Məhkəmə qərarları › İş №8(3-8)-121/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-121/2026

08.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-121/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakim E.Kazımov) Sumqayıt şəhər * saylı notariat ofisi tərəfindən verilmiş *İ-**** nömrəli ##.##.2026-cı il tarixli icra qeydi üzrə borclu Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI Təqdimat verən orqannin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər * saylı Notariat Kontoru tərəfindən verilmiş *İ-**** nömrəli, ##.##.2026-cü il tarixli icra sənədinə əsasən borclu Borclu 20006,09 manat əsas, 1641,63 manat faiz, 25 manat dövlət rüsumu, ümumilikdə 21672,72 manat tutularaq tələbkar Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi ##.##.2026-cü il tarixində Təqdimat verən orqan daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Borclu Borclu Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu sahibkarlıqla məşğuldur. Bank ona sahibkar olduğuna görə kredit vermişdir. Onun biznes fəaliyyəti ölkə xaricindən mal gətib satmaqdır. Məhkəmə də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etmişdir. Belə olan halda borclu banka olan borcunu heç bir halda bağlaya bilməz. Ona görə də, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad ləğv olunmalıdır ki, borclu kredit borcunu ödəmək üçün biznes fəaliyyəti dayanmasın. HÜQUQI MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini notariusun icra qeydi əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Işdən görünür ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar borclu və tələbkara göndərilmiş, lakin buna baxmayaraq borclu borcu ödəməmişdir. Iş materiallarından görünür ki, Sumqayıt şəhər * saylı notariat ofisi tərəfindən verilmiş *İ- **** nömrəli, ##.##.2026-cı il tarixli icra qeydi əsasında borclu Borclu 20006,09 manat əsas borc, 1641,63 manat faiz və 25 manat dövlət rüsumu, ümumilikdə 21672,72 manat məbləğində pul vəsaitinin tələbkar Tələbkar ASC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. Həmin icra sənədi icra olunması üçün Təqdimat verən orqannin icraatına qəbul edilmiş, icraata başlamaq haqqında qərar qəbul olunaraq borcluya icra sənədinin tələblərini könüllü qaydada yerinə yetirməsi üçün müddət verilmişdir. Lakin borclu müəyyən edilmiş müddət ərzində icra sənədinin tələblərini könüllü qaydada yerinə yetirməmiş, nəticədə icra sənədi üzrə tələb tam şəkildə təmin edilməmişdir. “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinin əsasən Icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Göründüyü kimi, qanunvericilik borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını icra sənədindən irəli gələn öhdəliyin borclu tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirilməməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə icra sənədinin müəyyən edilmiş qaydada icraata qəbul edilməsi, borcluya icra sənədinin tələblərinin könüllü qaydada yerinə yetirilməsi üçün müddət verilməsi, buna baxmayaraq həmin tələblərin icra olunmaması və borcun ödənilməməsi iş materialları ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq icra məmurunun təqdimatını təmin etməkdə haqlı olmuşdur. Borclu şikayətində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, xarici ölkələrdən mal gətirib satdığını və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının onun sahibkarlıq fəaliyyətinə mane olacağını bildirmişdir. Məhkəmə kollegiyası şikayətçinin həmin dəlilini məhdudiyyət tədbirinin tətbiq edilməsinin qanuniliyi baxımından əsaslı hesab etmir. Belə ki, borclunun sahibkarlıq fəaliyyəti ilə məşğul olması və xarici ölkələrlə kommersiya əlaqələrinin mövcudluğu, özlüyündə icra sənədindən irəli gələn öhdəliyin müəyyən edilmiş müddətdə yerinə yetirilməməsinə əsas verən hal hesab edilə bilməz. Şikayətçi tərəfindən ölkədən getməsinin konkret olaraq icra sənədi üzrə borcun ödənilməsinə imkan yaradacağını təsdiq edən kifayət qədər və mötəbər sübutlar təqdim edilməmişdir. Bu baxımdan, şikayətçinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının onun gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına mane olacağı və bunun nəticəsində borcu ödəyə bilməyəcəyi barədə dəlilləri ehtimala əsaslanan mülahizə olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və əsassız hesab edilməsi üçün kifayət etmir. Digər tərəfdən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması borclunun icra sənədindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsinə yönəlmiş qanunla nəzərdə tutulmuş məcburi icra tədbiridir. Bu tədbirin tətbiqi borclunun hüquqlarının qeyri-məhdud müddətə məhdudlaşdırılması anlamına gəlmir və məhdudiyyətin tətbiq edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda qanunla müəyyən edilmiş qaydada həmin məhdudiyyət götürülə bilər. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar və tətbiq olunan hüquq normaları birinci instansiya məhkəməsinin icra məmurunun təqdimatını təmin etməklə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə gəldiyi nəticənin qanuni və əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli və onunla bağlı ## ###### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Borclu Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli və onunla bağlı ## ###### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar