Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-23/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Zəngilan Rayon Məhkəməsinin 8(5-168)-2/2026 nömrəli 14 yanvar 2026-cı il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli qərardadı ilə (hakim G.İmanova) ərizənin təmin edilməsi, Zəngilan Rayon Məhkəməsinin 2(034)-160/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu Tələbkar xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli (400 x 1.19=476 manat) həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Zəngilan Rayon Məhkəməsinin 04 fevral 2026-cı il tarixli qərardadı ilə Tələbkar Borclu qarşı alimentin indeksasiya olunmasına dair iş üzrə çıxarılmış Zəngilan Rayon Məhkəməsinin 8(5-168)-2/2026 nöməli, xx.xx.2026-cı il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar Borclu qarşı alimentin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Borclu Zəngilan Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(034)-160/2018 qətnaməsi ilə müəyyən edilmiş 10 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün tutulmalı olan aliment məbləğinin indeksasiya olunaraq hər ay ölkə üzrə minimum əmək haqqının 118%-i məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Zəngilan Rayon Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tələbkar Borclu qarşı alimentin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Borclu Zəngilan Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(034)-160/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 10 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün tutulmalı olan aliment məbləğinin indeksasiya olunaraq hər ay ölkə üzrə minimum əmək haqqının 118%-i məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 8(5-168)-2/2026 nömrəli xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-160/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu Tələbkar xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli (400 x 1.19=476 manat) həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Zəngilan Rayon Məhkəməsinin qərardadı əsassızdır, iş üzrə əhəhmiyyət kəsb edən hallara münasibət bildirilməmiş və iş birtərəfli qaydada araşdırılmışdır. Ona görə də, qərardaddan şikayət vermək məcburiyyətindədir. Hesab edir ki, şikayəti əsaslıdır. Zəngilan Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(034)-160/2018 nömrəli qətnaməsi ilə onun cavabdeh Borclu qarşı iddia tələbi təmin olunaraq cavabdehdən tutulmalı olan aylıq alimentin məbləği 154,00 manat məbləğinə artırılmışdır. Təbii ki, həmin vaxtı ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edilmişdir. Hazırda isə ölkə üzrə 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Lakin, hazırda məhkəmə alimenti indeksasiya edərkən məbləği 476 manat etməsinin əsaslandırması mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarında aliment tutularkən yaşayış minimunun həddinin aşılması barədə hər hansı bənd mümkün deyildir. Bundan əvvəl məhkəmə alimentlə bağlı digər qərar qəbul edərkən yaşayış minimumun nəzərə alınmasını şərt kimi məhkəmələrin diqqətinə çatdırmışdır. Lakin, hazırda ondan tutulmalı olan alimentin məbləğinin uşaqların yaşayış minimumu həddində tutulması da onun vəziyyətini kəskinləşdirəcəkdir. Zəngilan rayonundan məcburi köçkündür, ailəsi ilə hazırki ünvanlarında ağır şəraitdə yaşayırlar. Himayəsində xəstə anası var. O, heç bir yerdə işləmir və anası da heç bir yerdə işləmir. Bacısı da onlarla yaşayır. Ailə vəziyyətləri çox ağırdır. Dolanmaqda çətinlik çəkir. Bundan əvvəl təyin edilmiş alimenti güclə ödəyir, işləmədiyinə dair sənədi də şikayətinə əlavə etmişdir. İşə baxılarkən bu barədə məlumat da vermişdir. İddiaçı ilə nikahları pozulandan sonra 23 iyul 2022-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarından xx.xx.2022-ci il tarixdə X5 anadan olmuşdur. Məhkəməyə bu barədə məlumat da vermişdir. Lakin, məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Hazırda keçmiş və hazırki nikahından 2 övladı var. Hər iki uşağa baxmalıdır bunu bilir. Hesab edir ki, 154 manat alimentin tutulması normal idi. Məhkəmə alimenti müəyyən edərkən onun ödənilib-ödənilməməsi barədə məlumatları aydınlıq gətirməmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğ ödənilməyəndə çətinliklər yaranacaqdır. Əgər ödənilsə belə yenidən çətinliklər yaranacaqdır. Çünki məhkəmə uşağın birini nəzərə alaraq digər uşağın vəziyyətini məhdudlaşdırmış və həmin uşağın dolanacaq xərclərinin digər övlada getməsinə şərait yaratmışdır və hesab edir ki, bərabərlik prinsipi bununla pozulmuşdur. Məhkəmə əhəmiyyət verməmişdir. Çünki 500 manatı fəhləlik edərək güclə tapan atanın 476 manat pulunu tutaraq digər övlada verməsi ikinci övladın yanında atanı çarəsiz duruma düşürür. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir. Ərizənin təmin edilməsini alimentin müəyyən edildiyi vaxta - 2018-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində indeksasiya olunmaqla aliment tutulmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Borclu Zəngilan Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(034)-160/2018 qətnaməsi ilə müəyyən edilmiş 10 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün tutulmalı olan aliment məbləğinin indeksasiya olunaraq hər ay ölkə üzrə minimum əmək haqqının 118%-i məbləğində müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli və onunla bağlı 04 fevral 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-23/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-23/2026
03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver