Məhkəmə qərarları › İş №8(3-8)-79/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-79/2026

23.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-79/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim P.Imamverdiyeva) borclu “xxxx” MMC-nin əmlakı üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə Icra idarəsinin böyük icra məmuru Sənan Qasımlının ##.##.2026-cı il tarixli təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar Tələbkar qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından tələbkar Tələbkar və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə verdikləri ##.##.2026-cı il tarixli şikayət təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI Sumqayıt şəhəri üzrə Icra idarəsinin böyük icra məmuru Sənan Qasımlı təqdimatla məhkəməyə müraciət edərək, borclu “xxxx” MMC-yə məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Tələbkar Tələbkar Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə borclu Borclu-nin əmlakı üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə Icra idarəsinin böyük icra məmuru X4 ##.##.2026-cı il tarixli təqdimatı təmin edilməmişdir. Həmin qərardadı əsassız və qeyri-qanuni hesab edərək qərardada öz etirazlarını bildirərək ona qarşı şikayət vermişlər. Aşağıda qeyd etdiklərinə əsasən, həmin qərardadın düzgün çıxarılmamasını əsaslandırır. Belə ki, məhkəmə işə bir sıra məsələləri araşdırmadan qərar qəbul etmişdir. Daha doğrusu öz qanunsuz və qərəzli qərardadı ilə bu iş üzrə qəbul edilmiş və qanuni qüvvədə olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə müəyyən edilmiş halları nəzərə almadan həmin qərarları şübhə altına almışdır. Belə ki, məhkəmə səhv edərək öz qərardadında göstərmişdir ki, X3.Kond.Vent.Santexquraşdırma MMC-nin qanuni təmsilçisidir. Bu tamamilə yalandır, çünki X1.Kond.Vent.Santexquraşdırma MMC-nin qanuni təmsilçisi deyil, “X15 Sumqayıt Quraşdırma Idarəsi”nin bazası əsasında yaradılan həmin MMC-nin mülkiyyətçisi olmuşdur. Müəssisəsinin onun adına özəlləşdirilməsi isə ##.##.2006-cı ildə tam başa çatmışdır. Bu barədə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı ##.##.2024-cü il tarixli məktubu şikayətə əlavə olunur. O, hələ sağlığında bu məsələnin sülh yolu ilə həll edəcəyi barədə yazılı zəmanət vermiş, qanuna əsasən, mülkiyyətçisi olduğu müəssisənin həmin borcuna görə əmlakları ilə bərabər məsuliyyət daşımış və bu məhkəmə işinin materiallarında öz əksini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qəbul edilərkən həmin mülki iş arxivdən tələb edilərək ətraflı öyrənilmiş, bununla əlaqədar Vidadi Əsgərovun vərəsələri, o cünlədən oğlu Maraqlı şəxs və qızı Arzu Əsgərova da məhkəməyə dəvət edilərək izahatları alınmışdır. Onlar da öz növbələrində valideynlərinin ölümü ilə əlaqədar miras əmlaklarının qəbul etdiklərini bildirmişlər. Yəni bütün bu məsələlər əvvəlki məhkəmə aktlarında ətraflı müəyyən edildiyi üçün təkrar sübut olunmasına ehtiyac qalmamışdır. Qanuna əsasən, qanuni qüvvədə olan bir məhkəmə qərarı ilə müəyyən edilmiş halların bu işə baxan digər məhkəmə üçün preyudisial əhəmiyyəti vatdır. Yəni bu halların təkrar sübuta ehtiyacı yoxdur. Məhkəmə isə qanunu pozmuşdur. Insan hüquqlarının və X8 X10 dair Protokolun (Paris, ## #### 1952-ci il) 6-cı maddəsinə-ədalətli məhkəmə araşdırılması hüquqlarını pozmuşdur. Bundan başqa, məhkəmə qərardadı ilə təqdimatı təmin etməməklə qətnamənin icrasını da sual altında qoymuş, bununla da miras qoyanın vərəsələri üçün də əlavə qanunsuz imtiyazlar yaratmışdır. Belə ki, vərəsələr ilk növbədə miras qoyanın borcları üçün cavabdehlik daşıdıqları halda məhkəmə onları qanunsuz olaraq bu öhdəliklərdən azad etmişdir. Beləliklə də, məhkəmə bir tərəfdən borcun mövcudluğunu müəyyən edərək vərəsələrin ödənilməli olduğunu qət etmiş, digər tərəfdən bu borcun müəssisənin mülkiyyətçiləri kimi onlara deyil, müəssisəyə məxsus olmasını və onların miras əmlakına yönələ bilmədiyini müəyyən edərək qət etməklə ziddiyyətli qərardad qəbul etmişdir. Və bu barədə tərəflərin iştirakını təmin edib onların izahatını da almamışdır. Məhkəmə qanunun tələblərini kobud şəkildə pozmuşdur. Borclu cəzasızlıq mühitindən istifadə edərək yenə də borcu ödəməkdən yayınmaqda davam edəcəkdir. Lakin məhkəmə qətnamənin icrasını təmin etmək üçün və keyfiyyətli araşdırma aparmaq və ya apardığı səthi araşdırmaya heç olmazsa düzgün hüquqi qiymət vermək əvəzinə bunu nəzərə almamışdır. Bu isə gələcəkdə eyni işlər üzrə mənfi presedentə və məhkəmə təcrübəsinin formalaşmasına, eləcə də borcu ödəməkdən boyun qaçıranların profilaktikası işinə öz mənfi təsirini göstərəcəkdir. Məhkəmə qərardadı əsassız və mövcud qanunvericilik normalarına ziddir. Məhkəmə isə bütün bunlara göz yummuşdur. Ona görə də, hesab edirlər ki, məhkəmənin qərardadı qərəzlidir. Qərardad qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış olaraq borclunun xeyrinə şərh edilmişdir. Bundan başqa, məhkəmə faktları dərindən araşdırmamış və yarımçıq, keyfiyyətsiz və qeyri-obyektiv məhkəmə baxışı ilə tələm-tələsik qanunsuz qərardad çıxartmışdır. AR Konstitusiya Məhkəməsinin Plenumu, ##/##/2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair qərarında göstərir ki, “MPM-nin 217- ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu ## #### 1997-ci il tarixli, * saylı Qərarında qeyd etmişdir ki, qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. HÜQUQI MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Təqdimatın təmin edilməməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi gəldiyi nəticəni üzərinə həbs qoyulması xahiş olunan əmlakın borclu hüquqi şəxsə deyil, fiziki şəxs Maraqlı şəxs tam mülkiyyətində olması, həmin əmlakın sonuncuya mərhum anası X5, ona isə mərhum əri X3 vərəsəlik qaydasında keçməsi, eləcə də hüquqi şəxsin qanuni təmsilçisi Vidadi Əsgərov hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik onun vərəsəsi Dilrubə Əsgərovanın vərəsəsinin də öhdəlik daşımaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab edir ki, üzərinə həbs qoyulması xahiş olunan əmlak borclu hüquqi şəxsə deyil, məhz fiziki şəxs Maraqlı şəxs tam mülkiyyət hüququ üzrə məxsus olduğundan, ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Tələbkar Tələbkar şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar