Məhkəmə qərarları › İş №8(3-8)-19/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-19/2026

20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-19/2026 20.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi ilə, Maraqlı şəxs xx.xx.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə X1nın ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru X9 tərəfindən qəul edilmiş xx.xx.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılması qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin mülkiyyətində olan 13 torpaq sahəsinin müvafiq olaraq X7 və X3 qanunsuz sahiblik və istifadə etdiyi 0.053 ha hissəsinin (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) onların sahibliyindən və isitfadəsindən geri alınaraq Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin mülkiyyətinə qaytarılması, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsinin Xaçmaz rayonu Palçıqoba bələdiyyəsindən, 25 manat hissəsinin isə X10 və X2 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşə cavabdehlər X10 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 28.11. 2023-cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsi ilk iddia ilə bağlı hissədə dəyişdirilmiş, qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********32 olan dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən cavabdeh X7 xususi mülkiyyətində olan və qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********45 olan dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən cavabdeh X3 xüsusi müikiyyətində olan torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun 0.053 ha hissəsinin (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) cavabdehlərin sahibliyindən və isitfadəsindən alınaraq Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin hüquqi varisi Nərəcan bələdiyyəsinin mülkiyyətinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manatın ilk iddia üzrə cavabdehlər X5 və X2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Xəyalə Yağışova tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-3142/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-42/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında iş üzrə icra vərəqəsi tərtib olunaraq icraya yönəldilmişdir. Maraqlı şəxs (böyük icra məmuru X9) xx.xx.2026-cı il tarixli qərarı ilə icraata başlanılmışdır. Qeyd etmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qərarları ilə razı deyil, çünki qəbul edilmiş qətnamə nəticəsində onun mülkiyyət hüquqlarına əsassız olaraq müdaxilə olunmuşdur. Bununla bağlı Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya qaydasında şikayət vermiş və şikayət icraata qəbul edilmişdir. İcra sənədini qanunsuz və əsassız hesab edir, buna əsasən də, hesab edir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qanunsuz qəbul edilmişdir və ləğv edilməlidir. Belə ki, mövcud qanunvericiliyə əsasən daşınmaz əmlakın üzərində hüquqlar, xüsusilə də, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüquqlarının qeydiyyata alınması daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında həyata keçirilir. Hazırkı halda onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, yalnız TEKUİS-də olan məlumatlara əsaslanaraq onun qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasi mülkiyyət hüquqlarına birbaşa müdaxilədir və buna görə də aidiyyəti şəxslər məsuliyyət daşımalıdır. Əgər o, bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdisə, niyə ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilirdi. Mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunduğu ortadadır, konstitusion hüquqları əsassız yerə pozulur. İcra məmuru qanunvericiliyin tələblərinə riayət etmədən icra sənədi üzrə icraata başlamışdır. Halbuki icraata başlamaq haqqında qərar qəbul olunmamışdan qabaq konkret olaraq həmin çıxarışda olan koordinatlar aydınlaşdırılmalı, onun istifadə etdiyi torpaq sahəsi ilə çıxarışdakı koordinatların üst-üstə düşüb-düşməməsi məsələsi aydınlaşdırılmalı idi. Ümumiyyətlə icra sənədinin icrası mümkünsüz olduğu üçün icra məmuru icra sənədini “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə almadan qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Xaçmaz Rayonu Palçıqoba bələdiyyəsi cavabdehlər X8 və X4 qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən cavabdehlərin seriyası JN 033; kod: 30213038 olan Dövlət Aktı və reyestr nömrəsi **********45 nömrə ilə verilmiş torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun cavabdehlər tərəfindən öz hesablarına açılması, həmin yolun bağlanması ilə əlaqədar etdikləri qanunsuz hərəkətlərinə son qoyulması, kənd sakinlərinin həmin yoldan kənd təsərrüfatı texnikası və piyadaların hərəkətinin təmin edilməsinə dair ərizə və xahişlərini nəzərə alaraq cavabdeh Şixnəzər Yağışov tərəfindən Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin mülkiyyətində olan 13 sot torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınaraq bələdiyyənin mülkiyyətinə qaytarılması və cavabdehlər tərəfindən ziyanın əvəzi olaraq 5.000 manatın bələdiyyənin büdcəsinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər X10 və X6 (qarşılıqlı iddia üzrə iddiaçılar) Xaçmaz Rayonu Palçıqoba bələdiyyəsinə (qarşılıqlı iddia üzrə cavabdeh) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Palçıqoba kənd bələdiyyəsinin sədri Müsayib Aslanovdan maddi və mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 5.000 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin olunaraq, Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin mülkiyyətində olan 13 sot torpaq sahəsinin müvafiq olaraq Şixnəzər Yağışovun və Xəyalə Yağışovanın qanunsuz sahiblik və istifadə etdiyi 0,053 ha hissəsi (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) onların sahibliyindən və isitfadəsindən geri alınaraq Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin mülkiyyətinə qaytarılmsı, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-42/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia ilə bağlı hissədə dəyişdirilməsi, qeydiyyat tarixinin xx.xx.2022-ci il, reyestr nömrəsi **********32 olan dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən cavabdeh Şixnəzər Yağışovun xüsusi mülkiyyətində olan və qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********45 olan dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən cavabdeh Xəyalə Yağışovanın xüsusi müikiyyətində olan torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun 0,053 ha hissəsinin (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) cavabdehlərin sahibliyindən və istifadəsindən alınaraq Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin hüquqi varisi Nərəcan bələdiyyəsinin mülkiyyətinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manatın ilkin iddia üzrə cavabdehlər Şixnəzər Yağışov və Xəyalə Yağışovandan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-3142/2025 nömrəli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Xəyalə Yağışova tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-42/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2026-cı il tarixdə Maraqlı şəxs icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Ərizənin məzmunundan aydın olur ki, ərizəçi qanuni qüvvəyə minmiş məhkəmə qərarından əlavə kassasiya qaydasında şikayət vermiş, bu səbəbdən də, icra sənədi üzrə icraata başlamaq haqqında yuxarıda adı çəkilən qərarı qanunsuz hesab edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun icraata başlamaq haqqında qərarından şikayət apellyasiya instansiya məhkəməsinə deyil, birinci instansiya məhkəməsinə verilməlidir. Lakin ərizəçi hazırkı tələblə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda borclu icraata başlamaq haqqında mübahisələndirdiyi qərardan icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verməli olduğundan, qərarın ləğvi barədə mövcud ərizə təmin edilmədən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs xx.xx.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş ərizə təmin edilmədən geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar