Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-16/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Qobustan Rayon Məhkəməsinin 8(026)-47/2025 nömrəli, 25 dekabr 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakim S.Mayılov) ərizənin təmin edilməsi, 03 oktyabr 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(026)-49/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aylıq 120 manat sabit aliment məbləği, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,48 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmuş məbləğinin tutulmasına qərardad qanuni qüvvəsini aldığı vaxtdan başlanılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin 15 yanvar 2026-cı il tarixli qərardadı ilə Qobustan Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 8(026)-47/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Qobustan Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 8(026)-47/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Məhkəmə kollegiyası borclu tərəfindən verilmiş şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, aliment məbləğinin indeksasiya edilməsi ilə bağlı ərizənin təmin edilməsi qərara alınmış, borclu bu qərardaddan şikayət vermişdir. Məlum olduğu kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Lakin mövcud şikayətə baxan aşağı instansiya məhkəməsi ilk növbədə qeyd olunan şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu (forma və məzmun) yoxlamalı və bundan sonra həmin tələblərə cavab verən şikayətə MPM-nin 269.3-cü maddəsinin tələbinə əsasən baxmalı olduğu halda, qanunvericiliyin tələblərinə əməl etməmişdir. Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-yə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin forması 2 saylı Əlavədə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Borclu şikayəti mülki qanunvericiliyin tələbinə uyğun olaraq şikayətin müəyyən edilmiş formasında verməmiş, şikayət elektron qaydada imzalanmamış, həmçinin şikayətin verildiyi məhkəmənin adı Şirvan Apellyasiya Məhkəməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilərkən formaya uyğun verilmədiyini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan şikayəti apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 133, 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qobustan Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 133, 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(3-8)-16/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-16/2026
10.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver