Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-73/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Xaçmaz Rayon məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra sənədinə əsasən borcludan tutulan məbləğin indeksasiyası haqqında tələbkar Ərizəni verən şəxs ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə tələbkar Ərizəni verən şəxs aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavadova (Novruzbəyova) Pərvanə Vahid qızından hər ay hər uşağa görə tutulan 75 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək məhkəmənin qərarının qanuni qüvvəsinin aldığı tarixdən başlayaraq, Cavadova (Novruzbəyova) Pərvanə Vahid qızından onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddia ərizəsi qanuni qüvvəyə mindiyi gündən ##.##.2023-cü il tarixdən başlayaraq Cavadova (Novruzbəyova) Pərvanə Vahid qızından hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat sabit məbləğində aliment alınaraq Ərizəni verən şəxs verilməlidir. Hesab edir ki, onun xeyrinə Cavadova (Novruzbəyova) Pərvanə Vahid qızından hər ay hər uşaq üçün tutulan 75 manat sabit pul məbləğində aiiment indeksasiya edilərək 2026-cı il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqında müəyyən edilməlidir. Cavabdeh Cavadova (Novruzbəyova) Pərvanə Vahid qızının maddi imkanı yaxşıdır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdsr. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdehin yüksək məbləğdə aiiment ödəməyə qadirdir. Ana kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə (hakim Sərxan Səmədzadə) icra sənədi üzrə tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. Aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.21 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Cavadova Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və alimentin miqdarının azaldılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardadı əsassız hesab edir. Belə ki, o tələbkardan ayrıldığı zaman daimi yaşayış yeri və uşaqları saxlamaq üçün zəruri maddi imkanları olmamışdır. Bu səbəbdən uşaqları tələbkarın iş yeri, maddi vəziyyəti və yaşayış şəraiti uşaqları saxlamaq üçün kifayət etmişdir. Hal-hazırda da onun maddi vəziyyəti ağırdır, heç bir yerdə işləmir, daimi gəlir mənbəyi və yaşayış yeri yoxdur. Bu səbəbdən təyin olunmuş aliment məbləğini ödəmək imkanı yoxdur. Hesab edir ki, tələbkarın maddi imkanlarının yaxşı olmasına baxmayaraq, aliment məbləğinin artırılması ona qarşı qərəzli yanaşmanın nəticəsidir və bu qərar onun real maddi vəziyyəti nəzərə alınmadan qəbul edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəni verən şəxs ilə cavabdeh X4 arasında ##.##.2006-cı il tarixdə bağlanmış nikah qeydi pozulmuş, ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü X3 ataları Ərizəni verən şəxs yanında(himayəsində) qalmişlar. ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10.05.2024cü il tarixdən başlayaraq X4 hər ay hər uşaq üçün 75 manat sabit məbləğdə aliment alınaraq Ərizəni verən şəxs verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” ## ###### 2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvar ayının 1-dən 345 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən minimum aylıq əmək haqqı 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə alimentn məbləği hər uşaq üçün 75 manat müəyyən edilərkən minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,21 (75:345=0,21) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-73/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-73/2026
23.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver