Məhkəmə qərarları › İş №8(3-8)-118/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-118/2026

10.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-118/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI tələbkar Tələbkar yenidən indeksasiya olunması barədə ərizəsi üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ## ###### 2015-ci il tarixli, 3M-*** reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X1 və borclu1 müştərək qaydada 27600 (iyirmi yeddi min altı yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq iddiaçı Tələbkar verilməsi edilmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədinə əsasən borclular borclu2 və borclu1 tutulmalı olan 27630 manat pul məbləği ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət nəzərə alınmaqla 8.8 faiz nisbətində indeksasiya edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Tələbkar Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi üzrə tutulmalı olan və əvvəlki qərardadla indeksasiya edilmiş pul məbləğinin sonrakı dövr üzrə (##.##.2024-cü il tarixdən məhkəmə tərəfindən müəyyən ediləcək tarixədək) qanunvericiliyə uyğun qaydada yenidən indeksasiya olunmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri ** saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş ## ###### 2015-ci il tarixli, 3M-*** reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Abdullayevə (Əliyeva) Sevil Ramazan qızı və borclu1 müştərək qaydada 27.600 manat borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və onun əsasında verilmiş icra sənədi icra olunması üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

5. Lakin borclular məhkəmə qətnaməsini uzun müddət qəsdən icra etməmiş, tətbiq edilmiş inzibati məsuliyyət tədbirlərinə baxmayaraq borc ödənilməmişdir. Qətnamənin icra edilməməsi nəticəsində pul vəsaitinin alıcılıq qabiliyyətinin azalması nəzərə alınaraq, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə icra sənədi üzrə tutulmalı olan 27.630 manat məbləğ ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək 8,8 faiz nisbətində indeksasiya edilmişdir.

6. Həmin qərardaddan sonra da borclular tərəfindən hər hansı ödəniş edilməmiş, məhkəmə aktı icra olunmamış və sonrakı dövrdə inflyasiya prosesləri davam etmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2024-cü ildə istehlak qiymətləri 2,2 faiz, 2025-ci ildə 5,6 faiz, 2026-cı ilin yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artmışdır. Bu göstəricilər istehlak bazarında qiymətlərin yüksəldiyini və pul vəsaitinin real dəyərinin, eləcə də alıcılıq qabiliyyətinin azaldığını təsdiq edir.

7. Beləliklə, məhkəmə aktının faktiki icra edilməməsi və əvvəlki indeksasiya dövründən sonra da inflyasiyanın davam etməsi nəzərə alınaraq, qətnamə üzrə tutulmalı olan və əvvəlki qərardadla indeksasiya edilmiş pul məbləğinin ##.##.2024-cü ildən məhkəmə tərəfindən baxılan tarixədək olan dövr üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi istehlak qiymətləri indeksləri əsasında yenidən indeksasiya edilməsi zəruridir.

8. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021ci il tarixli qətnamə ilə tələbkarın xeyrinə tutulmalı olan məbləğdən qalan 21.180 manat pul vəsaiti indeksasiya olunaraq 23.891,04 manat (21.180 manat * 112.8 %) məbləğində müəyyən edilmişdir.

9. Tələbkar Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin tam təmin edilməsini xahiş etmişdir.

10. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

11. Şikayət məbləğin indeksasiya olunması barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, pul öhdəliyinin yarandığı tarixdəki məbləğ ilə hazırkı dövrdə həmin məbləğin iqtisadi dəyəri eyni hesab edilə bilməz və pul vəsaitinin inflyasiya nəticəsində dəyərsizləşməsi nəzərə alınmalıdır. Məhkəmə aktının faktiki olaraq icra edilməməsi və əvvəlki indeksasiya dövründən sonrakı müddətdə inflyasiya prosesinin davam etməsi nəzərə alınaraq, məhkəmə aktı üzrə tutulmalı olan məbləğ əvvəlki indeksasiyanın hesablandığı dövrdən sonrakı müddət üçün də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında yenidən indeksasiya edilməlidir.

12. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tutulmalı olan və əvvəlki qərardadla indeksasiya edilmiş pul məbləğinin ##.##.2024-cü il tarixindən məhkəmə tərəfindən işə baxıldığı tarixədək olan dövr üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi istehlak qiymətləri indeksləri nəzərə alınmaqla yenidən indeksasiya edilməsi zəruridir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

14. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

15. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrinin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliy ilə nəzərdə tutulmuş qadadad məsuliyyət daşıyırlar.

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il tarixli Qanunu

16. Maddə 1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə 2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli qərarı

17. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin, qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. İndeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

19. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

24. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Hazırkı işdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ## ###### 2015-ci il tarixli, 3M-*** reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər borclu2 və borclu1 müştərək qaydada 27.600 (iyirmi yeddi min altı yüz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Beləliklə, icra edilməli olan ümumi məbləğ 27.630 (iyirmi yeddi min altı yüz otuz) manat təşkil etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnamə əsasında verilmiş icra sənədinə əsasən borclu2 və borclu1 tutulmalı olan 27.630 manat məbləğ ##.##.2022-ci ildən ##.##.2024cü ilədək olan müddət nəzərə alınmaqla 8,8 faiz nisbətində indeksasiya edilmişdir.

27. Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş pul məbləğinin indeksasiyasının əsas məqsədi məhkəmə aktı ilə tutulması müəyyən edilmiş pul vəsaitinin uzun müddət ərzində icra edilməməsi və ya gec icra edilməsi nəticəsində həmin məbləğin inflyasiya səbəbindən alıcılıq qabiliyyətinin azalmasının kompensasiya edilməsidir. İndeksasiya vətəndaşın pul gəlirlərinin və ya əmanətlərinin artırılmasına deyil, məhkəmə aktının icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tələbkara ödənilməli olan pul məbləğinin istehlak qiymətləri indeksinin artım səviyyəsinə uyğunlaşdırılmasına xidmət edir.

28. Bu baxımdan indeksasiya tələbkarın hüquq və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasına yönəlmiş hüquqi mexanizmdir. Qanunvericinin məqsədi borclunun məhkəmə aktını vaxtında icra etməməsi nəticəsində tələbkarın pul vəsaitinin alıcılıq qabiliyyətində yaranan itkinin aradan qaldırılmasını təmin etməkdir. Eyni zamanda, indeksasiyanın tətbiqi borclunun qətnamənin icrasını gecikdirməsində təqsirinin olubolmamasından asılı deyildir. Başqa sözlə, borclunun icra sənədini üzrlü səbəbdən vaxtında icra edə bilməməsi belə, həmin dövr üzrə pul məbləğinin indeksasiyasını istisna etmir.

29. Bununla yanaşı, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, tələbkar ərizəsində borclular tərəfindən heç bir ödəniş edilmədiyini göstərsə də, iş materiallarına borclular tərəfindən ödənişləri təsdiq edən qəbzlər təqdim edilmişdir. Həmin ödəniş qəbzlərinin araşdırılması nəticəsində borclular tərəfindən ümumilikdə 6.450 (altı min dörd yüz əlli) manat məbləğində ödənişin həyata keçirildiyi müəyyən olunmuşdur. Deməli, indeksasiya hesablanarkən faktiki ödənilmiş məbləğin nəzərə alınması və yalnız qalan borc məbləğinin indeksasiya edilməsi zəruridir.

30. Beləliklə, 27.630 manat təşkil edən ilkin borc məbləğindən 6.450 manat ödəniş çıxıldıqdan sonra indeksasiyaya məruz qalmalı olan qalıq məbləğ 21.180 (iyirmi bir min yüz səksən) manat təşkil edir.

31. Azərbaycan Respublikasında istehlak mallarının qiymətlərinin və pullu xidmətlərin tariflərinin, yəni istehlak qiymətlərinin ildən-ilə artması pul vəsaitlərinin əvvəlki dövrlə müqayisədə real dəyərinin azalmasına səbəb olur. Bu səbəbdən məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilmiş məbləğin indeksasiyası aparılarkən faktiki ödənilmiş məbləğlər nəzərə alınmalı və indeksasiya yalnız ödənilməmiş qalıq borca tətbiq edilməlidir.

32. Tələbkarın fiziki şəxs olması da nəzərə alınmaqla, istehlak qiymətləri indeksinin hesablanması zamanı orta aylıq göstəricinin müəyyən edilməsi məqsədəuyğundur. İş üzrə təqdim edilmiş hesablamaya əsasən, 2026-cı ilin iyun ayında 2024-cü ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 112,8 faiz təşkil etmiş, başqa sözlə, həmin dövrdə qiymətlərin səviyyəsi 12,8 faiz artmışdır.

33. Bu göstərici nəzərə alınmaqla, indeksasiya olunmalı 21.180 manat məbləğin 112,8 faizlik istehlak qiymətləri indeksinə uyğun hesablanması nəticəsində 23.891,04 manat məbləğ müəyyən edilir. Hesablama aşağıdakı qaydada aparılır: 21.180 manat × 112,8% = 23.891,04 manat.

34. Yəni ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək indeksləşdirilmiş məbləğ ilə birlikdə borclunu tələbkar qarşısında ümumi borcu 23.891,04 manat təşkil etmişdir.

35. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yaratmır.

36. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas olmadığından, şikayət təmin olunmamalı, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar