Məhkəmə qərarları › İş №8(3-8)-13/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-13/2026

09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-13/2026 09.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 tərəfindən Maraqlı şəxs icra məmurunun xx.xx.2025-ci il tarixli inkasso sərəncamının ləğv edilməsi barədə şikayətinə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayət) X3 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Ərizəçi (borclu) X6, Tələbkar iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-612/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X10 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs nümayəndəsi Nümayəndə1 19 fevral 2025-ci il tarixli, e309818/2022-26-14/l saylı inkasso sərəncamının ləğv edilməsi və onun əsasında onun pensiyasından tutulmuş pul məbləğlərinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs icra məmuru Nümayəndə1 19 fevral 2025-ci il tarixli, e309818/2022-26- 14/1 saylı inkasso sərəncamı ilə hər ay onun pensiyasından 220.04 manat tutularaq Tələbkar verilməsi qərara alınmışdır. Belə ki, o müharibə veteranıdır və 2025-ci ilin fevral ayının pensiyasından 220.04 manat pulun tutulması ona məlum olandan sonra o bunun səbəbinin izah edilməsi üçün banka müraciət etmiş və ona izah edilmişdir ki, həmin məbləğ icra məmurunun inkasso sərəncamına əsasən tutulmuşdur. Bundan sonra o Maraqlı şəxsnə gedərək pensiyasından hansı əsasla pulun tutulmasını soruşduqda həmin şöbənin icra məmuru Nümayəndə1 bildirmişdir ki, icraatında mərhum həyat yoldaşına aid icra sənədi vardır, həyat yoldaşı vəfat etdiyi üçün həmin məbləğdə pul pensiyasından tutulacaqdır. İcra məmuru ona bu barədə 19 fevral 2025-ci il tarixli, e309818/2022-26- 14/1 saylı inkasso sərəncamını vermişdir. O. mərhum həyat yoldaşının kiməsə borclu olduğu barədə məlumatsız olmuşdur. İnkasso sərəncamını aldıqdan sonra o həmin sənəddə göstərilmiş məhkəmə qətnaməsinin surətinin verilməsi üçün Xaçmaz rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmədən ona 05 mart 2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(067)- 2183/2022 saylı qətnaməsinin surətini vermişlər. Qətnamədə qeyd olunur ki, X4 19830 manat məbləğində pul və ödənilmiş 150 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. X11 onun ikinci həyat yoldaşıdır. Bir dəfə onunla rəsmi qaydada boşanmışlar, ondan sonra müəyyən müddət keçəndən sonra təkrarən rəsmi nikaha girmişlər. Onunla birgə nikahdan bir övladı vardır. Münasibətləri soyuq olmuş, onun qətnamədə göstərdiyi kimi qızıl alveri ilə məşğul olmasından qətiyyən xəbəri olmamışdır. Çox vaxtlar onlar ayrıayrı ünvanlarda yaşamışlar. Birgə nikahdan olan uşağı ilə birlikdə ünvan 1ində yaşayır. İlhamə Seyidova isə rayonun Çarxı kəndində anasının yanında yaşamış və dünyasını dəyişəndən sonra Çarxı kənd qəbiristanlığında dəfn edilmişdir. İcra məmuru Nümayəndə1 yuxarıda göstərilən inkasso sərəncamının verilməsini tamamilə qanunsuz hesab edərək onun hərəkətlərindən Sumqayıt İnzibati Məhkəməsinə şikayət vermişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4940/2025 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardadda qeyd olunur ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır.

3. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-612/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Maraqlı şəxs nümayəndəsi Nümayəndə1 19 fevral 2025-ci il tarixli, e-309818/2022-26-14/l saylı inkasso sərəncamının ləğv edilməsi və onun əsasında X6 pensiyasından tutulmuş pul məbləğlərinin geri qaytarılması qərara alınmışdır.

4. Bu qərardaddan Tələbkar şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-612/2025-008 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-612/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2183/2022 saylı qətnaməsinin icrasının təmin olunması məqsədilə Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 612/2025-008 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmişdir.

6. Həmin qərardaddan X10 şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-612/2025 saylı qərardadın ləğv edilməsi və Tələbkar Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-612/2025-008 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir

7. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-612/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X6 şikayət ərizəsi əsasında qəbul edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-612/2025- 008 saylı qərardadı onunla əsaslandırılmışdır ki, icra məmuru “İcra haqqında” Qanununun 31-ci maddəsinin tələblərinə riayət eTməmişdir. Hazırda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “tərəfin onun vərəsi ilə əvəz edilməsi haqqında” qərardan görünür ki, icra məmuru sözügedən nöqsanı aradan qaldırmışdır. Məhkəmənin qənaətinə görə, prosessual qənaət baxımından icra məmuru tərəfindən yol verilmiş prosessual nöqsan aradan qalxdığından, hazırkı şikayət təmin edilməli və Xaçmaz Rayon Məhkəməsinin 8(067)-612/2025-008 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 263-269-cu maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2015-ci il tarixli, 8(067)-612/2025 saylı qərardadı tamamilə qanunsuz və əsassızdır. Birincisi, Tələbkar şikayəti üzrə xx.xx.2025-ci il tarixdə təyin edilmiş məhkəmə iclasına çağırılmamışdır, bu barədə ona heç bir bildiriş və yaxud SMS gəlməmişdir. İkincisi, məhkəmə həmin qərardadın surətini ona göndərməmişdir. Yalnız pensiyasından 2025-ci ilin dekabr ayında pul tutulandan sonra icraçıya müraciət etdikdə qərardadın mövcudluğundan məlumatlı olmuşdur. Məhkəmənin həmin qərardadı gizli şəkildə qəbul edib ondan gizlətməsinin səbəbini bilmir. Hər bir halda məhkəmə işə baxarkən maraqlı şəxs olaraq onu məlumatlandırmalı və işdə iştirakını təmin etməli idi. Məhkəmə özünün xx.xx.2025-ci il tarixli qanuni və əsaslı qərardadını ləğv edərkən ona istinad etmişdir ki, icra məmuru əvvəllər yol verdiyi nöqsanı guya aradan qaldırıb və “İcra haqqında” Qanununun 31-ci maddəsinə əsasən vəfat etmiş borclunun əvəzinə onun vərəsəsini hüquqi varis kimi tanımışdır. Hesab edir ki, icra məmurunun təkbaşına vəfat etmiş borclunun əvəzinə onun vərəsəsini hüquqi varis kimi icra icraatına cəlb etmə səlahiyyəti yoxdur. Xaçmaz Rayon Məhkəməsi iş üzrə xx.xx.2025-ci il tarixli, 8(067)- 612/2025-008 saylı qərardadı qəbul edərkən müəyyən etmişdir ki, mərhum həyat yoldaşı X4 hər hansı əmlak miras qalmamış və ondan hər hansı miras keçməmişdir. Bundanda əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Yəni vərəsə miras qoyandan ona keçən miras kütləsinin dəyərində kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməlidir. Mərhum arvadından heç bir miras əmlakı qəbul etmədiyi halda hansı əsasla onun borc öhdəliyini icra etməlidir? Vəfat etmiş şəxsin prosessual varis kimi əvəz edilməsi heç də, borcun önun tərəfində ödənilməli olması anlamına gəlmir. Göründüyü kimi məhkəmə bu halları nəzərə almamış və işə səthi yanaşaraq, əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə şifahi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İslam Seyidov şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-612/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı qanunsuz və əsassızdır. Mərhum arvadı İlhamə Seyidova ilə rəsmi nikahda olsa da, faktiki ayrı yaşamışlar. İlhamə Seyidovanın borcu kimdən necə alması barədə sonradan məlumatlı olmuşdur. Sonradan Tələbkar borcu tələb etdiyini öyrənmiş, məhkəmə işi ilə əlaqədar İlhamə Seyidovaya borcu necə almışdırsa, o qaydada da məsələni özünün həll etməsini bildirmişdir. Həmin məsələni İlhamə Seyidovanın özü də həll edirdi. İlhamə Seyidovanın onkoloji xəstəliyi var idi və bir müddət sonra o öldü. İlhamə Seyidova öləndən sonra Maraqlı şəxs tərəfindən borc ilə əlaqədar tutma pensiyasına yönəldilmişdir. O, Qarabağ veteranıdır, himayəsində azyaşlı uşaq var, başqa iş yeri yoxdur. İlhamə Seyidovadan ona heç bir əmlak, miras qalmayıb. Borca görə məsuliyyət daşımır, ona görə də borc ilə əlaqədar olaraq pensiyasından tutulma həyata keçirilməməsini xahiş edir.

14. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, şikayət əsassızdır. X19 Seyidovanın borcunun olmasından məlumatlı olmadığını bildirir, halbuki o həmin borcdan xəbərdar olub. X14 şəhərində lombardda zərgər işləyirdi. Ondan pul alandan sonra əvəzində qızıl verməli idi. 1 ay ərzində İlhamə Seyidova pulu ödəyəcəyini bildirərək pulun verilməsini gecikdirmişdir. İlhamə Seyidovanın iş yerinə getdikdə, İlhamə Seyidova əri İslam Seyidovla birgə gəlmiş və İslam Seyidov pulun qaytarılacağına dair söz vermişdi. Bundan ay yarım sonra da pul ödənməmişdir. Sonda o məhkəməyə müraciət etmişdir. Hesab edir ki, İslam Seyidovun yaşadığı ev, ona məxsus avtomobil İlhamə Seyidova ilə birgə nikah dövrü əldə edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Ona görə də sonda şikayətinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə qeyd olunan şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. İcra Haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8.1-ci icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Maddə 31. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 397.2. məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2. qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır.

399. birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir

Apellyasiya baxışının hədləri

18. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 612/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

21. Hazırkı iş üzrə ərizəçinin tələbi icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədədir.

22. Baxılan iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(067)-2183/2022 saylı qətnaməsi ilə X4 19830 manat məbləğində pul və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq Tələbkar verilməsi, borclu X7 xx.xx.2024-cü il tarixdə ölməsi, həmçinin ərizəçi X1 (borclunun) birinci növbəli vərəsəsi olması işin mübahisəsiz halıdır.

23. Araşdırılan işin faktiki halları ilə müəyyən edilir ki, Maraqlı şəxs icra məmuru Nümayəndə1 borclu X7 ölməsi səbəbindən xx.xx.2025-ci il tarixli “tərəfin onun vərəsəsi ilə əvəz edilməsi haqqında” barədə qərar qəbul etməklə X9 borclunun hüquqi varisi ilə əvəz etmişdir.

24. Bundan sonra Maraqlı şəxs 19 fevral 2025-ci il tarixli, e-309818/2022-26- 14/1 saylı inkasso sərəncamı ilə hər ay X6 pensiyasından 220.04 manat tutularaq Tələbkar verilməsi qərara alınmışdır.

25. Göründüyü kimi, mərhum şəxsin vərəsəsi icra qaydasında artıq müəyyən edilmişdir. Lakin bu halda miras qoyandan miras əmlakın qalıb-qalmaması, qalmışdırsa əmlakın vərəsə tərəfindən qəbul edilib-edilməməsi, edilmişdirsə hansı həcmdə və ya mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməsi və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıması kimi hallar həll edilməli olan əsas məsələlərdəndir.

26. Belə ki, mübahisələndirilən qərardaddan verilmiş şikayətdən görünür ki, şikayətçinin əsas dəlili ondan ibarətdir ki, yuxarıda qeyd olunan icra sənədi üzrə borclu İlhamə Seyidova ərizəçinin arvadı olmaqla, sonuncudan heç bir miras əmlak qalmamış, onun tərəfindən hər hansı miras qəbul edilməmişdir. Yəni, ərizəçi qeyd edir ki, onun tərəfindən borcluya məxsus olan hər hansı miras əmlak qəbul edilmədiyindən, mərhumun borc öhdəliyi üzrə tutmanın onun pensiyasına yönəldilməsi barədə icra məmurunun qərarı əsaslı ola bilməz.

27. Nəzərə alınmalıdır ki, İcra Haqqında Qanunun 31-ci maddəsinin tələbinə görə icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar

29. Yuxarıda sadalanan normalardan göründüyü kimi qanunvericilik vərəsələrin kreditorlar qarşısında məsuliyyəti, eləcə də kreditorların təmin edilməsi zamanı sübutetmə yükünü müəyyən etmişdir.

30. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən səlahiyyətləri çərçivəsində yuxarıda qeyd olunanlarla bağlı araşdırma aparılmadan mübahisələndirilən qərardad qəbul edilmişdir.

31. Kollegiya sonda onu da qeyd etməyi vacib bilir ki, hazırkı qərardadla şikayətin qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işə yenidən baxan birinci instansiya məhkəməsi üçün birmənalı olaraq şikayətin təmin edilməsi anlamına gəlinməməlidir. Konkret halda, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən səlahiyyətləri çərçivəsində əlaqəli icra işini tələb edib öyrənilməklə, eləcə də bu qərardadın 25-26 bəndlərində qeyd olunanlara (miras əmlakın vərəsə tərəfindən qəbul edilib-edilməməsi, edilmişdirsə hansı həcmdə və ya mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməsi və s. kimi halları araşdırmaqla) xüsusi diqqət yetirilməklə araşdırma aparılmalı və bunun nəticəsi olaraq qərar qəbul edilməlidir

32. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və iş yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

33. Hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-612/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı tam, bu qərardadla bağlı məhkəmənin 8(067)-612/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, ərizə və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın.. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar