Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-37/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI QƏRARDAD Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 oğlu və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və aliment borcunun silinməsi barədə ərizəsinə dair iş üzrə Qubadlı Rayon Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu məhkəməyə müraciət edərək, Sumqayıt şəhər üzrə İcra İdarəsinin icra məmuru X3 hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən tələb olunan 4657 manat aliment borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Ramiz Quliyev) ərizəçi Borclu vəkili və nümayəndəsi Nümayəndə “icra məmurun hərəkətlərinin qanunsuz hesab edilməsi və aliment borcunun silinməsi” barədə şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədi alimentə dair hissədə dərhal icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra qanunvericiliyinin normalarını və Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında əks olunmuş hüquqi mövqeləri qarşılıqlı şəkildə təhlil etdikdə belə qənaətə gəlmək olar ki, icra sənədi üzrə icraata xitam verilməsi bilavasitə mülki işin davamı olduğundan həmin qərardan verilmiş şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalıdır. Digər hallarda isə qanunvericinin tələbinə uyğun olaraq icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə baxılarkən müvafiq hərəkətin qanuniliyinin yoxlanılması məqsədilə icra məmurunun iştirakı təmin edilməli, icra işinin materialları məhkəməyə təqdim edilməlidir. Göstərilən hallar məhkəməyə əlçatımlılığın təmin edilməsinə xidmət edir. Qubadlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi şikayət verərək, qərardadın ləğv edərək, tələbinə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci tarixli icra sənədi üzrə İcra İdarəsinin icra məmuru X3 hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən tələb olunan 4657 manat aliment borcunun silinməsi şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin *(*-***)-**/**** saylı, ##.##.2026- cı il tarixli qərardadı ilə şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qeyd edir ki, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Hesab edir ki, məhkəmənin qərardadı tamamilə qanunsuz və əsassızdır. Belə ki, Qubadlı Rayon Məhkəməsinə icra məmuru Samir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən tələb olunan 4657 manat aliment borcunun silinməsi şikayətinə baxılması tələbi ilə bağlı müraciət etməmişdən əvvəl eyni xahiş üzrə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin *(*-***)-**/**** saylı, ##.##.2026-cı tarixli qərardadı ilə “Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və aliment borcunun silinməsi” barədə şikayət və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyinə görə geri qaytarılmışdır. Qubadlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixliqərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası icra sənədinin alimentə dair dərhal icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilməsi, baxılarkən müvafiq hərəkətin qanuniliyinin yoxlanılması məqsədilə icra məmurunun iştirakı təmin edilməli, icra işinin materialları məhkəməyə təqdim edilməli olması, göstərilən halların məhkəməyə əlçatımlılığın təmin edilməsinə xidmət etməsi əsası ilə şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası qanunun 87.1-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin qarşılıqlı təhlilinə əsasən qeyd edir ki, borclunun hazırkı şikayəti icra məmurunun ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından və ya həmin sahədə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlərindən irəli gəlməmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin tələbindən də göründüyü kimi məhkəmə aktının icrası ilə bağlı müəyyən məsələlərə məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən deyil, icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Hazırki şikayət isə Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə borcludan tutulmalı olan alimentə görə icra məmuru tərəfindən hesablanmış borcun mübahisələndirməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan icra sənədi Qubadlı Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş, Qubadlı rayon İcra şöbəsi mövcud olmadığından və həmin məhkəmənin qərarları icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərildiyindən, eləcə də Qubadlı Rayon Məhkəməsi Sumqayıt şəhərində yerləşdiyindən hazırki şikayətə Qubadlı Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv ləğv edilsin. İş Qubadlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-37/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-37/2026
31.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver