Məhkəmə qərarları › İş №8(3-8)-31/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-31/2026

04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-31/2026 04.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X16 qızının katibliyi, X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 nömrəli qətnaməsinə dair verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və yenidən icraya yönəldilməsi barədə ərizəsinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ləğv olunmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 1242/2023 saylı icra sənədinin həmin Qanununun 20.6-cı maddəsinə əsasən yenidən icra olunması üçün Maraqlı şəxsnə qaytarılmaqla, yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 tərəfindən Maraqlı şəxs xüsusi depozit hesabına 6.000 manat Borclu ödəniləcək kompensasiya məbləği ödənilmişdir. Ona Maraqlı şəxsndə şifahi olaraq bildirildiyinə görə, “Maraqlı şəxs icra məmuru Nürəddin Əmrullayev tərəfindən yerində akt tərtib olunmaqla, Borclu Quba şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evindən çıxarılmışdır” və icra işinə Maraqlı şəxs icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə xitam verilmişdir. Borclu Quba şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evindən çıxarılması ilə əlaqədar icra tədbirinin keçirilməsi barədə tələbkar X6 məlumat verilməmiş, həmçinin bu tədbirdə tələbkar X5 iştirakı təmin olunmamışdır. Eyni zamanda Borclu Quba şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evindən çıxarılsa belə, ev tələbkar X6 təhvil verilməmişdir. Borclu evi tərk etməmiş, yenə də özbaşına olaraq Quba şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evində yaşayır və evi tərk etməkdən imtina edir. Quba şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evi Adilə Didarinin və Əzizə Əhmədovanın xüsusi mülkiyyətindədir. X17 şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evinin qanuni mülkiyyətçisi olmasına baxmayaraq, Borclu qanunsuz hərəkətləri nəticəsində ünvan 1 ünvanında kirayədə yaşayır. X9 onkoloji xəstədir, ağır formada xərçəng xəstəsidir, hal-hazırda şüa terapiyası ilə müalicə olunur və maddi vəziyyəti də çox ağırdır. Onun qanuni evi olmasına baxmayaraq, X3 qanunsuz hərəkətləri nəticəsində bu ağır xəstə vəziyyətində kirayədə yaşaması yolverilməzdir. Hal-hazırkı vəziyyətdə belə məlum olur ki, Azərbaycan Respublikasının adından qəbul olunmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi faktiki olaraq icra olunmamışdır. Borclu etiraz ərizəsində qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-сü il tarixli, 2(105)-1242/2023 nömrəli qətnaməsinin, yəni icra sənədinin tələbinə görə onun həmin mənzildən çıxarılması qeyd edilmiş, onun evdən çıxarılmasından sonra evin tələbkara təhvil verilməsi nəzərdə tutulmamışdır. O, icra sənədinin icrasından sonra həmin evdə yaşamır, onun daimi və faktik yaşayış yeri ünvan 2 ünvanında yerləşən binanın 3 saylı mənzilidir. ünvan 3sə doğulduqları gündən oğlu və qızı yaşayır. Hesab edir ki, həmin evdə övladlarının vəfat etmiş atalarının miras pay hüququ var və hazırda həmin pay hissəyə mülkiyyət hüququnun əldə olunması üçün övladları tərəfindən X9 və X7 qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair” iddia üzrə Quba Rayon Məhkəməsinin icraatında 2(027)-84/2025 saylı mülki iş vardır. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-196/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddiaçılar X9 və X11 tərəfindən cavabdeh Borclu 4.000 (dörd min) manat məbləğində kompensasiya verilməklə onun Quba şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi, onun həmin mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh Borclu apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-196/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-196/2023 nömrəli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməsi, iddiaçılar X9 və X11 tərəfindən cavabdeh Borclu 6.000 (altı min) manat məbləğində kompensasiya verilməklə onun Quba şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evində olan istifadə hüquqlarına xitam verilməsi, onun həmin mənzildən çıxarılması, cavabdeh Borclu apellyasiya şikayətinin qismən təmin edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs icra məmuru Nurəddin Əmrullayevin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında”qərarı ilə iş üzrə icraata başlanılmışdır. İcra işinə Maraqlı şəxs icra məmuru Nurəddin Əmrullayevin xx.xx.2024-cli il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ilə xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 17 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. İcra məmuru icra sənədi üzrə icraata xitam verərkən icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğunu göstərmişdir. X4 tərəfindən təqdim edilmiş hazırkı ərizədən görünür ki, o, Quba şəhəri, Sabir küçəsi, 37 saylı fərdi yaşayış evinin qanuni mülkiyyətçisi olmasına baxmayaraq istifadə hüququnu həyata keçirə bilmir, hazırda borclu həmin evdən çıxmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olumaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Ərizədən aydın olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 nömrəli qətnaməsi ilə mübahisəli yaşayış sahəsi üzrə hüququ bərpa edilmiş tələbkarın bu hüququnu həyata keçirməsinə yenidən maneçilik törədilir və nəticədə məhkəmə qətnaməsi icrasız qalır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs böyük icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra tədbirlərinin davam etdirilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 saylı icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs böyük icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İcra tədbirlərinin davam etdirilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1242/2023 saylı icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar