Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-15/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Musəvi Mirelnur İsmayıl oğlunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına barədə təqdimatına dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1364/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Musəvi Mirelnur İsmayıl oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2036/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2036/2025-023 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə Borclu 12000 manat məbləğində pul, habelə ödənilmiş 126 manat dövlət rüsumunun və 325 manat məbləğində hüquqi yardımın əvəzinin alınaraq iddiaçı Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bildirilir ki, borclu xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində Sumqayıt şəhəri üzrə icra idarəsinə dəvət edilmiş, həmin tarixlərdə borcludan yazılı izahat alınmışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(060)-1364/2025 saylı qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) təqdimatın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2036/2025 saylı icra sənədinə əsasən xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2036/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh Borclu 12000 manat məbləğində pul, habelə ödənilmiş 126 manat dövlət rüsumunun və 325 manat məbləğində hüquqi yardımın əvəzinin alınaraq iddiaçı Tələbkar verilməli, iddia tələbi qalan hissədə və cavabdeh X1 münasibətdə təmin edilməməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Mirelnur Musəvi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2036/2025 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Mirelnur Musəvi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2036/2025 saylı icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, o, borcdan yayınmır. İcra məmurunun çağırışlarına vaxtı-vaxtında getmişdir. Tək gəlir yeri aldığı pensiyadır. İcra məmurunun yanında olan zaman ödənişin pensiyasına yönəldilməsini xahiş etsə də nəticəsi olmamışdır. İcra məmuru isə təqdimata baxılmasında məhkəmədə iştirak etməmişdir. Məhkəmə isə heç bir əsas olmadan təqdimatda göstərilən əsası olmayan hallara görə təqdimatı təmin etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(060)-1364/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(060)- 1364/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2036/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh Borclu 12000 manat məbləğində pul, habelə ödənilmiş 126 manat dövlət rüsumunun və 325 manat məbləğində hüquqi yardımın əvəzi alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmiş, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Mirelnur Musəvi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)- 2036/2025 saylı icra sənədinə əsasən icra icraatına başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş göndərilərək Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. lakin borclu icra sənədi üzrə tələb edilən borcu ödəməkdən yayınmışdır. Eyni zamanda borclu şikayətdində başqa gəlirinin olmadığı, yeganə gəlir yerinin təqaüdü olduğunu qeyd etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2 saylı Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1364/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1364/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-15/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-15/2026
10.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver