Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-61/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Ərizəni verən şəxs qərardadın icra üsulunun və qaydasının dəyişdirilməsi dair ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, maraqlı şəxs2 ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2023-cü təvəllüdlü X3 ilə hər həftənin cümə günü saat 12:00-dan bazar günü saat 12:00-dək gecə onun yanında qalmaq şərti ilə müvəqqəti ünsiyyət vaxtı müəyyən edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə cavabdeh Ərizəni verən şəxs şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. Ərizəçi Ərizəni verən şəxs ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadının icra üsulunu dəyişdirərək, maraqlı şəxs2 ilə birgə nikahdan olan övladları ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 ilə hər həftənin cümə günü saat 12:00-dan bazar günü saat 12:00-dək gecə qalmaq şərti ilə çıxarılan Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadında icra sənədinin icra üsulu və qaydasının dəyişdirilməsi, yəni tələbkarın onun evində və ya məhkəmə icraçılarının yanında onun iştirakıyla uşaqlarla hər həftənin cümə günü saat 12:00-dan saat 18:00-dək ünsiyyət vaxtının müəyyən edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar maraqlı şəxs2 uşaqlara baxmamış, onlara qarşı laqeyd olmuş, onları döymüş, işgəncə vermiş, ümumiyyətlə onlardan yazılı surətdə imtina etmişdir. Tələbkar 5 nəfər kişi ilə tanış olmuş və vaxtını ancaq onlara ayırmışdır. Belə ki, onlar ilə saatlarla telefonla danışmış, uşaqların ağlayıb qışqırmasına, ac olmasına əhəmiyyət verməmişdir. Həmin şəxslərə Bakı sakini olduğunu, diş həkimi işlədiyini, özünün 2 evi olduğunu və subay olduğunu bildirmişdir. Bu barədə ona onun münasibətdə olduğu kişilər məlumat vermişdir. O, işdə olarkən, anası Xaçmaza qonaq gedərkən, atası isə işlə bağlı Rusiyada olarkən maraqlı şəxs2 kişiləri evə dəvət etmiş və evdə uşaqların gözü qarşısında onlarla münasibətdə olmuşdur. Bu səbəbdən də uşaqların tələbkarla cümə günü saat 12:00-dan bazar günü saat 12:00-dək gecə qalmaq şərti ilə ünsiyyət vaxtı mümkün deyil. Atası evində olarkən onun başına-başına döyüb xəsarət yetirmişlər, bu səbəbdən onun psixologiyası pozulmuşdur və nə etdiyini bilmir. O, uşaqların anaları ilə görüşünə etiraz etmir, lakin hesab edir ki, bu qadın psixatrik ekspertizadan keçirildikdən sonra uşaqlarla təklikdə ünsiyyət yarada bilər. Bu səbəbdən də hesab edir ki, icra sənədinin icra üsulu və qaydası dəyişilməlidir, yəni maraqlı şəxs2 onun evində və ya məhkəmə icraçılarının yanında onun iştirakıyla uşaqlarla hər həftənin cümə günü saat 12:00- dan saat 18:00-dək görüşə bilər.
5. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** saylı icra sənədinə əsasən maraqlı şəxs2 məhkəmə işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edənədək birgə nikahdan anadan olmuş ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 ilə ünsiyyətdə olması ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəsi üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı icra yönəldilmişdir.
6. Sözügedən icra sənədilə bağlı icranı könüllü yerinə yetirmədiyinə görə ərizəçi Ərizəni verən şəxs barəsində Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsilə inzibati tənbeh tətbiq edilərək, Quba rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarına əsasən 600 (altı yüz) manat məbləğində cərimə edilməsi qərar alınmışdır.
7. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim İbrahim Qazıbəyov) ərizə təmin edilməmişdir.
8. Ərizəçi Ərizəni verən şəxs həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
9. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim İbrahim Qazıbəyov) şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə uşaqların üstün mənafevi prinsipi pozulmuşdur. Qanunvericiliyə əsasən uşaqlarla bağlı məsələlərdə əsas meyar onların təhlükəsizliyi, sağlamlığı və psixoloji vəziyyətidir. Məhkəmə bu prinsipi formal qeyd etsə də, real vəziyyəti nəzərə almamışdır. Uşaqların təhlükəsizliyi ilə bağlı ciddi hallar mövcuddur. Ana tərəfindən uşaqlardan imtina xarakterli yazılı məlumatlar və yazışmalar mövcuddur. Uşaqlara qarşı şiddət və kobud rəftar elementlərini əks etdirən video materiallar mövcuddur. Şahidlərin iştirakı ilə ana özünün uşaqları istəmədiyini etiraf etmişdir. Bu hallar uşaqların ananın yanında, xüsusilə gecə qalmasının onların fiziki və psixoloji təhlükəsizliyi baxımından ciddi risk yaratdığını göstərir. Sübutların təqdim edilməsi ilə bağlı qeyd olunan video materialların elektron kabinet vasitəsilə təqdim edilməsi texniki olaraq mümkün olmamışdır. Xahiş etmişdir ki, həmin sübutların məhkəmə iclasında elektron daşıyıcı (fləşkart və s.) vasitəsilə təqdim edilməsinə şərait yaradılsın və ya əlavə sübutların təqdim edilməsi üçün ona müddət verilsin. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Təqdim edilmiş və təqdim olunması mümkün olan sübutlar məhkəmə tərəfindən tam və obyektiv qiymətləndirilməmişdir. Mövcud ünsiyyət qaydası uşaqlar üçün risklidir. Hazırkı qaydada uşaqların gecə ananın yanında qalması onların təhlükəsizliyi və psixoloji vəziyyəti baxımından məqsədəuyğun deyil. Təklif edilən dəyişiklik uşaqların mənafeyinə uyğundur. O, uşaqların ana ilə ünsiyyətinə qarşı deyil. Təklif edir ki, ünsiyyət davam etsin, lakin təhlükəsiz və nəzarətli şəraitdə həyata keçirilsin.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Maraqlı şəxs maraqlı şəxs2 Oqtay qızı şikayətə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ərizəni verən şəxs ona övladları ilə görüşməyə imkan vermir, onları gizlədir. Məhkəmə qərarı 4 aydır ki, icra olunmur. O, 6 aydır ki, övladlarını görə bilmir. Ərizəni verən şəxs vaxtı uzatmaq, uşaqları ondan uzaqlaşdırmaq və onu uşaqlara unutdurmaq məqsədilə qərardan şikayət verir. Artıq üçüncü dəfədir ki, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadından şikayət verir. Odur ki, şikayətin təmin edilməməsi xahiş edilir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
14. Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (...)
16. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
17. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
19. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
21. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, qanun normasının mənasına görə qərardadın icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizənin əsaslılığı prezumpsiyası baxımından yanaşılmalıdır. Zəruri əsas olmadan və həmin əsaslar müvafiq sübutlarla təsdiq olunmadan bu tədbirlərin həyata keçirilməsi eyni hüquq və vəzifələrə malik olan digər tərəfin hüquqlarının əsassız məhdudlaşdırılmasına və mənafelərinin əsassız pozulmasına səbəb ola bilər.
24. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin (qəradadının) icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna xarakter daşıyır və yalnız qətnamənin (qərardadın) icrasını obyektiv olaraq çətinləşdirən halların mövcudluğu sübuta yetirildikdə tətbiq oluna bilər. Bu hüquqi mexanizmin mahiyyəti, əsasən, əmlak xarakterli öhdəliklərin icrası zamanı yaranan çətinliklərin aradan qaldırılmasına yönəlmişdir.
25. Lakin baxılan halda mübahisə əmlak xarakterli deyil, ailə hüquq münasibətlərindən irəli gələn, uşaqların valideynlə ünsiyyət hüququ ilə bağlı şəxsi qeyri-əmlak xarakterli münasibətlərə aiddir. Belə münasibətlərdə “icra üsulunun dəyişdirilməsi” institutu formal yanaşma ilə tətbiq edilə bilməz, çünki burada söhbət maddi öhdəliklərin yerinə yetirilməsindən deyil, uşağın və valideynlərin qarşılıqlı mənəvi, sosial və psixoloji mənafelərinin təmin edilməsindən gedir.
26. Həmçinin işdən görünür ki, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- ***)-*/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, maraqlı şəxs2 ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2023-cü təvəllüdlü X3 ilə hər həftənin cümə günü saat 12:00-dan bazar günü saat 12:00-dək gecə onun yanında qalmaq şərti ilə müvəqqəti ünsiyyət vaxtı müəyyən edilmişdir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmə qərarları dövlət adından çıxarılır və onların icrası məcburidir.
28. Kollegiya qeyd edir ki, ərizəçi tərəfindən həmin qərardad könüllü icra edilməmiş, bu səbəbdən o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur.
29. Birinci instansiya məhkəməsi qərardadda həmçinin göstərmişdir ki, ərizəçinin təklif etdiyi icra üsulu – uşaqların ana ilə yalnız onun nəzarəti altında, onun yaşayış yerində və ya məhkəmə icraçılarının yanında qısa müddətli ünsiyyəti – faktiki olaraq mövcud müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirir və onu formal xarakterə salır. Bu isə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılması ilə yanaşı, uşaqların ana ilə tamhüquqlu ünsiyyət imkanlarının məhdudlaşdırılmasına gətirib çıxarır ki, belə dəyişiklik uşaqların üstün mənafeyi prinsipinə uyğun deyildir. Çünki uşaqların hər iki valideynlə normal, fasiləsiz və məhdudlaşdırılmamış ünsiyyətdə olması onların sağlam inkişafı üçün zəruridir. Mövcud qərardad isə məhz bu məqsədə xidmət edir və tərəflərin hüquq və mənafeləri arasında balansı təmin edir.
30. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, valideynlərin uşaqlara münasibətdə hüquq və vəzifələri bərabərdir və hər iki valideyn uşağın fiziki, psixi və mənəvi inkişafı üçün məsuliyyət daşıyır. Bununla yanaşı, uşaqların da hər iki valideynlə ünsiyyət saxlamaq və onların qayğısı ilə təmin olunmaq hüququ vardır. Bu hüquq hər hansı əsaslı hal olmadan məhdudlaşdırıla bilməz.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.