfə yüzlərlə manat əlavə vəsait tələb edir. Yaşiı və təqaüdçü anası öz pensiyasından ayda 100 manat yardım etməsə, onların fiziki olaraq yaşamaqları qeyrimümkündür. Aliment məbləğinin artırılması himayəsindəki əlil uşağın fundamental yaşayış və müalicə hüququnu birbaşa məhv edir. Bu baxımdan cavabdehin maddi təminatı ondan qat-qat yaxşıdır. Cavabdeh, Ərizəni verən şəxs dövlət işində — Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Xaçmaz şöbəsində çalışırdı. Hal-hazırda, o, özəl "ARFİN" MMC şirkətində işləyir, iddiaçının, Xaçmaz rayonunun Qoçaqlı kəndində bir neçə hektar gəlirli gilas və fındıq bağları mövcuddur. Onun heç alimentə də ehtiyacı yoxdur. Belə olan halda hesab edir ki, məhkəmə qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır ki, köhnə qaydada ondan aliment tutulduqda himayəsində xəstə, əlil olan uşağının maraqları pozulur. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə qismən təmin edilmişdir. Ərizənin qismən təmin edilməsini aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.77 misli həddində indeksasiya olunması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş bir uşağın saxlanılması üçün ödənilən 193 manat məbləğində alimentin miqdarının 2026-cı il üçün müəyyənləşdirilmiş minimum əmək haqqına uyğun olaraq, gələcək artımlar nəzərə alınmaqla indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli qətnaməsi ilə borclu Maraqlı şəxs ## #### 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Beləliklə, əvvəlki məhkəmə qətnaməsində alimentin məbləği konkret pul məbləğində müəyyən edildiyindən, həmin məbləğin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq indeksasiya edilməsi məsələsinə baxılması üçün hüquqi əsas mövcud olmuşdur. Birinci instansiya məhkəməsi alimentin ilkin məbləğinin müəyyən edildiyi dövrdə ölkə üzrə qüvvədə olan minimum əmək haqqı məbləğini nəzərə almaqla 193 manat məbləğinin həmin göstəricinin 0,77 mislinə uyğun olduğunu müəyyən etmiş və alimentin sonrakı dövrlərdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının artımına uyğun olaraq həmin nisbətdə indeksasiya olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Ailə Məcəlləsinin 110-cu maddəsinin tələblərinə və Ali Məhkəməsi Plenumunun qeyd olunan hüquqi izahlarına uyğundur. Borclu şikayətində ağır maddi vəziyyətdə olduğunu, himayəsində digər, əlilliyi olan uşağın saxlanıldığını, işləmədiyini və gəlirlərinin məhdud olduğunu göstərmiş, həmçinin aliment alan şəxsin maddi vəziyyətinin daha yaxşı olduğunu bildirmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar alimentin indeksasiyası məsələsinin həlli üçün hüquqi əhəmiyyət kəsb edən hallar deyildir. Belə ki, alimentin indeksasiyası qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmiş aliment öhdəliyinin məbləğinin ölkə üzrə müəyyən olunan minimum əmək haqqında baş verən dəyişikliklərə uyğunlaşdırılması məqsədini daşıyır. İndeksasiya zamanı aliment öhdəliyinin yaranmasına əsas olmuş məhkəmə aktının mahiyyəti yenidən araşdırılmır, aliment ödəyən şəxsin maddi və ailə vəziyyətinə yenidən qiymət verilməklə əvvəl müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi məsələsi həll olunmur. Başqa sözlə, alimentin indeksasiyası alimentin məbləğinin yenidən müəyyən edilməsi, azaldılması və ya artırılması institutu olmayıb, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş indeksasiya mexanizminə uyğunlaşdırılmasıdır. Bu baxımdan borclunun maddi vəziyyətinin pisləşməsi, himayəsində digər şəxslərin, o cümlədən əlilliyi olan uşağın olması, gəlirlərinin azalması və digər ailə-maddi xarakterli hallar indeksasiya məsələsinə baxılarkən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi üçün əsas kimi qəbul edilə bilməz. Borclu həmin hallara istinad etməklə aliment öhdəliyinin məbləğinin dəyişdirilməsini tələb etmək hüququndan məhrum deyildir, lakin belə tələb alimentin indeksasiyası məsələsinə baxılması çərçivəsində deyil, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq müstəqil hüquqi vasitələrdən istifadə etməklə irəli sürülməlidir. Eyni zamanda, aliment alan şəxsin işləməsi, gəlirlərinin və ya əmlakının olması barədə şikayətdə göstərilən hallar da alimentin indeksasiyasının qanunvericiliklə müəyyən edilmiş yeganə meyarını, yəni ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğində baş verən dəyişikliklərə uyğun indeksasiyanın aparılmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Şikayətin digər dəlilləri də birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyası məsələsini həll edərkən iş üzrə müəyyən edilmiş halları düzgün qiymətləndirmiş, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş və nəticə etibarilə qanuni və əsaslı qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Maraqlı şəxs şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli və onunla bağlı ## ###### 2026cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-114/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-114/2026
01.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver