Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-42/2026 06.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Ərizəçi Ərizəni verən şəxs Tofiq qızının qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinin təmin edilməsinə dair Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadından X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi Ərizəni verən şəxs Tofiq qızı ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ## #### 2008-ci il təvəllüdlü X4 və ## ###### 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu X5 onun xeyrinə hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, borclu X5 ilə 10 iyul 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından ## #### 2008ci il təvəllüdlü X4 və ## ###### 2011-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. O, uşaqların saxlanılması ilə bağlı alimentin artırılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ## #### 2008-ci il təvəllüdlü X4 və ## ###### 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün, Abşeron Rayon Məhkəməsinin 2(012)- ****/**** saylı, ## #### 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən cavabdeh X5 hər uşağa ayda 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa 380 manat sabit pul məbləğində alimentin alınaraq mənə verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi icra olunması üçün Quba rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş 380 manat məbləğində alimentlə uşaq saxlamaq çox çətindir. Uşağların təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və digər tələbatları günügündən artır. Hazırkı vəziyyətdə borclu tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan övladlarımızın qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Ona görə də alimentin məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinə əsasən ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ## #### 2008-ci il təvəllüdlü X4 və ## ###### 2011-ci il təvəllüdlü X3 üçün X5 tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmuşdur. (hakim Günel Kamilli) Qərardaddan narazı qalan X5 rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəni verən şəxs Tofiq qızı hal-hazırda işləyir və aylıq 800 manat əmək haqqı alır, lakin onun əmək haqqı miqdarı 400 manat təşkil edir. Həmçinin o yenidən ailə həyatı qurmuş, 2 övlad atasıdır. Hesab edir ki, bu vəziyyətdə alimet məbləğinin indeksasiyası məqsədəuyğun deyildir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ## #### 2008-ci il təvəllüdlü X4 və ## ###### 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün, Abşeron Rayon Məhkəməsinin 2(012)- ****/**** saylı, ## #### 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən cavabdeh X5 hər uşağa ayda 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa 380 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli Qərarının 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1-ci yarımbənd əlavə edilmişdir: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alinmalıdır. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması şəklində qeyd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Borclu şikayətinin dəlillərində göstərmişdir ki, Ərizəni verən şəxs Tofiq qızı hal-hazırda işləyir və aylıq 800 manat əmək haqqı alır, lakin onun əmək haqqı miqdarı 400 manat təşkil edir. Həmçinin o yenidən ailə həyatı qurmuş, 2 övlad atasıdır. Hesab edir ki, bu vəziyyətdə alimet məbləğinin indeksasiyası məqsədəuyğun deyildir. Qeyd edilən dəlillərə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, aliment məbləğinin indeksasiya olunması zamanı onun yenidən ailə qurması və tələbkarın işləməsi uşaqların yaşaması üçün alimet məbləğinin indeksasiyasının edilməsindən imtinaya əsas ola bilməz. Odur ki, şikayətin dəlillərində göstərilənlər qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, 2024-cü ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, indiyədək 190 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə minimum əmək haqqının 0,55 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-42/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-42/2026
06.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver