Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-33/2026 17.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(012)-758/2025 nömrəli qərardadından X8 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı xx.xx.2018-ci tarixli qətnaməsi ilə iddiaçı X5 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(012)-9124/2016 saylı qətnaməsinin X2 vurulmuş maddi zərərin əvəzi olaraq 87000 manat məbləğində pulun alınıb X7 ödənilməsi hissəsində dəyişdirilməsi, X2 vurulmuş maddi zərərin əvəzi olaraq 29246 manat məbləğində və stomatoloji avadanlıqların alınması məqsədilə ödənilmiş 3600 manat məbləğində pul vəsaitinin əvəzi, ümumilikdə 32846 manat məbləğində pul vəsaitinin tutularaq X7 ödənilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X10 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən X6 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 372 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələbləri hər iki tərəf üçün eyni vaxtda icra edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.
2. Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclular X12 və X6 icra sənədinin icra olunması barədə məlumat verilmişdir.
3. Maraqlı şəxs1 X6 ünvanlanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sizdən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı xx.xx.2018-ci tarixli icra sənədinin icra edilməsi bir daha tələb olunur, əks halda barənizdə AR İXM-nin 528.1ci maddəsinə əsasən, inzibati məsuliyyətlə bağlı tədbir görüləcəkdir.
4. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 məcburi gətirilməsi üçün təqdimat verilmişdir.
5. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimat verilmişdir.
6. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı xx.xx.2018-ci tarixli icra sənədinin icrası ilə bağlı X1na məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha hissəsinin (borcun qismən ödənilməsi müqabilində) X11 verilməsi qərara alınmışdır.
7. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədəmüvafiqdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-144/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddianı təmin etmək məqsədilə seriya MA № ******* saylı xx.xx.2010-cu il tarixli **********30 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, X4 adına qeydə alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 372 nömrəli sahədə yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.
9. Qusar Rayon Məhkəməsinin 8(012)-10/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, X1na məxsus ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır.
10. Maraqlı şəxs1 tərəfindən "xxxx" MMC-yə, X6 və X11 ünvanlnmış xx.xx.2023-cü il tarixli sifarişdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1430/2017 saylı xx.xx.2018-ci tarixli icra sənədinin icrası ilə bağlı X4 mülkiyyətində olan və bazar dəyəri 18000 manat dəyərində qiymətləndirilən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,036 ha hissəsinin satılması ilə bağlı hərracın keçirilməsini xahiş etmişdir.
11. X3 Əmlak Hərrac Mərkəzi tərəfindən verilmiş protokoldan və məktubdan görünür ki, xx.xx.2023-cü il tarixinə saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
12. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı xx.xx.2018-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X1na məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,036 ha hissəsinə ilkin qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilməsi və əmlaka baxış keçirilməsinin təyin edilməsi qərara alınmışdır.
13. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən **********30 reyestr nömrəli torpaq sahəsinin bölgü eskizindən görünür ki, ümumi sahəsi 0,6 ha olan torpaq sahəsinin 0,036 ha hissəsi X7, 0,024 ha hissəsi isə X6 aid bölünmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
14. X8 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmuru X15 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və “daşınmaz əmlakın əldə olunması barədə” xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Ərizə onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərar və xx.xx.2024-cü il tarixli protokol qəbul edilərək, ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,036 ha hissəsi tələbkar X11 verilmiş və onun mülkiyyətinə keçirilməsi üçün əsas yaradılmışdır. Lakin bu hərəkətlər qanunsuz olmuşdur. Belə ki, həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evi ilə birlikdə vahid əmlak təşkil edir və onun yeganə yaşayış yeridir. Qanunvericiliyə görə belə əmlakın bölünməsi yalnız mülkiyyətçinin razılığı və ya məhkəmə qərarı əsasında mümkündür. Onun belə bir razılığı olmamış, eyni zamanda bu barədə hər hansı məhkəmə qərarı da mövcud olmamışdır. Bundan əlavə, əvvəlki məhkəmə aktları ilə həmin əmlaka tələbin yönəldilməsinin yolverilməz olduğu artıq müəyyən edilmişdir. Buna baxmayaraq, icra məmuru səlahiyyətlərini aşaraq əmlakı bölmüş və onun bir hissəsini tələbkara vermişdir. İcra məmurunun istinad etdiyi bölgü eskizi isə notariat qaydasında təsdiq edilməmiş və onun tərəfindən imzalanmamışdır, yəni hüquqi qüvvəyə malik deyildir. Beləliklə, icra məmurunun qeyd olunan qərar və protokolu nəticəsində ona məxsus əmlakın bir hissəsi qanunsuz olaraq başqa şəxsin mülkiyyəti kimi rəsmiləşdirilmiş, bununla da mülkiyyət hüququna müdaxilə edilmişdir. Buna görə də həmin qərar və protokol qanunsuz hesab edilərək ləğv edilməli və pozulmuş mülkiyyət hüququ bərpa olunmalıdır.
16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(012)-758/2025 nömrəli qərardadı ilə X4 icra məmuru X15 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və "daşınmaz əmlakın əldə olunması barədə" xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir.
17. X1 həmin qərardaddan şikayət vermişdir.
18. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(012)-758/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
19. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında olan, onun tərəfindən razılaşdırılmamış və notariat qaydasında təsdiq edilməmiş bölgü eskizini səhvən etibarlı sübut kimi qəbul etmiş və ona istinad edərək torpaq sahəsinin bölündüyünü göstərmişdir. Halbuki, həmin eskiz şikayətə yalnız onun qəbul edilmədiyini və hüquqi qüvvəsinin olmadığını göstərmək məqsədilə əlavə edilmişdir. Eskizin özündə də qeyd olunmuşdur ki, yalnız notariat qaydasında təsdiqləndiyi halda həqiqi sayılır. Bundan əlavə, həmin bölgü faktiki olaraq yaşayış evinin normal istifadəsini mümkünsüz edir. Eyni zamanda, mübahisəli əmlak borclunun yeganə yaşayış evidir və bu əmlaka tələbin yönəldilməsinin yolverilməzliyi barədə əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bu qərar məhkəməyə təqdim olunsa da, nəzərə alınmamışdır. Ona görə də, şikayətin təmin edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
20. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
21. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
22. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrinin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliy ilə nəzərdə tutulmuş qadadad məsuliyyət daşıyırlar.
Maddə 10. İcra hərəkətlərinin həyata keçirildiyi yer 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.
Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: (...) 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 50.3. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 50.4. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün.
Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. (...)
“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1 . İcra məmurlarının funksiyaları İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.
Maddə 7. İcra məmurlarının vəzifələri İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.
Maddə 8. İcra məmurlarının hüquqları İcra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək. İcra xidməti icra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır: kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.
Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.
Maddə 10. İcra məmurlarının tələblərinin məcburiliyi İcra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
25. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Hazırkı işdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmiş, X2 tutulmalı məbləğ 87000 manatdan 32846 manata endirilmişdir. Həmin məbləğin X7 ödənilməsi qərara alınmış, eyni zamanda qarşılıqlı iddia qismən təmin edilərək X5 mübahisəli 0,06 ha torpaq sahəsindən çıxarılması müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalarda qeyd edildiyi kimi, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
29. Sadalanan normaların tələblərindən həmçinin göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktını icra etmək icra məmurunun vəzifəsidir və icra tədbirlərinin yekun nəticəsi olaraq icra olunmuş məhkəmə aktı üzrə müvafiq qərar qəbul edilməli və tərəflər həmin qərarla razı olmadıqları halda ondan şikayət vermək hüquqları vardır.
30. Maraqlı şəxs1 icra məmuru X15 tərəfindən qanuni qüvvəsini almış məhkəmə aktının icrasının təmin edilməsi üçün görülmüş icra tədbirləri çərçivəsində borcluya dəfələrlə xəbərdarlıq olunmuş, hərrac keçirilsə də baş tutmamış, bundan sonra qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,036 ha hissəsi (borcun qismən ödənilməsi müqabilində) tələbkar X7 verilməsi qərara alınmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə “daşınmaz əmlakın əldə olunması barədə” protokol tərtib edilərək, göstərilən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,036 ha hissəsi üzərində X5 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məqsədəmüvafiq hesab edilmiş və həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasının həmin protokol əsasında aparılmasına göstəriş verilmişdir.
31. X8 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmuru X15 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və “daşınmaz əmlakın əldə olunması barədə” xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
32. Birinci instansiya məhkəməsi şikayəti əsassız hesab edərək gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, 0,06 ha torpaq sahəsinin yalnız 0,024 ha hissəsi və onun üzərində yerləşən ev borclunun yeganə yaşayış yeri sayılır və qanunla qorunur. Qalan 0,036 ha hissə isə evin altında olmayan sahə kimi qiymətləndirilmiş və bu səbəbdən onun bölünməsi və borcun həmin hissəyə yönəldilməsi qanunvericiliyə zidd olmamışdır.
33. Məhkəmənin mövqeyinə görə, icra məmurunun bu hərəkətlərinin qanunsuz olmasına dair hər hansı qadağa mövcud deyil, bölgü üçün mülkiyyətçinin razılığı və ya notarial təsdiq tələb olunmur. Bu səbəbdən şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.
34. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin halları və tətbiq olunan hüquq normaları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və şikayət təmin oluna bilməz.
35. İlk növbədə qeyd edilməlidir ki, şikayətçi tərəfindən istinad edilən bölgü eskizinin notariat qaydasında təsdiqlənməməsi onun ümumiyyətlə sübut kimi qiymətləndirilməsini istisna etmir. Məhkəmə həmin sənədi təkbaşına hüquq yaradan sənəd kimi deyil, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirmişdir. İcra mərhələsində aparılan icra hərəkətləri, o cümlədən torpaq sahəsinin faktiki bölgüsünün mümkünlüyü və sərhədlərinin müəyyən edilməsi üçün belə texniki sənədlərdən istifadə edilməsi qanunvericiliyə zidd deyildir. Bu baxımdan, eskizin etibarsız hesab edilməsi barədə şikayətin dəlili əsaslı deyil, həmin eskiz sənədinin rəsmi sənəd olmadığından notarial qaydada təsdiqinə ehtiyac yoxdur.
36. Bundan əlavə, icra məmurunun hərəkətləri “İcra haqqında” qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İcra sənədinin icrası məqsədilə borcluya dəfələrlə xəbərdarlıq edilmiş, əmlakın realizəsi üçün hərrac təşkil olunmuş, lakin nəticə əldə edilmədikdə qanunla nəzərdə tutulmuş növbəti icra tədbiri kimi əmlakın bir hissəsinin tələbkara verilməsi barədə qərar qəbul edilmişdir. Bu isə məcburi icra tədbiri olmaqla, mülkiyyətçinin razılığından asılı deyildir və belə razılığın alınması qanunvericilikdə tələb olunmur.
37. Şikayətçinin əmlakın “yeganə yaşayış yeri” olması ilə bağlı arqumenti də əsassızdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin yalnız 0,024 ha hissəsi və onun üzərində yerləşən ev yeganə yaşayış sahəsi kimi qiymətləndirilə bilər. Qalan 0,036 ha torpaq sahəsi isə evin altında olmayan və ayrıca istifadə imkanı olan hissədir. Torpaq sahəsinin biribirinə hər hansı bağlılığı yoxdur, həmin torpaq sahəsinin üzərində hər hansı tikili mövcud deyil, torpaq sahəsinin ayrıca giriş-çıxışı olmaqla müstəqil olaraq üçüncü şəxslər tərəfindən istifadə edilə biləndir.
38. Bu səbəbdən həmin torpaq sahəsinin bir hissənin 8 ilə yaxın müddət ərzində icrasız qalmış icra sənədi üzrə borcun ödənilməsinə yönəldilməsi qanunvericiliyin tələblərinə zidd hesab edilmir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin” siyahısının təsir dairəsinə düşmür.
39. Eyni zamanda, şikayətçi göstərir ki, əvəllər qəbul edilmiş qərarlarla onun yeganə yaşayış yerinə tələb yönəldilə bilmədiyi halda hazırki icra məmuru tərəfindən qəbul edilmiş qərar və protokol da preyudisiallıq tələbindən qanuni hesab edilə bilməz.
40. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilinə qiymət verərək şikayətçiyə izah edir ki, istinad edilən əvvəlki məhkəmə aktı (aktları) hazırkı mübahisəyə preyudisial əhəmiyyət daşımır. Həmin qərarlar konkret dövrdə və konkret icra hərəkətləri ilə bağlı verilmişdir və sonrakı mərhələdə icra prosesində həyata keçirilmiş yeni tədbirləri istisna etmir. İcra icraatı dinamik proses olmaqla, borcun ödənilməsi üçün müxtəlif mərhələlərdə fərqli icra tədbirlərinin görülməsinə yol verir.
41. Digər tərəfdən, şikayətçinin bölgü nəticəsində yaşayış evindən istifadənin mümkünsüz olması barədə şikayətinin dəlili də, işin araşdırlan halları ilə sübuta yetirilməmişdir və bu, yalnız ehtimal xarakterli mülahizələrdir. İş materiallarında həmin halı təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İşin araşdırlan halları təsdiq edir ki, ayrılan torpaq sahəsinin ayrıca giriş-çıxışı olmaqla müstəqil olaraq üçüncü şəxslər tərəfindən istifadə edilə biləndir.
42. Beləliklə, məhkəmə kollegiyası tərəfindən icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar və xx.xx.2024-cü il tarixli protokol qanunvericiliyin tələblərinə uyğun olmuş, məcburi icra tədbiri kimi əsaslandırılmış və hüquqa zidd hər hansı hal müəyyən edilməmişdir. Buna görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
43. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas olmadığından, şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(012)-758/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(012)-758/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.