Məhkəmə qərarları › İş №8(3-8)-45/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-45/2026

15.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-45/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Rəhimli Lalə Elxan qızının sədrliyi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, tələbkarın nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Ərizəni verən şəxs “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” nə dair iş üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, borclu Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində ************ reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən ************ reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin onun adına özgəninkiləşdirilməsi əsası ilə üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə təqdimatın təmin edilməsi, borclu Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən ************ reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən ************ reyestr nömrəli, 0.3190 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. (hakim Vəfa Şirəliyeva). Həmin qərardaddan Borclu tərəfindən şikayət verilmiş, Quba rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin ## ###### 2025ci il və onunla bağlı ## ###### 2025-ci il tarixli qərardadları ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün iş Quba rayon Məhkəməsinə qaytarılmışdır. Daha sonra Ərizəni verən şəxs ərizəsini dəqiqləşdirərək, borclu Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən ************ reyestr nömrəli 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən ************ reyestr nömrəli, 0.315 ha torpaq sahələrinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Hazırda borclu Borclu həmin qərardaddan şikayət verərək, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o qərardadla razılaşmır, hesab edir ki, bu qərardad əsassız və qanunsuzdur və ləğv edilməlidir. Bildirir ki, qeyd olunan torpaq sahələrindən 0.025 ha hissəsi ##.##.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında Maraqlı şəxs ASC-nin adına yüklü edilmişdir. Quba rayonu, Ağbil kəndində yerləşən 0,315 ha təşkil edən torpaq sahəsini isə alğısatqı müqaviləsi əsasında satmışdır. Həmin alqı-satqı müqaviləsi hazırki vaxtadək rəsmiləşdirilməmişdir. Lakin torpağı alan şəxs ondan artıq uzun müddətdir ki, istifadə edir və torpaqla bağlı ödənişləri həyata keçirir. Belə olduğu təqdirdə həmin əmlakların üzərindən həbsin götürülməsi nəticəsi düzgün deyildir. İşə baxılarkən müvafiq akt tərəfindən təqdim edilmişdir, həmin sübut düzgün qiymətləndirilməmişdir. Qərardadda yazıldığından fərqli olaraq üzərinə həbs qoyulmuş əmlaklar - Quba rayonu, Vladimirovka kəndində ************ reyestr nömrəli, 0.025 ha torpaq sahəsi, Quba rayonu, Ağbil kəndində yerləşən ************ reyestr nömrəli, 0.315 ha torpaq sahəsi ona təklif edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zəruri olduğundan, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə işə şifahi icraat qaydasında məhkəmə iclasında baxılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərardadı ilə şikayətə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu məkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Quba rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən borclu Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq Ərizəni verən şəxs xeyrinə ödənilməlidir. Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində ************ reysetr nömrəli, 0.0250 ha torpaq sahəsi, ************ reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, ************ reyestr nömrəli, 0.8404 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən ************ reyestr nömrəli, 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulmuşdur. Quba rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli təklif məktubuna əsasən Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində ************ reyestr nömrəli, 0.025 ha torpaq sahəsi 825 manat dəyərində qiymətləndirilmişdir. Quba rayonu, Ağbil kəndində yerləşən ************ reyestr nömrəli, 0.315 ha torpaq sahəsi 7875 manat dəyərində qiymətləndirilmişdir. Göstərilənlərə və “icra haqqında “ Azərbaycan Respublikası Qanunun 53.3cü maddəsinə əsasən Quba Rayon məhkəməsinin *(***)-***/**** nömrəli ,##.##.2024-cü il tarixli icra sənədi üzrə borclu Borclu məxsus üzərinə həbs qoyulmuş əmlak ərizəçiyə təklif edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Borclu ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubla bildirilmişdir ki, * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən ##.##.2024-cü il tarixli məktuba münasibətdə qeyd edilmişdir ki, həmin məktubda Quba rayon İcra və Probasiya şöbəsinin (icra məmurunun) qərarı və ya müvafiq məhkəmə qərardadı əlavə olunmadığından, Borclu mülkiyyətində olan 4 ədəd ayrı ayrı torpaq sahələrinin üzərində həbsin qoyulmasından imtina edilmiş və bu barədə aidyyatı məktub ilə məlumat verilmişdir.(həmin müddət ərzində torpaq sahələrinin hamısı Borclu mülkiyyətində idi.) Sonradan Quba rayon məhkəməsinin həbsin qoyulmasına dair ##.##.2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qərardadı digər məktubunuza əlavə edilərək * saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş və mülkiyyətində olan torpaq sahələrinin üzərində həbs qoyulmuş, özgəninkiləşdirilmiş torpaq sahələri barədə məlumat verilərək, həbsin qoyulmasında imtina edilmişdir.(həmin müddət ərzində özgəninkiləşdirilmişdir.Quba rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, 16(027)- **/**** nömrəli digər qərardadı əsasında Borclu əvvəllər mülkiyyətində olmuş və digər şəxslər tərəfindən özgəninkiləşdirilmiş torpaq sahələrinin üzərində də həbs qoyulmuşdur. Borclu ilə Maraqlı şəxs ASC arasında bağlanmış ## ###### 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.025 ha torpaq sahəsini ##.##.2022-ci il tarixli əsas kredit razılaşması və onun ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən Borclu mülkiyyətində olan 0.025 ha torpaq sahəsi ##.##.2022-ci il tarixli əsas kredit razılaşmasının təmin edilməsi məqsədilə Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Ağbil kəndində yerləşən 0.315 ha torpaq sahəsi Borclu adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Vladimirovka bələdiyyəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışda göstərilmişdir ki, həqiqətən də Ağbil kəndi ərazisində Borclu məxsus 0.315 ha torpaq sahəsi Vladimirovka kənd sakini X2 istifadəsinə verilmişdir. “Dalğa” Sudan İstifadə edənlər Birliyi tərəfindən verilmiş ## ###### 2018-ci il, ## ######## 2023-cü il, ## ###### 2024-cü il tarixli mədaxil qəbzlərinə əsasən Yavər Teymurov tərəfindən birliyə ödənişlər edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq və yuxarıda göstərilən işin faktiki hallarını, qəbul edilmiş məhkəmə aktlarını nəzərə alaraq hesab edir ki, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Kollegiya hesab edir ki, icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmuş həbs icra məmurun icra sənədinin icrasını təmin etmək üçün göstərilən torpaqların üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxması əsaslarını özündə ehtiva edən təqdimatı əsasında məhkəmə tərəfindən götürülə bilər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qaunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göstərilən Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələblərini və işin hazırkı faktiki hallarını əsas tutub hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəni verən şəxs borclu Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən ************ reyestr nömrəli 0.0250 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən ************ reyestr nömrəli, 0.315 ha torpaq sahələrinin üzərindən həbsin götürülməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar