Məhkəmə qərarları › İş №8(3-8)-60/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-60/2026

22.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-60/2026 22.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, borclu Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar vəkili-nümayəndəsi Vəkil tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Borclu Borclu ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2022-ci il tarixdə tələbkar ilə arasında bağlanmış “Razılaşma Müqaviləsinin” şərtlərinin təsdiq edilməsi və Abşeron rayon İcra söbəsinin icra məmuru Kənan Abdullayevin icraatında olan Zaqatala Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli icra vərəqəsi üzrə icra icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadına əsasən, borclu Borclu ilə tələbkar X2 arasında bağlanmış və Zaqatala rayon * saylı notariat ofisinin xüsusi notariusu İsgəndərova Gözəl İsgəndər qızı tərəfindən təsdiq edilmiş ##.##.2022ci il tarixli, 3M-*** reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Tələbkar Tələbkar vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından şikayət verərək, sözügedən qərardadı ləğv etməklə, barışıq sazişinin təsdiqi barədə borclunun ərizəsinin rədd edilməsi və icra icraatının xitamına dair hüquqi nəticələrin aradan qaldırılması barədə (və ya iş yeni baxışa qaytarılması, tələbkarın iştirakının təmin edilməsi, bank ödənişləri, kreditin bağlanması, satışdan daxil olan vəsaitin bölüşdürülməsi, tələbkara faktiki ödənişin olub-olmamasının sübutlarla araşdırılması barədə) qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadına əsasən, tələbkar Tələbkar vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından ##.##.2026-cı il tarixdə vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. Tələbkarın vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından şikayət və şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə (vəsatətlə) müraciət edərək, şikayət vermək üçün nəzərdə tutulan prosessual müddətin üzrlü səbəbdən buraxılması nəzərə alınaraq, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)***/**** saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi və müddət bərpa edildikdən sonra verilmiş şikayət mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)***/**** nömrəli qərardadının ləğv edilməklə, barışıq sazişinin təsdiqi barədə borclunun ərizəsinin rədd edilməsi və icra icraatının xitamına dair hüquqi nəticələrin aradan qaldırılması barədə (və ya iş yeni baxışa qaytarılması, tələbkarın iştirakının təmin edilməsi, bank ödənişləri, kreditin bağlanması, satışdan daxil olan vəsaitin bölüşdürülməsi, tələbkara faktiki ödənişin olubolmamasının sübutlarla araşdırılması barədə) qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə tələbkar Tələbkar vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, tələbkarın vəkilinümayəndəsi Vəkil tərəfindən Abşeron Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024cü il tarixli qərardadından ##.##.2026-cı il tarixdə verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. ##.##.2026-cı il tarixdə tələbkarın vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilməsi, tələbkar Tələbkar nümayəndəsi və vəkili tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi, ##.##.2026-cı il tarixli şikayətin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsi və aidiyyəti üzrə həll olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Borclu əvvəllər Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tələbkar ilə arasında bağlanmış ##.##.2022-ci il tarixli razılaşma müqaviləsinin şərtlərinin təsdiq edilməsini və bu əsasla icra icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Həmin müraciət üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə borclu Borclu ilə tələbkar X2 arasında bağlanmış ##.##.2022-ci il tarixli, 3M-*** reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Sonradan tələbkarın nümayəndəsi və vəkili tərəfindən həmin ##.##.2024cü il tarixli qərardaddan şikayət verilmiş, lakin məhkəmə həmin şikayətin guya prosessual müddət ötürülməklə verildiyini əsas gətirərək onu geri qaytarmışdır. Bundan sonra ##.##.2026-cı il tarixdə tələbkarın nümayəndəsi və vəkili tərəfindən yenidən müraciət edilərək, şikayət vermək üçün buraxılmış müddətin üzrlü səbəbdən bərpa olunması və şikayətin icraata qəbul edilməsi xahiş edilmişdir. Ərizədə əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli qərardad mahiyyət etibarilə icra sənədinin qüvvədən düşməsinə, tələbkarın və azyaşlının hüquqlarına birbaşa və ciddi təsir göstərən məhkəmə aktıdır. Qərardadın “Elektron Məhkəmə” İnformasiya Sistemində yerləşdirilməsi onun tələbkara rəsmi qaydada təqdim edildiyini və ya faktiki olaraq alındığını sübut etmir. Tələbkar qərardaddan yalnız sonradan, Azərbaycana qayıtdıqdan və icra işi ilə maraqlandıqdan sonra faktiki xəbərdar olmuşdur. Qərardad qəbul edilən və sistemə yerləşdirilən dövrdə tələbkar ölkə xaricində olmuş, real olaraq məhkəmə aktı ilə tanış olmaq, onu dəyərləndirmək və qısa prosessual müddətdə şikayət vermək imkanı əldə etməmişdir. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə tələbkarın nümayəndəsinin müddətin bərpası barədə ərizəsi rədd edilmiş, eyni zamanda ##.##.2026-cı il tarixli şikayət geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, tələbkar ##.##.2025-ci il tarixdə ölkəyə qayıtdıqdan sonra ##.##.2026-cı ilədək heç bir hərəkət etməmiş, elektron kabinetinin mövcudluğu səbəbilə harada olmasından asılı olmayaraq “Elektron Məhkəmə” informasiya sistemindən istifadə edə bilərmiş və buna görə müddətin ötürülməsi üzrlü hesab edilə bilməz. O hesab edir ki, həmin qərardad qanunsuz, əsassız və prosessual ədalət prinsipinə zidd olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi müddətin bərpası məsələsinə formal yanaşmış, “rəsmi qaydada təqdim edilmə”, “faktiki xəbərdar olma”, “elektron sənədin hüquqi nəticə doğurması” və “məhkəməyə çıxış hüququnun real təmin edilməsi” məsələlərini tam və obyektiv araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmənin öz qərardadında istinad etdiyi MPM-in 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Deməli bu iş üzrə açar hüquqi məsələ təkcə müəyyən vaxtın keçməsi deyil, məhz qərardadın tərəfə “rəsmi qaydada verilibverilməməsi” və şikayət hüququnun səmərəli həyata keçirilməsi imkanının yaranıbyaranmamasıdır. Lakin birinci instansiya məhkəməsi bu məsələyə lazımi hüquqi standartla yanaşmamış, elektron kabinetin mövcudluğunu avtomatik şəkildə qərardadın rəsmi təqdim edilməsi kimi qəbul etmişdir. Halbuki qərardadın sistemə yerləşdirilməsi öz-özlüyündə onun ünvanlandığı şəxs tərəfindən qəbul edilməsini, onunla real tanış olunmasını, yaxud hüquqi nəticələrinin başa düşülməsini sübut etmir. Elektron məhkəmə mühiti texniki alətdir; bu alətin mövcudluğu məhkəmə müdafiəsi hüququnun avtomatik reallaşması demək deyildir. Məhkəmə bu fərqi nəzərə almadan, təqdim olunmuş sərhədkeçmə məlumatlarını, ölkədən kənarda olmanı, faktiki xəbərdar olma tarixini və qərardadın tələbkara real çatdırılıbçatdırılmaması məsələsini lazımi sübut standartı ilə araşdırmamışdır. Bundan əlavə, məhkəmə özü qərardadda qeyd edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən icra sənədinin icrasına ##.##.2024-cü il tarixdə xitam verilmiş, habelə tələbkara sənədlərin surətləri təqdim olunmaqla məlumat verilmişdir. Bu halda məhkəmə ayrıca araşdırmalı idi ki, tələbkar hansı tarixdə, hansı sənədlərlə, hansı həcmdə və hansı hüquqi nəticələr barədə məlumat almışdır. Həmin məlumat təkcə icraata xitam barədəmi olmuşdur, yoxsa ##.##.2024-cü il tarixli məhkəmə qərardadının tam mətni, mahiyyəti və ondan şikayət hüququ barədə də real bilgiləndirməni əhatə etmişdir. Bu araşdırma aparılmadan, sadəcə “məlumat verilib” ifadəsinə söykənərək müddətin üzrsüz ötürüldüyü qənaətinə gəlmək qanuni əsaslı hesab oluna bilməz. Məhkəmə həmçinin tələbkarın ##.##.2025-ci il tarixdə ölkəyə daxil olduğunu göstərərək sonrakı dövrü tamamilə “hərəkətsizlik” kimi qiymətləndirmişdir. Lakin ölkəyə qayıdış tarixi ilə məhkəmə aktından faktiki xəbərdar olma tarixi eyni hüquqi anlayış deyildir. Şəxsin ölkədə olması, onun mübahisələndirilən məhkəmə aktı barədə məlumatlı olması demək deyil. Xüsusilə də, iş üzrə əvvəlcədən prosesdə iştirak imkanının məhdudlaşdırıldığı, qərardadın kağız daşıyıcıda təqdim edilmədiyi, elektron qəbulun təsdiqlənmədiyi halda, bu cür yanaşma müdafiə hüququnu həddən artıq formal və məhdudlaşdırıcı şəkildə təfsir etməkdir. Bundan başqa, birinci instansiya məhkəməsinin əsaslandırmasında daxili qeyri-dəqiqlik və hüquqi natamamlıq da mövcuddur. Qərardadda bir tərəfdən MPM-in 268.1-ci maddəsi göstərilir və “rəsmi qaydada verilmə” şərti vurğulanır, digər tərəfdən isə həmin “rəsmi qaydada verilmə”nin hansı sübutlarla təsdiq edildiyi izah olunmur. Sadəcə “qərardad elektron kabinetə yerləşdirilmişdir” faktı ilə kifayətlənilir. Bu isə məhkəmə aktının əsaslandırma standartına cavab vermir. Hakim tərəfindən hüquqi nəticəyə aparan faktlar və həmin faktların sübut qiyməti qərardadda aydın və inandırıcı şəkildə göstərilməli idi. Bütün bunlarla yanaşı, hazırkı iş sadəcə texniki-prosessual müddət məsələsi deyil. Mübahisə edilən ##.##.2024-cü il tarixli qərardad nəticə etibarilə azyaşlının aliment hüququna, tələbkarın icra təminatına və məhkəmə müdafiəsi imkanına birbaşa təsir edən aktdır. Belə halda müddətin bərpası məsələsinə məhkəmənin daha yüksək əsaslandırma və daha həssas hüquqmühafizə standartı ilə yanaşması zəruri idi. Əksinə, birinci instansiya məhkəməsi işi mübahisənin ağırlığına uyğun araşdırmamış, şübhəli və natamam məqamları tələbkarın xeyrinə deyil, əleyhinə şərh etmişdir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərardadı ləğv edilməli, tələbkarın nümayəndəsi tərəfindən verilmiş müddətin bərpası barədə ərizə təmin olunmalı və ##.##.2026-cı il tarixli şikayət mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməlidir. Göstərilənlərə əsasən şikayətinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qərardadı ilə şikayətin baxılması mümkün hesab edilərək yazılı icraatda baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qərardadı ilə şikayət üzrə işə şifahi icraat qaydasında baxılması və işin məhkəmə iclasında baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasında borclu Borclu şikayətə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tələbkar Tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından verilmiş şikayətə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, tələbkar ölkə xaricində olduğunu, bu səbəbdən prosessual müddət ərzində qərardaddan şikayət vermək imkanı olmadığını, prosessual müddətin buraxılmasının obyektiv və iradədən asılı olmayan səbəblərlə baş verdiyini irəli sürərək Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürdüyünü qeyd etsə də, vəsatətinə sözügedən halı sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, tələbkar ##.##.2025-ci il tarixdə ölkəyə daxil olmuş, ##.##.2025-##.##.2026-cı il dövr ərzində tələbkar tərəfindən heç bir hərəkət edilməmiş, həmçinin həmin müddət aralığında üzrlü səbəbdən prosessual müddətin ötürüldüyünü təsdiq edən sənədləri iş materiallarına əlavə etməmişdir. Bu kimi hallar məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, tələbkar tərəfindən müddətin bərpa edilməsi barədə verilmiş ərizədə göstərilən hallar ağlabatan deyildir və müddətin bərpa edilməsini üzrlü hesab edilməsinə əsas vermir. Həmçinin tələbkarın elektron kabinetə malik olması onun harada olmasından asılı olmayaraq elektron məhkəmə informasiya sisteminin imkanlarından istifadə etməsinə maneə deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qərardaddan şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən, birinci instansiya məhkəməsi haqlı olaraq Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından verilmiş şikayəti geri qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar