Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 8(3-8)-75/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının hakimlәri X1 (mәruzәçi), Mahmudov Ayaz Akif oğlu vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X4 ##.##.2026-cı il tarixli “icra ödәnişinin alınması haqqında” qәrarından Tağıyev İsmayıl Şamilşah oğlunun verdiyi şikayәtin tәmin edilmәsi barәdә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından maraqlı şәxs Sumqayıt şәhәri üzrә İcra İdarәsi tәrәfindәn şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏN ETDİ Tağıyev İsmayıl Şamilşah oğlu şikayәtlә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt edәrәk Sumqayıt şәhәri üzrә İcra idarәsinin icra mәmuru, R Qönçә Süleymanlının “borcludan tutulmalı olan pul mәblәğinin 10 faizi hәcmindә vә ya qeyri-әmlak xarakterli tәlәblә bağlı icra ödәnişinin alınması barәdә” ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmiş, Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X4 ##.##.2026-cı il tarixli “icra ödәnişinin alınması haqqında” qәrarının lәğv edilmәsi vә Tağıyev İsmayıl Şamilşah oğlundan Sumqayıt şәhәr * saylı notariat ofisinin 8İ-1077 nömrәli, ## ###### 2026-cı il tarixli icra qeydi üzrә icra ödәnişinin tutulmasının әsassız hesab edilmәsi qәrara alınmışdır. Maraqlı şәxs Sumqayıt şәhәri üzrә İcra idarәsinin icra mәmuru İsayev Tural Cәfәr oğlu ##.##.2026-cı il tarixdә şikayәt verәrәk Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadının lәğv edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Maraqlı şәxs şikayәtini onunla әsaslandırmışdır ki, Sumqayıt Şәhәr * saylı Notariat Kontorunun **** saylı, ##.##.2026-cı il tarixli icra sәnәdinә әsasәn tәlәb Tağıyev İsmayıl Şamilşah oğluna mәxsus ünvan 1 ünvanında yerlәşәn әmlaka tutma yönәldilmәlidir. (Öhdәliyi müәyyәn edәn 5081/2025 müqavilәyә әsasәn müddәt üçün vaxtında ödәnilmәmiş 22736.48 AZN әsas borc, 4788.07 AZN faiz borcu, 5784.00 AZN dәbbә pulu olmaqla, cәmi tutulmalı mәblәğ 33308.55 AZN tәşkil edir.) İcra sәnәdi ##.##.2026-cı il tarixdә icraatına daxil olmuş, hәmin gün borcluya “Elektron İcra” informasiya sistemi vasitәsi ilә SMS bildiriş göndәrilmişdir. Tәlәbkar “xxxx” BOKT MMC ##.##.2026-cı il tarixli mәktubla “İcra Haqqında” AR Qanununun 23.1.1-ci maddәsinin tәlәblәrini nәzәrә alaraq, icra sәnәdini icra etmәdәn geri qaytarılmasını xahiş etmişdir. Qanunamüvafiq olaraq ##.##.2026-cı il tarixdә borcludan tutulmalı pul mәblәğinin 10 faizi hәcmindә vә ya qeyriәmlak xarakterli tәlәblә bağlı icra ödәnişinin alınması barәdә qәrar qәbul edilmiş vә qәrarın surәtindәn borclu Tağıyev İsmayıl Şamilşah oğlu şikayәt vermişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә “icra ödәnişinin alınması haqqında” qәrar lәğv edilmiş vә Sumqayıt Şәhәr * saylı Notariat Kontorunun **** saylı, ##.##.2026-cı il tarixli icra sәnәdi üzrә icra ödәnişinin tutulması әsassız hesab edilmişdir. Hesab edilir ki, tәlәb borclu tәrәfindәn icra edilmәmiş, yalnız tәlәbkar ilә qarşılıqlı razılıq әldә edilmiş, habelә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından da göründüyü kimi, borclu ona elektron bildiriş göndәrildikdәn sonra icra sәnәdi üzrә borcdan 7000 manat ödәniş etmişdir. Mәhkәmә sözügedәn qәrarında borclunun ona bildiriş göndәrilmәsindәn әvvәl vә bildiriş göndәrildikdәn 1 gün sonra icra qeydi üzrә borcundan müvafiq mәblәğdә ödәniş etmәsini sәbәb göstәrәrәk borclunun әrizәsini әsaslı hesab etmişdir. “İcra haqqında” Qanunun 8.2ci maddәsinә әsasәn icra mәmuru icra sәnәdini aldığı vaxtdan üç gün müddәtindә icraata başlamaq haqqında qәrar qәbul edir. Hәmin qәrarda icra mәmuru icra sәnәdindә göstәrilmiş tәlәblәrin borclu tәrәfindәn könüllü icrası üçün mәhkәmәnin qәrarında digәr icra müddәti müәyyәn edilmәyibsә, icraata başlanıldığı vaxtdan әn çoxu on gün müddәt tәyin edir vә bu barәdә borcluya bildiriş verir. Bildirişdә hәmin müddәt başa çatdıqdan sonra göstәrilәn tәlәblәrin mәcburi qaydada icra edilәcәyi vә bu Qanunla nәzәrdә tutulmuş icra ödәnişinin vә icra hәrәkәtlәrinin hәyata keçirilmәsi ilә bağlı xәrclәrin ondan tutulacağı göstәrilir. Hәmin qanunun 78.1-ci maddәsinә әsasәn icra sәnәdi könüllü icra üçün müәyyәn olunmuş vaxtda borclu tәrәfindәn üzrsüz sәbәbdәn icra edilmәdikdә, icra mәmuru borcludan tutulmalı pul mәblәğinin 10 faizi hәcmindә icra ödәnişinin alınması barәdә qәrar qәbul edir. Qeyri-әmlak xarakterli tәlәbin nәzәrdә tutulduğu icra sәnәdi icra edilmәdikdә, borclu fiziki şәxsdәn yüz manat, borclu hüquqi şәxsdәn isә beş yüz manat miqdarında icra ödәnişi alınır. Belәliklә, icra sәnәdi könüllü icra üçün müәyyәn edilmiş müddәtdә icra edilmәmişdir. Bununla yanaşı, hesab edilir ki, tәlәbkarın borclu ilә razılığa gәlmәsi yalnız ona ödәnilmәli olan pul vәsaitinә münasibәtdә qәbul edilәn hesab edilmәldir. İcra ödәnişinin tutulması hissәsindә isә tәlәbkarın mövqeyi әsas hesab edilmәmәlidir. Belә olan halda sözügedәn icra sәnәdi üzrә icra ödәnişinin alınması mәqsәdәmüvafiq hesab edilir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi vә baxılması üçün işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası MPM-nin 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә, işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Qeyd edilәn Mәcәllәnin 10.8-1-ci maddәsinә әsasәn, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Azәrbaycan Respublikası MPM-nin 397.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Hazırkı şikayәt birinci instansiya mәhkәmәsinin qәrardadından verildiyinә görә mәhkәmә kollegiyası mübahisәyә MPM-nin 10.8-1 vә 397.2-ci maddәlәrinә әsasәn yazılı icraat qaydasında baxmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, iş materiallarında olan: Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X4 ##.##.2026-cı il tarixli qәrarının surәtindәn görünür ki, Sumqayıt şәhәr * saylı notariat ofisinin 8İ-1077 nömrәli, ## ###### 2026-cı il tarixli icra qeydinә әsasәn Tağıyev İsmayıl Şamilşah oğlundan 3333,35 manat mәblәğindә icra ödәnişinin tutulması qәrara alınmışdır. İpoteka predmetinә tutmanın yönәldilmәsi haqqında 8İ-1077 nömrәli, ## ###### 2026-cı il tarixli icra qeydindәn görünür ki, ipoteka müqavilәsi üzrә tәrәf ipoteka saxlayan- Tәlәbkar Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin tәlәbi ilә ipoteka qoyan- Tağıyev İsmayıl Şamilşah oğlundan ona mәxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerlәşәn әmlaka tutma yönәldilmәsi, (öhdәliyi müәyyәn edәn 5081/2025 müqavilәyә әsasәn müddәt üçün vaxtında ödәnilmәmiş 22736,48 manat әsas borc, 4788,07 manat faiz borcu, 5784,00 manat dәbbә pulu olmaqla, cәmi tutulmalı mәblәğ 33308,55 manat tәşkil edir), Tağıyev İsmayıl Şamilşah oğlundan tәlәbkar tәrәfindәn ödәnilmiş 25 manat 00 qәpik mәblәğindә dövlәt rüsumu (haqq) olmaqla, cәmi 33333 manat 55 qәpik (otuz üç min üç yüz otuz üç manat әlli beş qәpik) pulun tutulması qәrara alınmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli mәdaxil qәbzindәn görünür ki, Tağıyev İsmayıl Şamilşah oğlu ##.##.2026-cı il tarixdә 11:19:05 radәlәrindә borcundan 1800 manat ödәniş etmişdir. İş materiallarında olan ******* saylı mәdaxil qәbzindәn görünür ki, Tağıyev İsmayıl Şamilşah oğlu ##.##.2026-cı il tarixdә 16:57:18 radәlәrindә borcundan 7000 manat ödәniş etmişdir. Sumqayıt şәhәri üzrә İcra İdarәsindәn e80347/2026-47-51 icra işi tәlәb edilәrәk öyrәnilmiş vә müәyyәn edilmişdir ki, ##.##.2026-cı il tarixdә icra sәnәdi üzrә icraata başlanmış, tәlәbin könüllü icra olunması barәdә bildiriş borcluya göndәrilmişdir. İcraata başlamaq haqqında qәrarın surәti Tәlәbkar Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә göndәrilmişdir. Belә ki, “İcra haqqında” Azәrbaycan Respublikası Qanununun 78.1-ci maddәsinә әsasәn, icra sәnәdi könüllü icra üçün müәyyәn olunmuş vaxtda borclu tәrәfindәn üzrsüz sәbәbdәn icra edilmәdikdә, icra mәmuru borcludan tutulmalı pul mәblәğinin 10 faizi hәcmindә icra ödәnişinin alınması barәdә qәrar qәbul edir. Qeyri-әmlak xarakterli tәlәbin nәzәrdә tutulduğu icra sәnәdi icra edilmәdikdә, borclu fiziki şәxsdәn yüz manat, borclu hüquqi şәxsdәn isә beş yüz manat miqdarında icra ödәnişi alınır. Qanunun 78.2-ci maddәsinә әsasәn, icra ödәnişi icra sәnәdi ilk dәfә icraya yönәldilәrkәn alınır. Hәmin icra sәnәdinin yenidәn icraya yönәldilmәsi zamanı icra ödәnişi alınmır. Hәmin Qanunun 78.2-1-ci maddәsinә әsasәn, icra ödәnişinin alınması barәdә qәrar onun qәbul edilmәsinә sәbәb olmuş icra sәnәdi üzrә icraat çәrçivәsindә icra olunur. Bu icraat çәrçivәsindә icra ödәnişinin alınması barәdә qәrarın tam icrası mümkün olmadıqda, icra ödәnişinin alınması barәdә qәrarın icrası müstәqil icraat çәrçivәsindә davam etdirilir. İcra ödәnişinin alınması barәdә qәrarın müstәqil icraat çәrçivәsindә icrası zamanı hәmin qәrarın icrası ilә bağlı icra ödәnişi tutulmur. Qanunun 78.2-2-ci maddәsinә әsasәn, icra ödәnişi borcludan tam vә ya hissә-hissә tutula bilәr. Qanunla başqa qayda nәzәrdә tutulmamışdırsa, borcun hissә-hissә ödәnilmәsi hallarında, yaxud borcun qismәn ödәnilmәsi mümkün olduqda icra ödәnişi faktiki ödәnilәn mәblәğә mütәnasib olaraq hәr bir ödәniş üzrә hesablanır vә tutulur. Qeyd olunan Qanunun 78.2-3-cü maddәsinә әsasәn, vaxtaşırı ödәnişlәr üzrә icra ödәnişi yığılmış borc mәblәği üzrә müәyyәn edilmәklә icra mәmurunun icra ödәnişinin alınması barәdә qәrarı әsasında vә hәmin qәrarın qәbul edildiyi tarixә qәdәr yığılmış borc mәblәğindәn hesablanmaqla tutulur. Göründüyü kimi, hazırki iş üzrә Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X4 ##.##.2026-cı il tarixli qәrarına әsasәn, Sumqayıt şәhәr * saylı notariat ofisinin 8İ-1077 nömrәli, ## ###### 2026-cı il tarixli icra qeydinә әsasәn Tağıyev İsmayıl Şamilşah oğlundan 3333,35 manat mәblәğindә icra ödәnişinin tutulması qәrara alınmışdır. İşdәn hәmçinin görünür ki, borclu Tağıyev İsmayıl Şamilşah oğlu ##.##.2026-cı il tarixdә 1800 manat, ##.##.2026-cı il tarixdә 7000 manat ödәniş etmişdir. Lakin birinci instansiya mәhkәmәsi Sumqayıt şәhәri üzrә İcra İdarәsinin ##.##.2026cı il tarixli “icra ödәnişinin alınması haqqında” qәrarından Tağıyev İsmayıl Şamilşah oğlunun verdiyi şikayәtә baxarkәn, Sumqayıt şәhәri üzrә İcra İdarәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә tutulmuş 3333,35 manat mәblәğindә icra ödәnişinin düzgün hesablanıbhesablanmamasını, icra mәmuru tәrәfindәn qәrar çıxararkәn borclunun ##.##.2026-cı il tarixdә 1800 manat, ##.##.2026-cı il tarixdә 7000 manat ödәnişlәri nәzәrә alınıbalınmaması mәsәlәsi araşdırmamışdır. Ona görә dә mәhkәmә kоllegiyаsı hesab edir ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli vә hazırki qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn araşdırılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılmalıdır. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә görә, аpellyаsiyа instаnsiyаsı mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vаrdır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 vә 400, 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Şikayәt tәmin edilsin. Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X4 ##.##.2026-cı il tarixli “icra ödәnişinin alınması haqqında” qәrarından Tağıyev İsmayıl Şamilşah oğlunun verdiyi şikayәtin tәmin edilmәsi barәdә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Hazırki qәrardadda sadalanan xüsusatlar nәzәrә şikayәt yenidәn baxılması üçün iş materialı Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılsın. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №8(3-8)-75/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-75/2026
24.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver