Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-58/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim P,imamverdiyeva) ərizənin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ### 2018-ci il tarixli qətnaməsi ilə Borclu ## ### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Borclu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə borclu Borclu Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından ##.##.2026-cı il tarixdə verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ****/**** saylı, ## ### 2018-ci il tarixli qətnamə ilə borclu Borclu birgə nikahlarından anadan olmuş ## ### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.75 mislində, 300 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Borclu Borclu qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadını ləğv edərək, ərizənin təmin edilməməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qərardadı əsassız və qanunsuzdur. Iş üzrə əhəmiyyət kəsb edən hallara münasibət bildirilməmiş və iş birtərəfli qaydada araşdırılmışdır. Ona görə də, qərardaddan şikayət vermək məcburiyyətindədir. Hesab edir ki, şikayət əsaslıdır. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Lakin burada 1,18 misli miqdarında alimentin indeksasiyası nəzərdə tutulmamışdır. Bu şərt kimi məhkəmənin qarşısına qoyulmamışdır. Məhkəmə özü hazırda qətnamə ilə müəyyən olunmuş alimentin özünü də indeksasiya edə bilərdi. (məsələn 400x0.385=154) Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə sabit pul məbləğində alimenti indeksasiya edərkən hazırda ölkə uşaqlar üçün yaşayış minimumunu nəzərə almamışdır. Hal-hazırda hazırkı evlilikdən 2 övladı – ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X3, həmçinin öhdəsində olan əmək qabiliyyətsiz, qulluğa ehtiyacı olan xəstə anası ilə birgə yaşayır. Himayəsində 5 ailə üzvü, ikinci nikahından 2 azyaşlı uşağı, anasının yaşayış və xəstəliyi ilə əlaqədar ehtiyacı nəzərə alınmalıdır. Məhkəməyə təqdim etdiyi arayışdan da, görsənir ki, son 6 ayda aldığı əmək haqqı üzrə pul məbləği 383 manatdır, əlavə gəlir yeri yoxdur. Səhhətində olan problemlə əlaqədar əlavə işdə çalışa bilmir. Sənədlərə əlavə etdiyi xəstəlik kağızından da görünür ki, onurğasında çoxsaylı yırtıqlar var. Təkcə boyun nahiyəsində 3 ədəd yırtıq var, bu isə birbaşa əllərinin tutmamasına, keyiməsinə səbəb olur. Ixtisası stomatoloqdur və bu ixtisas yüksək dəqiqlik tələb edir. Nəticə etibarilə o hal hazırda ixtisası üzrə işləyə bilmir. Aldığı maaş isə pasiyentləri sadəcə müayinə etmək üçün ona verilən puldur. Rəsmi əmək haqqını da sənədlərə əlavə etmişdir. Qeyd edir ki, maaşdan vergi tutulduqdan sonra ona çatası pul 383 manatdır. Əlavə heç yerdən hər hansı bir gəliri yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-*****/**** nömrəli, ## ######## 2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahdan anadan olmuş ## ### 2016-cı il təvəllüdlü X2 iddiaçının yanında qalması, uşağın saxlanması üçün ondan hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 154 (yüz əlli dörd) manat müəyyən edilmişdir. Təbii ki, həmin vaxtı ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edilmişdir. Hazırda isə ölkə üzrə 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Lakin hazırda məhkəmə alimenti indeksasiya edərkən məbləği 472 manat etməsinin əsaslandırması mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ##.##.2024-cü il tarixli Qərarında aliment tutularkən yaşayış minimunun həddinin aşılması barədə hər hansı bənd mümkün deyildir. Bundan əvvəl məhkəmə alimentlə bağlı digər qərar qəbul edərkən yaşayış minimunun nəzərə alınmasını şərt kimi məhkəmələrin diqqətinə çatdırmışdır. Lakin hazırda ondan tutulmalı olan alimentin məbləğinin uşaqların yaşayış minimumu həddində tutulması da onun vəziyyətini kəskinləşdirəcək. Rəsmi əmək haqqını da sənədlərə əlavə etmişdir. Maaşdan vergi tutulduqdan sonra ona 383 manat pul çatır. Hər hansı bir gəliri yoxdur. Bir uşaq üçün əmək haqqından çox (472 manat) alimentin müəyyən edilməsi onun həmin alimenti ödəməyində çətinlik yaradacaq, həmçinin iki azyaşlı uşağının ehtiyaclarını ödəmək, ailəsinin saxlanılması üçün əlində vəsait qalmayacaqdır. Əmək haqqına dair sənədi iş materiallarına əlavə etmişdir. Təkrar olaraq yenidən şikayətinə əlavə edir. Işə baxılarkən bu barədə məlumat da vermişdir. Qeyd edir ki, iddiaçı ilə nikahları pozulandan sonra ## ######## 2019-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahlarından ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2023-cü il tarixli X3 anadan olmuşdur. Məhkəməyə bu barədə məlumat da vermişdir. Lakin məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Hazırda keçmiş və hazırkı nikahından 3 övladı var. Hər üç uşağa baxmaq öhdəliyi var, bunu bilir. Hesab edir ki, 154 manat alimentin tutulması normal idi. Bu məbləğin artırılması həm digər övladlarının həyat rifahına pis təsir edəcək, həm də onu çıxılmaz vəziyyətə salacaq. Məhkəmə alimenti təyin edərkən tələbdən kənara çıxmışdır. Belə ki, ərizəçi minimum əmək haqqı (400 manat) məbləğinin 0.75 mislində, 300 manat aliment tələb etdiyi halda, məhkəmə 472 manat məbləğində alimentin indeksasiya olunması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə alimenti müəyyən edərkən onun ödənilib-ödənilməməsi barədə məlumatları aydınlıq gətirməmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğ ödənilməyəndə çətinliklər yaranacaqdır. Əgər ödənilsə belə yenidən çətinliklər yaranacaqdır. Çünki məhkəmə uşağın birini nəzərə alaraq digər uşaqların vəziyyətini məhdudlaşdırmış və həmin uşaqların dolanacaq xərclərinin digər övlada getməsinə şərait yaratmışdır. Hesab edir ki, bərabərlik prinsipi bununla pozulmuşdur. Məhkəmə əhəmiyyət verməmişdir. Çünki 383 manat maaş alan atanın 472 manat pulunu tutaraq övlada verməsi digər övladlarının yanında atanı çarəsiz duruma düşürür. Odur ki, məhkəmənin qərardadı ləğv olunmalıdır. Qeyd edir ki, 383 manat pulu valideynlər nəzərə alınmadan belə 3 uşaq arasında ədalətli və bərabər qaydada bölünsə, hərəsinə 127 manat düşür. Alimenti hal-hazırda 154 manat ödəməklə belə digər iki övladın payına düşən puldan azaltmış olurlar. HÜQUQI MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir. Ərizənin təmin edilməsini yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2018-ci il tarixli qətnaməsi ilə hər ay 154 manat məbləğdə müəyyən edilmişdir. 2018-ci il üçün ölkə üzrə minimum əmək haqqı 130 manat müəyyən edilmişdir. 154 manat məbləğdə aliment 2018-ci il üçün minimum əmək haqqının 1.18 misli (154 : 130 = 1.18) həddində olması ilə əsaslandırmışdır. Işdən görünür ki, ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** saylı, ## ### 2018-ci il tarixli qətnamə ilə borclu Borclu birgə nikahlarından anadan olmuş ## ### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.75 mislində, 300 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli və onunla bağlı ## ##### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-58/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-58/2026
28.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver