Məhkəmə qərarları › İş №8(3-8)-5/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-5/2026

19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-5/2026 19.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 8(027)-176/2025 nömrəli 08 sentyabr 2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakim N.Xəlilova) ərizənin təmin edilməməsi qərara alınmışdır. X2 qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli qərardadı ilə X6 şikayətinin təmin edilməməsi, X6 Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-176/2025 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Vladimirovka kəndində yerləşən 0,84 ha torpaq sahəsinə (reyestr nömrəsi **********90), Quba rayonu Ağbil kəndində yerləşən 0,3190 ha torpaq sahəsinə (reyestr nömrəsi **********96), Quba rayonu Vladimirovka kəndində yerləşən 0,36 ha torpaq sahəsinə (reyestr nömrəsi **********35) və “VAZ-21061” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X2 Quba Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli qərardadından şikayət verərək, Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-176/2025 nömrəli qərarının ləğv edilməsini, birgə nikah dövründə əldə edilmiş və ailə üzvlərinə də məxsus ilan əmlaklar üzərinə qoyulmuş həbsin aradan qaldırılmasını; əmlakların qiymətləndirilməsi barədə verilmiş qərarın ləğv edilməsini; məhkəmənin etibarnamə ilə təmsilçiliyi nəzərə almamasının prosessual pozuntu kimi qiymətləndirilməsini; işin yenidən, obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-176/2025 nömrəli iş üzrə (hakim Nigar Xəlilova) qəbul edilmiş qərardad ilə razılaşmır. Qərar əsassız, obyektiv araşdırma aparılmadan qəbul edilmiş, birgə nikah dövründə əldə edilmiş və ailə üzvlərinə də məxsus olan əmlakların mənsubiyyəti və mülkiyyət payları nəzərə alınmadan həmin əmlaklara qanunsuz olaraq həbs qoyulmuş və qiymətləndirmə aparılmışdır. Məhkəmə qərarında “şikayətçinin iclasda iştirak etmədiyi” qeyd edilmişdir. Halbuki o həmin iş üzrə həyat yoldaşı Cavabdeh etibarnamə vermiş və həmin etibarnamə məhkəməyə təqdim edilmişdir. Bu baxımdan, məhkəmənin onun iştirak etmədiyini göstərməsi faktiki və hüquqi baxımdan əsassızdır, çünki etibarnamə əsasında nümayəndə məhkəmədə iştirak edib və mövqeyini bildirib. Məhkəmə bu faktı nəzərə almadan qərar çıxarmış və bu Mülki Prosessual Məcəllənin 77, 78 və 80-ci maddələrinin (tərəflərin nümayəndəliyi və etibarnamə ilə təmsilçilik haqqında) tələblərinin pozulması deməkdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinə əsasən borclu Cavabdeh 103885 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməli olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ərizəçi Simuzər Baxışova tərəfindən mübahisələndirilmiş, Quba Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, X7 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Vladimirovka kəndində yerləşən 0,84 ha torpaq sahəsinə (reyestr nömrəsi **********90), Quba rayonu Ağbil kəndində yerləşən 0,3190 ha torpaq sahəsinə (reyestr nömrəsi **********96), Quba rayonu Vladimirovka kəndində yerləşən 0,36 ha torpaq sahəsinə (reyestr nömrəsi **********35) və “VAZ-21061” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdən görünür ki, mübahisə olunan əmlak üzərinə həbs məhz məhkəmə aktı əsasında verilmiş icra sənədinin icrasını təmin etmək məqsədilə qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X1 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli və onunla bağlı 02 dekabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar