Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-64/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Ərizəni verən şəxs qərardadın icra üsulunun və qaydasının dəyişdirilməsi dair ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından maraqlı şəxs maraqlı şəxs3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəni verən şəxs ilə cavabdeh maraqlı şəxs3 arasında ##.##.2019-cu il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. İddiaçı Ərizəni verən şəxs ##.##.2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11-00-dan saat 17-00-dək ünsiyyətdə olmaq hüququ (görüşmək qaydası) müəyyən edilmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakim Samir Bayramov) Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş icra üsulunun dəyişdirilməsi barədə Ərizəni verən şəxs ərizəsi təmin edilməmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər - A.Hüseynzadə (sədrlik edən və məruzəçi hakim), A.Mahmudov və L.Rəhimli) tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı tələbkar Ərizəni verən şəxs oğlunun övladı X1 ilə həftənin şənbə və bazar günləri, habelə tətil və bayram günlərində Bakı şəhərində ünsiyyət hüququnun müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə Ərizəni verən şəxs tərəfindən verilmiş ərizəyə qeyd olunan hissədə baxılması üçün iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. Ərizəçi Ərizəni verən şəxs məhkəməyə ərizə ilə müraciət edərək Xaçmaz rayon məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş icra üsulunun dəyişdirilməsi və oğlu X1 altıncı və bazar günləri, habelə tətil və bayram günlərində onunla Bakı şəhərinə gələrək onunla və qohumları ilə ünsiyyətdə olmasına şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən onun iddia ərizəsi əsasında işə baxılaraq ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən iddia qismən təmin edilmiş, iddiaçı Ərizəni verən şəxs ilə cavabdeh maraqlı şəxs3 arasında ##.##.2019-cu il tarixdə bağlanmış nikah qeydi pozulmuş, iddiaçı Ərizəni verən şəxs ##.##.2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11- 00-dan saat 17-00-dək ünsiyyətdə olmaq hüququ (görüşmək qaydası) müəyyən edilmişdir. Qeyd edir ki, müəyyən olunmuş ünsiyyət qaydası hazırkı dövrdə tamamilə əlverişsizdir. Belə ki, qətnamə qəbul edildiyi vaxtdan artıq üç ildən çox vaxt keçib. Övladı X1 artıq 6 yaşı var. Eyni zamanda o, Bakı şəhərində yaşadığı üçün Xaçmaz rayonuna getmək və orada oğlu ilə görüşmək üçün müəyyən olunmuş vaxt tamamilə qısadır. Həmin vaxta isə cavabdeh oğlu ilə tək görüşməyinə şərait yaratmır. Onun iştirakı ilə olan görüşdə isə o, övladı ilə normal ünsiyyət qura bilmir. Bildirir ki, oğlu Murad Əliyev artıq böyüyür. Onun babası, nənəsi və digər qohumları ilə ünsiyyət qurmasına ehtiyac vardır. Baba və nənəsi nəvələrini görmək və onunla vaxt keçirmək üçün bu müddət ərzində bir neçə dəfə Xaçmaz rayonuna getmişlər. Ancaq orada normal şərait olmadığı üçün parkda və yaxud kafedə oturmaqla normal ünsiyyət yaratmaq mümkün deyil. Baba və nənə də kifayət qədər yaşlı insanlardır. Onlarda tez-tez uzaq məsafəyə gedə bilmirlər. Ona görə də oğlu Muradın artıq heç olmasa ayda bir neçə günlüyə Bakı şəhərinə gəlib atası, babası, nənəsi və digər qohumları ilə ünsiyyət qurmasına və bunun üçün şərait yaradılmasına ehtiyac vardır.
6. Ərizəçi Ərizəni verən şəxs dəqiqləşdirmə barədə ərizə təqdim edərək oğlu Murad Əliyevin bayram günləri (yeni il, Ramazan və Novruz bayramlarında) və məktəb tətilləri dövründə hər bayram və tətil günlərində 4 gün, iyun, iyul, avqust aylarında isə hər ayın istənilən bir həftəsi onunla Bakı şəhərinə gələrək onun yanında qalması və hər ayın iki altıncı və bazar günlərində Xaçmaz rayonunda digər tərəfin iştirakı olmadan onunla ünsiyyətdə olmasına şərait yaradılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak etmiş ərizəçi Ərizəni verən şəxs bildirmişdir ki, ərizəsində görüş günlərinin və saatların qeyri-dəqiq göstərilməsi onunla əlaqədardır ki, özü də işləyir, ola bilər ki, işi ilə əlaqədar hər həftə uşaqla görüşə bilməz. Bayram günlərində də tam olaraq bayram günlərinin təkcə onunla olmasını təklif etmir. Onun telefon nömrəsini qarşı tərəf əngəlləmişdir, uşaqla danışa bilmir. Ona ayrılan görüş günlərində olur ki, valideynlərinin gəlmək imkanı olmur, saatlar görüş günləri üçün çox azdır. Uşaqla görüşəndə maraqlı şəxs3 da iştirak edir, o uşaqla tək görüşmək istəyir. Oğlan uşağıdır, qaçır, oynayır, Samirə isə uşağa məhdudiyyət qoyur, qaçma, səs eləmə və s. Uşağın ona bağlanmasından qorxduğu üçün uşaqla tək görüşməyinə razı deyil. Qarşı tərəflə heç cür razılıq əldə etmək mümkün olmamışdır.
8. Məhkəmə proseslərində iştirak etmiş maraqlı şəxs maraqlı şəxs3 icra sənədinin icrasının dəyişdirilməsinə etiraz etmiş və bildirmişdir ki, ərizəçinin heç bir şərtini qəbul etmir. Onu görmək istəməməsi ilə əlaqədar razıdır, gəlib Xaçmaz rayon Qəyyumluq Şöbəsində uşaqla görüşə bilər, onlara mane olan deyil. Uşaq 4 aylıq olanda ərizəçi ilə ayrılmışlar, uşağın 2 yaşı olandan sonra uşaqla maraqlanmağa başlamışdır. Ərizəçi rayonu bəyənmir, bildirir ki, uşaq onu görmək istəyirsə Bakıya gəlsin. Uşaq uzaq yol gedəndə ürəkbulanması olur, halı pisləşir. Ərizəçinin məhkəmə iclaslarında verdiyi ifadələrinə və ilkin ərizəsinə əsasən bir neçə yerdə işləyir, tez-tez Bakı şəhərindən Xaçmaz şəhərinə gəlmək iqtidarında deyil və uşağı Bakı şəhərində görmək istəyir. Bu o, deməkdir ki, ərizəçi faktiki olaraq ailəyə, o cümlədən, sərbəst şəkildə azyaşlı uşağı X1 qayğı göstərmək iqtidarında deyil. Digər tərəfdən azyaşlı uşağın sanitar tələbləri var. Yalnız ana tərəfindən həyata keçirilməsi mümkün olan bu tələbləri ata həyata keçirə bilməz. Ərizəçinin valideynlərinin də uşaqla görüşünə həmişə razılıq vermişdir. Onlar üç il fasilədən sonra yaşadığı məkana gələrək uşağı özləri ilə Nabrana gəzintiyə aparmışlar. Ərizəçi öz iddiasını irəli sürə bilər, valideynlərinin və ya qohumlarının adından tələb irəli sürə bilməz. Ərizəçi birgə uşaqlarına biganə olduğundan hətta uşağın yaşını bilmir. Uşağın 6 yaşı olduğunu bildirir. Halbuki, uşağın 5 yaşı var. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş foto şəkillərdən göründüyü kimi ərizəçi uşaqla onun olduğu yerə gəlmiş, uşağı özü ilə Nabran şəhərinə apararaq orada ünsiyyətdə olmuş, gəzintiyə çıxmışdır. Ərizəçinin Bakı şəhərindən Xaçmaz rayonuna gələrək orada uşaqla görüşmək üçün müəyyən olunmuş vaxtın tamamilə qısa olduğunu bildirməsi ağlabatan mühakimə deyildir. Əgər o, Bakıdan Xaçmaza gəlməyə vaxt çatdıra bilmirsə, uşaq Xaçmazdan Bakıya necə vaxt çatdıracaq? Digər tərəfdən, ərizəçi səhər saat 07:00-da Bakıdan çıxsa, maksimum saat 10:00-da yaşadığı Muxtadır kəndinə çatacaq. Axşam saat 18:00-da Muxtadır kəndindən çıxsa 21:00-da Bakı şəhərinə çatacaq. Yəni uşaqla ünsiyyət üçün 08 saat onun üçün kifayətdir. Ərizəçi uşağı özü ilə apardıqdan sonra qaytarmaq niyyətində deyildir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının ##.##.2026-cı il tarixli rəyinə əsasən ərizəçi sahibkardır, onun öz evi yoxdur, özgə evində tək yaşayır. Belə aydın olur ki, ərizəçi uşağı evdə tək qoyub sahibkarlıq üçün mənzili tərk edib gedəcək. Həmin rəyə əsasən ərizəçinin sahibkarlıq fəaliyyəti nədə ifadə olunduğu bəlli deyildir və bu barədə rəsmi sənəd də yoxdur, onun yaxşı yaşamasının nədə ifadə olunduğu da bəlli deyildir. Göründüyü kimi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının ##.##.2026-cı il tarixli rəyi uydurmalara əsaslanmışdır. Görüş saatının iki saat artırılmasına yəni, saat 10:00-dan 18:00-dək özünün iştirakı ilə Xaçmazda görüşün müəyyən edilməsinə etiraz etmir.
9. Bakı şəhəri Xətai rayon Qəyyumluq və Himayəçilik Komissiyasının ##.##.2026-cı il tarixli rəyindən müəyyən olunur ki, Ərizəni verən şəxs ##.##.2020-ci il təvəllüdlü X1 ilə görüşüb ünsiyyətdə olması üçün vaxt təyin edilməsini mümkün hesab etmişdir.
10. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**-**/*-***/**** saylı məktubundan müəyyən olunur ki, ##.##.2020-ci il təvəllüdlü X1 altı yaşı tamam olmadığından onunla məhkəmə-psixiloji ekspertizasının keçirilməsi mümkün olmamışdır.
11. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (Nərmin Ağazadə) ərizə qismən təmin edilmiş, ##.##.2020-ci il təvəllüdlü X1 atası Ərizəni verən şəxslə hər ayın 1-ci və 3-cü həftələrinin şənbə günü saat 11:00-dan gecə qalmaq şərtilə bazar günü saat 12:00-dək, iki gündən artıq davam edən bayram günlərinin (Yeni il, Novruz, Ramazan) 2-ci günündə saat 11:00-dan 17:00-dək maraqlı şəxs3 iştirakı olmadan görüşüb ünsiyyətdə olması hüququ təmin edilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvanda hər ayın 1-ci və 3-cü həftələrinin şənbə günü saat 11:00-da, iki gündən artıq davam edən bayram günlərinin (Yeni il, Novruz, Ramazan) 2-ci günündə saat 11:00-da maraqlı şəxs3 tərəfindən Ərizəni verən şəxs, bazar günü saat 12:00-da və iki gündən artıq davam edən bayram günlərinin (Yeni il, Novruz, Ramazan) 2-ci günündə saat 17:00-da isə eyni ünvanda Ərizəni verən şəxs tərəfindən maraqlı şəxs3 təhvil verilməsi qərara alınmışdır.
12. maraqlı şəxs3 həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (Nərmin Ağazadə) şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçi Ərizəni verən şəxs hansı faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, qərardadla ona verilmiş hüquqların icrası ilə bağlı hərəkətlərin həyata keçirilməsinə onun vaxt və maddi imkanının olub-olmamasını, uşağın özünün günlərlə Xaçmaz rayonunun Muxtadır kəndindən Bakı şəhərinə gedib-qayıtmaq imkanının və bu hərəkətlərin uşağa hansı mənəvi və fiziki təzyiqlər göstərə bilməsini araşdırmamışdır. Ərizəçiyə məxsus yaşayış sahəsinin və iş yerinin olmaması uşağın onunla uzun müddətə uzun yol gedərək Bakı şəhərinə aparıb-gətirilməsi, Bakı şəhərində saxlanılması, uşağın mənəvi və fiziki istirablara məruz qoyulması deməkdir. Bu hallar uşağın fiziki, psixi sağlamlığına zərər yetirən haldır.
b) Şikayətə qarşı etirazın dəlilləri
15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
18. Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
19. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli */**** nömrəli Qərarının 1-ci bəndinin 2-ci hissəsində məhkəmələrə tövsiyyə etmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonuncunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (...)
21. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
26. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, qanun normasının mənasına görə qərardadın icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizənin əsaslılığı prezumpsiyası baxımından yanaşılmalıdır. Zəruri əsas olmadan və həmin əsaslar müvafiq sübutlarla təsdiq olunmadan bu tədbirlərin həyata keçirilməsi eyni hüquq və vəzifələrə malik olan digər tərəfin hüquqlarının əsassız məhdudlaşdırılmasına və mənafelərinin əsassız pozulmasına səbəb ola bilər.
29. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin (qəradadının) icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna xarakter daşıyır və yalnız qətnamənin (qərardadın) icrasını obyektiv olaraq çətinləşdirən halların mövcudluğu sübuta yetirildikdə tətbiq oluna bilər. Bu hüquqi mexanizmin mahiyyəti, əsasən, əmlak xarakterli öhdəliklərin icrası zamanı yaranan çətinliklərin aradan qaldırılmasına yönəlmişdir.
30. İş materiallarından görünür ki, ərizəçi ünsiyyət hüququnun təmin edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan üç ildən çox vaxt keçdiyini, övladı X1 artıq 6 yaşı olduğunu, bayram və tətil günlərində də övladı ilə ünsiyyətdə olmaq istədiyini, özünün isə Bakı şəhərində yaşaması ilə əlaqədar Xaçmaz rayonuna getməsinin və orada oğlu ilə ünsiyyətin həyata keçirilməsi üçün müəyyən olunmuş vaxtın qısa olmasını, həmin vaxtda isə borclunun oğlu ilə tək görüşməyinə şərait yaratmadığını və övladı ilə normal ünsiyyət qura bilmədiyini bildirmişdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, ərizəçi Ərizəni verən şəxs maraqlı şəxs3 ilə birgə nikahdan doğulmuş X1 fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirmir. Hazırda Ərizəni verən şəxs valideynlik vəzifələrinin tam icrasına nail olmaq, eləcə də X1 mənəvi inkişafında və dünyagörüşünün formalaşmasında daha çox iştirak etmək, X1 asudə vaxtlarında onunla vaxt keçirib, ailə bağlarını möhkəmləndirmək, valideyn kimi Murad Əliyevin qayğısına qalmaq hüququnun həyata keçirilməsinə çalışsa da, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022ci il tarixli qətnaməsi ilə təyin edilmiş ünsiyyət qaydaları ilə buna tam nail ola bilmir.
32. Birinci instansiya məhkəməsində icraat zamanı maraqlı şəxs maraqlı şəxs3 uşağın yaşının az olması, Xaçmazdan Bakıya gedib-gəlməsinin onun üçün çətin ola biləcəyini əsas gətirərək görüş vaxtının 2 saat uzadılmasına etiraz etməmişdir.
33. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, uşağın yaşının artması, ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün əsas olan hallardandır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.