Məhkəmə qərarları › İş №8(3-8)-56/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-56/2026

08.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-56/2026 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Təqdimat verən orqan icra məmuru Ramil Babayevin müvafiq icra sənədləri üzrə borclu “xxxx” ASC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Tələbkarlar tələbkar6, tələbkar9, tələbkar11, tələbkar12, tələbkar14, tələbkar16, tələbkar3, tələbkar1*, tələbkar1, tələbkar2, tələbkar4 (sonuncu beş nəfər məhkəmənin *8.*5.2*26-cı il tarixli iclasında iştirak etmir), Tələbkar tələbkar14 nümayəndəsi və vəkili nümayəndə2, Borclu “xxxx” ASC-nin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2*19-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən tələbkar tələbkar18 firmasının xeyrinə 29673,1* ABŞ dolları borc qətnamə icra olunan günə manata nisbətlə və 2* manat dövlət rüsumu tutulmalıdır.

2. Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin *-*(***)-***/**** saylı, *5.*9.2*19-cu il tarixli icra sənədinə əsasən ##.##.2*14-cü il tarixli, AV-SK*** saylı və *6.*5.2*16-cı il tarixli, AV- SK*** saylı müqavilələr üzrə yaranmış 12645,7* ABŞ dolları qətnamənin icra edildiyi günə manata olan nisbətlə və 3* manat dövlət rüsumu borclu "xxxx" ASC-dən tutularaq tələbkar tələbkar17-nin xeyrinə ödənilməlidir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2*23-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən 12* manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

4. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2*23-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ## ##### 2*22-ci il tarixdən başlayaraq hər ay 4*4 manat məbləğində pul və mediasiya xərci olaraq ödənilən 5* manat pul tutularaq tələbkar tələbkar4 ödənilməlidir.

5. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2*23-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən tələbkar2 xeyinə ## ##### 2*22-ci il tarixdən başlayaraq tələbkar2 peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının əmək xəsarəti nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında artımlar nəzərə alınmaqla hər ay aylıq ödənc ödənilməli və 5* manat mediasiya xərcinin əvəzi alınaraq tələbkar tələbkar2 ödənilməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən iddiaçı tələbkar16 sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ## ##### 2*22-ci il tarixdən başlayaraq hər ay 483 manat məbləğində ödəniş, hüquqi xidmətlərə görə ödənilmiş 12* manat pul və 5* manat məbləğində mediasiya xərci tutularaq tələbkar tələbkar16 ödənilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2*23-cü il tarixli icra sənədinə əsasən tələbkar15 borclu "xxxx" ASC tərəfindən ## ##### 2*22-ci il tarixdən başlayaraq hər ay 6** manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASC-dən mənəvi zərərə görə 3** manat, 25 manat mediasiya xərci və iddianın verilməsinə görə 155,7 manat dövlət rüsumu tutularaq tələbkar tələbkar15 ödənilməlidir.

8. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2*23-cü il tarixli icra sənədinə əsasən iddiaçı tələbkar14 borclu "xxxx" ASC tərəfindən ## ##### 2*22-ci il tarixdən başlayaraq hər ay 672 manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASC-dən mənəvi zərərə görə 2** manat, 25 manat mediasiya xərci və iddianın verilməsinə görə 163,18 manat dövlət rüsumu tutularaq tələbkar tələbkar14 ödənilməlidir.

9. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən iddiaçı tələbkar13 sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ## ##### 2*22-ci il tarixdən başlayaraq hər ay 48* manat məbləğində ödənc ödənilməlidir. Borclu "xxxx" ASC-dən hüquqi xidmətlərə görə ödənilmiş 15* manat pul və 5* manat məbləğində mediasiya xərci tutularaq tələbkar tələbkar13 oğlüna ödənilməlidir. 1*. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ## ##### 2*22-ci il tarixdən başlayaraq hər ay 48* manat məbləğində pul və 5* manat məbləğində mediasiya xərci tutularaq tələbkar tələbkar12 ödənilməlidir.

11. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2*23-cü il tarixli icra sənədinə əsasən istehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar iddiaçı tələbkar1 ## ### 2*22-ci il tarixdən ## ###### 2*22-ci il tarixə qədər hər ay 18* manat, # ###### 2*23-cü il tarixdən məbləği 2*7 manat olmaqla ayıq ödənclər hesablanaraq borclu "xxxx" ASC tərəfindən tələbkar tələbkar1 ödənilməlidir. Habelə mənəvi zərərin əvəzi olaraq 5** manat və iddianın verilməsinə görə 97,63 manat dövlət rüsumu tutularaq tələbkar tələbkar1 ödənilməlidir.

12. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən iddiaçı tələbkar11 "xxxx" ASC tərəfindən ##.##.2*22-ci il tarixdən etibarən hər ay 566,5 manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASCdən mənəvi zərər görə 3** manat və 25 manat mediasiya xərci tutularaq tələbkar tələbkar11, iddianın verilməsinə görə 152,*8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

13. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən iddiaçı tələbkar1* "xxxx" ASC tərəfindən ##.##.2*22-ci il tarixdən etibarən hər ay 48* manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASCdən mənəvi zərər görə 3** manat, 25 manat mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 12* manat xidmət haqqı tutularaq tələbkar tələbkar1*, iddianın verilməsinə görə 142,74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

14. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən iddiaçı tələbkar9 "xxxx" ASC tərəfindən ##.##.2*22-ci il tarixdən etibarən hər ay 483 manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASCdən mənəvi zərər görə 3** manat, 25 manat mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 12* manat xidmət haqqı tutularaq tələbkar tələbkar9, iddianın verilməsinə görə 142,17 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

15. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən iddiaçı tələbkar8 sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ## ##### 2*22-ci il tarixdən başlayaraq hər ay 5*4 manat məbləğində ödənc, hüquqi xidmətə görə ödənilmiş 12* manat pul və 5* manat məbləğində mediasiya xərci tutularaq tələbkar tələbkar8 ödənilməlidir.

16. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, *6.*2.2*24-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən ##.##.2*22-ci il tarixdən başlayaraq hər ay 383.4* manat məbləğində aylıq ödənc alınaraq tələbkar tələbkar7 ödənilməlidir. Habelə ödənilmiş 5* manat mediasiya xərcinin əvəzi "xxxx" ASC-dən alınaraq tələbkar tələbkar7 ödənilməlidir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən tələbkar6 xeyrinə ## ##### 2*22-ci il tarixdən başlayaraq peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əməkhaqqının, peşə xəstəliyi nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin 8* faizi miqdarında, (6**:8*%=48*) 48* manat olmaqla hər ay aylıq ödənc ödənilməlidir.

18. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2*24-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən iddiaçı tələbkar3 sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ## ##### 2*22-ci il tarixdən başlayaraq hər ay 62*.8* manat məbləğində ödənc, hüquqi xidmətə görə ödənilmiş 12* manat pul və 5* manat məbləğində mediasiya xərci tutularaq iddiaçı tələbkar3 ödənilməlidir.

19. Sumqayıt Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, *8.*4.2*25-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən ## ###### 2*22-ci il tarixli “Elektron qaz sayğacına və aparat-proqram kompleksinə texniki, metroloji,informasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 1732.13 manat məbləğində borc və 37.33 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1769.46 manat məbləğində pul vəsaiti iddiaçı tələbkar5 xeyrinə tutulmalıdır. 2*. Icra sənədləri ##.##.2*19, *1.11.2*19, ##.##.2*23, ##.##.2*24, ##.##.2*24, *1.*3.2*24, *5.*3.2*24, ##.##.2*24, ##.##.2*24, *4.*4.2*24, ##.##.2*24, ##.##.2*24,*4.*7.2*24 və ##.##.2*25-ci il tarixlərdə Təqdimat verən orqannə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" ASC-yə göndərilmiş, lakin tələblər təmin edilməmişdir. Sözügedən icra sənədləri “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 54.1-ci maddəsinə əsasən ##.##.2*24-cü il arixli qərarla ümumi icraatda birləşdirilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbləri təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemi vasitəsilə sorğular edilmiş və borclu hüquqi şəxsin mülkiyyətində daşınmaz əmlaklar aşkar edilmişdir. Icraat zamanı borclu hüquqi şəxs hazıradək hər ay artmaqda olan və faktiki olaraq ümumilikdə 3*6.457 manat və 42.318 ABŞ dolları təşkil edən borcunu ödəməmiş, görülmüş icra tədbirləri nəticəsində "xxxx" ASC-nin mülkiyyətində Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin kənarı, Yeni qaydalarla: AZ 5***, ünvan 2 ünvanında yerləşən 12.*32 ha torpaq sahəsi və həmin torpaq sahəsində 13*79.4 kv.m daşınmaz əmlak olan 3*9*13*32615-***** reyestr nömrəli əmlak kompleksinin olduğu müəyyən edilmişdir.Habelə icra tədbirləri nəticəsində borclu hüquqi şəxsin həmin əmlak kompleksində yerləşən tikililəri icarəyə verməklə faktiki iqtisadi fəaliyyət həyata keçirdiyi, bununla da müəyyən məbləğdə gəlir əldə etdiyi, lakin həmin gəliri icradan yayınmaq məqsədilə gizlətdiyi müəyyən edilmiş, bu hal tələbin sözügedən gəlirə yönəldilməsini mümkünsüz etmişdir (bu faktı təsdiq edən icarə müqavilələri də əlavə edilməklə onlar tərəfindən verilmiş inzibati xəta haqqında protokola əsasən Sumqayıt Şəhər Məhkəməsi ##.##.2*25-ci il tarixli qərarı ilə borclu hüquqi şəxsin rəhbərini 1.2** manat məbləğində inzibati qaydada cərimə etmişdir).Beləliklə, çoxsaylı tələbkar tərəfin olduğu sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməli, habelə həmin əmlak kompleksindən borclu hüquqi şəxs tərəfindən faktiki iqtisadi fəaliyyət həyata keçirilməklə müəyyən məbləğdə gəlirin əldə edilməsi, həmin gəlirin isə icradan yayınmaq məqsədilə gizlədilməsi (icarə müqavilələri əlavə edilir) tələbin sözügedən gəlirə yönəldilməsini mümkünsüz etdiyindən, həmin əmlakın üzərinə həbs qoyulması, bununla yanaşı üzərinə həbs qoyulmuş əmlak kompleksinin istifadə hüququnun məhdudlaşdırılması məqsədilə fəliyyətinin dayandırılması barədə qərardad qəbul edilməlidir. Göstərilənləri, eləcə də borclu hüquqi şəxsin hazıradək yaranmış ümumilikdə 3*6.457 manat və 42.318 ABŞ dolları məbləğində borcunu ödəmədiyini nəzərə alaraq, "Icra haqqında" Qanunun 5*.2-ci maddəsinə əsasən “xxxx” ASC-yə məxsus olan 3*9*13*32615-***** reyestr nömrəli 12.*32 ha torpaq sahəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş texniki pasporta əsasən həmin torpaq sahəsinin üzərində olan “D” (** saylı yarımstansiya), “N” (35/6 kv paylayıcı yarımstansiya), “L” (35/6 kv paylayıcı yarımstansiya) və "F" (* saylı paylayıcı yarımstansiya) tikililərindən istifadə hüququnun məhdudlaşdırılması məqsədilə fəaliyyətinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

21. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Behbudova) *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək, icra sənədləri üzrə borclu “xxxx” ASC-nin mülkiyyətində olan “xxxx” ASC-yə məxsus olan 3*9*13*32615-***** reyestr nömrəli 12.*32 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.

22. Borclu “xxxx” ASC-nin nümayəndəsi və vəkili nümayəndə1, tələbkar tələbkar5 nümayəndəsi və vəkili nümayəndə3, tələbkar tələbkar14 nümayəndəsi və vəkili nümayəndə2 qeyd edilən qərardaddan şikayət vermişlər.

23. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, *6.*3.2*26-cı il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

24. Təqdimatı qismən təmin edən birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 44, 45.1, 45.2, 5*.1-ci maddələrinə və Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə istinadla etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat a) Şikayətin dəlilləri

25. Tələbkar tələbkar5 şikayəti onunla əsaslandırılmışdır ki, qərardad təqdimatın təmin edilmədiyi hissədə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə araşdırması zamanı aşkar müəyyən edildi ki, borclu bu qədər icra sənədinin, çoxlu sayda tələbkarın olmasına baxmayaraq, bu günədək məhkəmə qərarlarının icrasını təmin etməmişdir. Tərəflər arasında barışıq sazişinə dair heç bir hal mövcud deyil. Sadəcə borclunun nümayəndəsi məhkəmədə guya gələcəkdə tələbkarlarla danışıqlar aparmaq, müəyyən şərtlərlə barışıq sazişləri bağlamaq niyyətində olduqlarını bildirib. Xüsusilə qeyd edir ki, hətta icra sənədləri üzrə ən az məbləğin - cəmi 1769.46 manat məbləğində pul vəsaitinin iddiaçı tələbkar5 xeyrinə tutulması qət edilsə də, borclu həmin məbləğdən nə 1 manat ödəmiş, nə də ödənilməsi istiqamətində hər hansı hərəkətlilik göstərmişdir. Hesab edir ki, borclunun hərəkətləri həm tələbkarlara, həm məhkəməyə, həm də dövlətin qanunlarına açıq-aşkar hörmətsizlikdir. Borclunun gətirdiyi “xxxx” bəhanədir. tələbkar5 xeyrinə tutulması qət edilən məhkəmə qərarının icrası müddətindən 3 il keçib, lakin borclu tərəfindən bu müddət ərzində heç bir tədbir görülməyib. Icra məmuru qədər məhkəmə də məhkəmə qərarının icrasına nəzarət etməlidir. Borclu əmlaklardan gəlir əldə edir. 1 günlük ötürmə ilə nə qədər gəlir əldə edilir. Odur ki, fəaliyyətinə məhdudiyyət qoyulsa, bəlkə də. 1 gün içərisində borclu bütün icra sənədlərini icra edər. Qeyd edilənlərə əsasən, hesab edir ki, məhkəmə təqdimatı tam təmin etməli idi. Birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün bütün faktiki hallar aydınlaşdırılmamışdır. Çoxsaylı tələbkar tərəfin olduğu sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq, habelə həmin əmlak kompleksindən borclu hüquqi şəxs tərəfindən faktiki iqtisadi fəaliyyət həyata keçirilməklə müəyyən məbləğdə gəlirin əldə edilməsi, həmin gəlirin isə icradan yayınmaq məqsədilə gizlədilməsi (icarə müqavilələri əlavə edilir) tələbin sözügedən gəlirə yönəldilməsini mümkünsüz etdiyindən, üzərinə həbs qoyulmuş əmlak kompleksinin hüququnun məhdudlaşdırılması məqsədilə fəaliyyətinin dayandırılması barədə qərardad qəbul edilməlidir.

26. Tələbkar tələbkar14 şikayəti onunla əsaslandırılıb ki, işə baxan məhkəmənin ## ###### 2*26-cı il, № *(*6*)-1372/2*25 saylı qərardadı təqdimatın təmin edilməyən hissəsində əsassızdır. Belə ki, təqdimatda göstərilən müxtəlif adda olan daşınmaz əlakın üzərinə həbs qoyulsa da,. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri (əmlakı icarəyə verilməsi) etməyi cavabdehə qadağan edilməsi hissədə təqdimat təmin edilməmişdir. Məhkəmədə iştirak edən borclu “xxxx” ASC-nin nümayəndəsi və vəkili izahatında bildirdi ki, “sovet dövründən olan transformatorlar ötürücü rolu oynayır. Onlardan biri dayansa, digər üçüdə fəaliyyətini dayandırır. 28 obyekt ötürücü ilə qidalanır. 28 obyektin hansılar olduğunu bilmir. Zavodlar, sexlər, yaşayış məntəqələləri qidalanır. Mülkiyyətçi Superfosfatdır. Icarə haqqı zavoddadır. Bir dəfəyə borcu ödəmək mümkün deyil. Hissəli şəkildə ödəniş olunacaqdır. Barışıq sazişi bağlanıb.” Qeyd edir ki, borclu şəxsin hümayəndəsi izahatında göstərdiyi dəlillərə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə borclu “xxxx” ASC-nin nümayəndəsinin heç bir mötəbər sübuta söykəməyən izahatını əsas göturərək təqdimatı tikililərdən istifadə hüququnun məhdudlaşdırılması məqsədilə fəaliyyətinin dayandırılması hissəsində təmin etməmişdir. Göründüyü kimi məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin hallarını araşdırmamış, bu da, təbii ki, əsassız və qanunsuz qərardadın qəbul olunmasına gətirib çıxartmışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadı qismən ləğv edilməklə, təqdimat tam təmin edilməlidir.

27. Borclu “xxxx” ASC-nin şikayəti onunla əsaslanıb ki, 19 ayrı icra vərəqəsi üzrə ümumi borc təqribən 378.*** manat təşkil edir. Ipoteka ilə yüklü edilmiş torpaq sahəsi isə qərardada əsasən 7.767.*** manat, kredit götürülməsi zamanı isə 11.9**.***,** manat qiymətləndirilərək 3.***.***, manat məbləğində kredit vəsaitinin təminatı kimi çıxış edir. Göründüyü kimi üzərinə həbs qoyulmuş torpaq sahəsinin qiyməti ilə borc arasında 2* dəfədən artıq qiymət fərqi var. Halbuki, məhkəmənin ##.##.2*24-cü il tarixli qərardı ilə borclunun adına qeydiyyatda olan Kamaz markalı, Zil MMZ yük markalı, Laz AVTOBUS yük markalı, QAZ 53AJY markalı, QAZ 241* minik markalı, Qaz 31*2 minik markalı, Qaz 311* minik markalı, Hyundai sonata markalı bir neçə avtomobillərin üzərinə həbs qoyulmuşdur. Lakin həmin avtomobillərin satışı ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Borclunun mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi kənarında (Yeni qaydalarla: AZ5***, Sumqayıt şəhəri,Əlimərdan bəy Topçubaşov küçəsi, 131) sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 8.638* ha (1422*144*8, ##.##.2*22) torpaq sahəsi üzərinə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2*24-cü il tarixli, *(***)-***/**** saylı qəraradadı ilə həbs qoyulmuş və həmin həbs hələ də götürülməmişdir. Lakin məhkəmə icraçı tərəfindən bu normanın tələblərinin yerinə yetirilmədiyinə qiymət verməyərək, özü pozuntuya yol vermişdir. Üzərinə həbs qoyulmuş torpaq sahəsi ##.##.2*22-ci il tarixli müqavilə ilə “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclunun üzərinə tələb yönəldilmiş və yönəldilə biləcək digər əmlakları olduğu halda, ipoteka ilə yüklü edilmiş əmlak üzərinə həbs qoymaqla qanunun həmin normasını pozmuş, tətbiq edilməli normanı tətbiq etməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadı ləğv edilməklə, təqdimat təmin edilməməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

28. Şikayətlərə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfin təşəbbüsü ilə qərardaddan verilən şikayətə şifahi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 3*. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar tələbkar14 nümayəndəsi və vəkili nümayəndə2 tərəflərindən verilən şikayəti müdafiə edərək bildirdi ki, onların şikayəti birinci instansiya məhkəməsinin qərardadının bir hissəsindəndir. 4 ildir ki, borclu olan şəxs müəssisəni özəlləşdirib, əvvəl dövlətin üzərinə düşən bütün öhdəliklər 2*22-ci ilin aprel ayının 11-dən sonra özəlləşdirmə ilə əlaqədar borclunun üzərinə düşüb. Hüquqlarını müdafiə etdiyi tərəf xəsarət alan, peşə xəstəliyi olan şəxslərdən biridir. Dövlət 2*22-ci ilə qədər sosial təminat olaraq ödənişləri edirdi, hazırda da 2*22-ci ildən bu vaxta qədər heç bir ödəniş edilməyib. 2 ildir ki, icra işləri birləşdirilib və Təqdimat verən orqan icraatındadır. Müvafiq tədbirlər görülüb, direktor da çağırılıb, direktor inzibati xəta törətdiyinə görə hətta cərimə olunub. Borclunun nümayəndəsi və vəkili 3-4 ay əvvəl məhkəmədə məsələnin müzakirə olunduğunu, yaxın vaxtlarda ödəniş olunmasına çalışacaqlarını bildirmişdi. Nəticə isə olmur, illər keçir, təmsil etdiyi şəxslərin də hər birinin artıq 75-8* yaşı var. Onlar eyni zamanda xəstəliklə əlaqədar əziyyət çəkirlər, onların dərman almağa vəsaitləri yoxdur. Ona görə də onlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Icra Baş Idarəsinə, prokurorluğa da müraciətlər ediblər. Əlavə olaraq bildirdi ki, hesab bağlı olduğu halda kifayət qədər icarə müqavilələri var, amma heç bir pul daxil olmur. Dövlətin adından çıxarılan qətnamə icra olunmalıdır. Odur ki, tərəflərindən verilən şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının təqdimatın təmin olunmayan hissəsində ləğv edilməsini, o hissədə təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar tələbkar14 tərəfindən verilən şikayəti müdafiə edərək bildirdi ki, vəkilinin qeyd etdikləri ilə razıdır və hesab edir ki, borclunun yarımstansiyalarının fəaliyyəti dayandırılmalıdır. Artıq neçə ildir ki, borclu şəxs heç bir ödəniş etmir. Odur ki, şikayətinin təmin edilməsini xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar tələbkar6, tələbkar11, tələbkar9, tələbkar12, tələbkar16 digər tələbkar tələbkar14 nümayəndəsi və vəkili nümayəndə2 qeyd etdikləri ilə razı olduqlarını, uzun müddətdir, onlara borclu şəxs tərəfindən heç bir ödəniş olunmadığını bildirdi və borclu şəxsə məxsus yarımstansiyaların fəaliyyətinin dayandırılmasını xahiş etdilər.

33. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında tələbkar3, tələbkar1*, tələbkar1, tələbkar2, tələbkar4 digər tələbkar tələbkar14 nümayəndəsi və vəkili nümayəndə2 qeyd etdikləri ilə razı olduqlarını, uzun müddətdir, onlara borclu şəxs tərəfindən heç bir ödəniş olunmadığını bildirdi və borclu şəxsə məxsus yarımstansiyaların fəaliyyətinin dayandırılmasını xahiş etdilər.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu “xxxx” ASC-nin nümayəndəsi və vəkili nümayəndə1 tərəflərindən verilən şikayəti müdafiə edərək bildirdi ki, icra məmuru tərəfindən hüquqi şəxsin adına olan müxtəlif əmlakların üzərinə silsiləli şəkildə həbs qoyulması mütənasiblik prinsipini pozur, borcun miqdarı dəyərində əmlak üzərinə həbs qoyulmalıdır. Icra məmuru tərəfindən işlər birləşdirildikdən sonra 2*25-ci ilin sentyabr ayında 2 torpaq sahəsi və onun üzərində yerləşən tikililər üzərinə də həbs qoyulmuşdur. Odur ki, qeyd olunanlara əsasən tərəflərindən verilən şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq, borclu tərəfin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə “borcların ödənişinin təmin edilməsi məqsədilə əmlak təklifi” adlı sənədin təqdim edildiyini bildirərək, tərəflərindən verilən şikayəti müdafiə etməklə bərabər, məhkəmə qətnamələri əsasında verilmiş icra vərəqələri üzrə borcların ödənilməsinin təmin edilməsi məqsədilə “xxxx” ASC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi 3*9*13*34218 olan, *1.12.2*23-cü il tarixində mülkiyyət hüquqları qeydiyyata alınmış və qeydiyyat nömrəsi 1423*26861 olan ümumi sahəsi 1.8675 ha olan torpaq sahəsini təklif edərək, həmin əmlakın qiymətləndirilərək, satışının təmin edilməsinə “xxxx” ASC-nin razılığını qeyd etdi. (həmin sənəd apellyasiya icraatı zamanı elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir).

35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, təqdimat verən orqan Təqdimat verən orqan nümayəndəsi və digər tələbkarlar məhkəmə iclasına gəlməmişlər. Tələbkar tələbkar5 nümayəndəsi və vəkili nümayəndə3 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq *4.*5.2*26-cı il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər şəxslər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

36. “Icra haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

37. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi: Maddə 15.2. Məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 398.*.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 4*2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. Şikayətlərdən görünür ki, tələbkar apellyatorlar Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadının təqdimatın təmin edilməyən hissəsində ləğv olunmasını, borclu apellyator isə təqdimatın təmin edilən hissəsində ləğv olunmasını xahiş etmişdir.

39. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 4*. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayətlər əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

41. Verilmiş şikayətlərin dəlilləri ilə razılaşmayan kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq, mövqeyini aşağıdakı qaydada izah edir.

42. Belə ki, baxılan işin hallarından müəyyən edilir ki, yuxarıda qeyd olunan icra sənədləri Təqdimat verən orqannə daxil olmuş və sözügedən icra sənədləri “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 54.1-ci maddəsinə əsasən ##.##.2*24-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Bundan sonra icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" ASC-yə göndərilmiş, lakin hazırkı vaxtadək tələblər təmin edilməmişdir.

43. Icra icraatı zamanı borclu tərəf hazırkı vaxtadək borcunu ödəməmiş, görülmüş icra tədbirləri nəticəsində "xxxx" ASC-nin mülkiyyətində ayrı-ayrı daşınmaz əmlaklar, o cümlədən Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin kənarı (yeni qaydalarla: AZ 5***, ünvan 3) ünvanında yerləşən 12.*32 ha torpaq sahəsi və həmin torpaq sahəsində 13*79.4 kv.m daşınmaz əmlak olan 3*9*13*32615-***** reyestr nömrəli əmlak kompleksinin olduğu müəyyən edilmişdir.

44. Qeyd olunan icra sənədləri üzrə tələb borclu tərəfindən ödənilmədiyindən icra idarəsi hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Işə baxan birinci instansiya məhkəməsi təqdimatı qismən təmin edərək, borclunun mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərarına gəlmişdir.

45. Ilk olaraq tələbkarlar tərəfindən verilmiş şikayətlərin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, mübahisələndirilən torpaq sahəsinin üzərində olan “D” (** saylı yarımstansiya), “N” (35/6 kv paylayıcı yarımstansiya), “L” (35/6 kv paylayıcı yarımstansiya) və "F" (* saylı paylayıcı yarımstansiya) tikililərinin istifadəsinin məhdudlaşdırılması və fəaliyyətinin dayandırılması hazırkı halda işin halları ilə mütənasiblik təşkil etmir və həmin tikililərin (paylayıcı yarımstansiyaların) üzərinə hər hansı qadağanın (məhdudiyyətin) qoyulması fəaliyyətdə olan sexlərin işinin və istehsalının dayanması, eləcə də digər şəxslərin (icarədar olan sahibkarların) hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnə bilər.

46. Təqdimatın qismən təmin edilməsi barədə məhkəmənin mövqeyini əsaslı və işin hallarına uyğun hesab edən kollegiya borclu tərəfin vermiş olduğu şikayətin dəlillərini də əsassız hesab edərək bildirir ki, mübahisələndirilən icra sənədi üzrə borclunun müvafiq qaydada ödəməli olduğu tələbin mövcudluğu mübahisələndirilmir. Sözügedən torpaq sahəsinin üzərinə həbsin qoyulması zərurəti də məhz icra sənədləri üzrə borclunun öz öhdəliklərini icra etməməsi ilə bağlıdır.

47. Digər tərəfdən, borclu qərardadla razı olmadığını və ləğv edilməli olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, dəlillərini yalnız mütənasiblik prinsipi və borc tələbi üzrə hər an qarşılqılı razılığa gələ biləcəkləri ilə əlaqələndirməyə çalışmışdır.

48. Kollegiya şikayətin bu dəlillərinə də münasibət bildirərək qeyd edir ki, düzdür, icra sənədi üzrə əmlakın üzərinə həbs qoyularkən “mütənasiblik prinsipi” nəzərə alınmalı, tətbiq edilən məhdudiyyət borcun məbləği və icra məqsədi ilə ölçülü və zəruri olmalıdır. Bununla belə, bu zaman “Icra sənədinin icrasının məcburiliyi” prinsipinin də nəzərə alınması mütləq və qaçılmazdır. Yəni, bu o deməkdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları və digər icra sənədləri bütün şəxslər və orqanlar üçün məcburidir və onların icrası könüllü şəkildə həyata keçirilmədikdə dövlət tərəfindən məcburi icra tədbirləri tətbiq olunur.

49. Ikincisi, mübahisənin qarşılıqlı razılıqla həll edilməsi məsələsinə münasibətdə bildirilir ki, tərəflər arasında qarşılıqlı razılığa gəlinməklə icra icraatına xitam verilməsi hər an mümkündür və bu “Icra haqqında” Qanunun 2*.1.2-ci maddəsində (məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə) icraata xitam verilmənin əsasları və qaydası kimi nəzərdə tutulmuşdur. 5*. Üçüncü, kollegiya qeyd edir ki, borclu tərəfin qeyd etdiyi formada barışıq təklifi hazırkı qərardadın ləğv olunması üçün əsaslı ola bilməz. Çünki, bütün borc tam ödənildikdən sonra sözügedən torpaq sahəsinin yenidən həbsdən azad edilməsi istisna edilməyən haldır.

51. Dördüncü, araşdırılan işdən müəyyən edilir ki, ötən müddət ərzində müvafiq icra tədbirlərinin həyata keçirilməsinə, borclunun həmin icra tədbirlərindən xəbərdar olmasına baxmayaraq, sonuncu qüvvədə olan məhkəmə qərarlarını könüllü şəkildə icra etməmiş, əksinə, qəbul edilmiş qərarlardan şikayətlər verməklə süni şəkildə vaxt qazanmasına nail olmuşdur. Qeyd edilir ki, bu cür hallar tələbkarların mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər.

52. Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları icra olunmalı, dövlət orqanları, fiziki və hüquqi şəxslər icra sənədinin icrasına mane olmamalıdır, əks halda məcburi tədbirlərin həyata keçirilməsi ilə yanaşı, icra sənədinin icrasından yayınma hüquqi məsuliyyətin yaranmasını istisna etmir.

53. Beləliklə, işə baxan məhkəmə təqdimatı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və hazırkı halda şikayətlərin dəlillərində qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayətlər təmin edilməməli və iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 36*, 398.*.1, 4**, 4*2-4*5-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:

Şikayətlər təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadı mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar