Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-80/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tələbkar Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsinin qismən təmin edilməsi barədə Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadından borclu Elyazov İslam Əbülfəz oğlu tərəfindən şikayət verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ Tələbkar Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2010-cu il təvəllüdlü Elyazlı Zəhra İslam qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay sonrakı artımlar nəzərə alınmaqla, borclu Elyazov İslam Əbülfəz oğlundan hər ay uşağa görə tutulan alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh Elyazov İslam Əbülfəz oğlundan ##.##.2010cu il təvəllüdlü Elyazlı Zəhra İslam qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə alimentin məbləği arıtırılmış və 235 manat olaraq müəyyən edilmişdir. Hal-hazırda qızı 15 yaşına çatmaqdadır. Alınan aliment məbləği uşağa yetmir. Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilməsi, Binəqədi rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024cü qətnaməsi ilə Elyazov İslam Əbülfəz oğlundan ##.##.2010-cu il təvəllüdlü Elyazlı Zəhra İslam qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa görə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6811 misli həddində indeksasiya edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu Elyazov İslam Əbülfəz oğlu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilərək iş üzrə yeni qərardad çıxarmaqla, iddianın rədd edilməsi, tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5875 misli həddində müəyyən edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən onun həyat şəraiti və ailə vəziyyəti nəzərə alınmamışdır. Qeyd edir ki, Şamaxı Rayon Məhkəməsinin bu qərardadı ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə Kabinetinə daxil edildiyindən ## ### 2026-cı il tarixi bundan şikayət verilməsi üçün son tarixdir. Beləliklə, o, Şamaxı rayon məhkəməsinin sözügedən bu qərardadından ciddi narazıdır. Məhkəməyə bildirir ki, o, 2015-ci ildə yeni ailə həyatı qurmuşdur və yeni nikahından iki azyaşlı övladı vardır. Elektron İnformasiya Sistemindən əldə edilməklə iş materiallarına daxil etdiyi sənədlərdən görünür ki, o, heç yerdə işləmir və iş axtaran statusundadır. Odur ki, pensiya, təqaüd, müavinət, ünvanlı dövlət sosial yardımı almır. Özünəməşğulluq proqramına da cəlb edilməmişdir. Beləliklə, onun heç yerdən gəliri yoxdur. O, günəmuzd fəhlədir, yalnız iş olandan-olana aylıq kiçik məbləğdə gəlirləri olur ki, bu da heç onlara kifayət etmir. İş materiallarına daxil etdiyi etirazında göstərmişdir ki, tələbkar Tələbkar ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək ölkə xaricində olduğu üçün ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. O isə məhkəmədən xahiş etmişdir ki, tələbkarın özü məhkəmədə iştirak etmədiyi təqdirdə onun ərizəsinə baxılmasın. Belə ki, tələbkar öz ərizəsini düzgün əsaslandırmamışdır. Elektron Məhkəmə kabinetinə daxil edilmiş yeni Mediasiya sənədindən görünür ki, hazırki tələb üzrə ##.##.2026-cı il tarixdə tələbkar Tələbkar əsassız olaraq 50 manat və 10 manat pulları mediasiya prosesinə ödəyərək artıq pul xərcinə yol vermişdir. Halbuki, alimentin indeksasiyası haqqında qəbul edilmiş yeni qanuna görə bu zaman ümumiyyətlə işin mediasiya prosesi nəzərdə tutulmur. Bəzi mediatorlar vətəndaşları aldadaraq baxılan iş üzrə mediasiya prosesi nəzərdə tutulmadığı halda onlara mediasiya ödənişi ödətdirirlər ki, tələbkar Tələbkar da belə israfçılığa yol vermişdir. Belə hallar onun təqsiridir və pulunun hara xərclənibxərclənməməsinin qaydasını o bilmir. Qeyd etdiyi kimi o, yeni nikaha daxil olduğuna görə tələbkar belə aqressiv mövqe tutmuşdur, yoxsa ki, əvvəllər o aliment tələbində elə də israrlı deyildi. Yəni tələbkarın məhkəməyə etdiyi müraciəti uşağın maddi təminatının ödənilməsi yox, öz hikkəsinin təcəssümüdür. Qaldı ki, ölkə üzrə minimum əmək haqqının 0.6811 misli də tələbkarın ərizəsində düzgün təfsir olunmamışdır. Çünki, 2026-cı il üçün Azərbaycan Respublikasında uşaqların yaşayış minimumu 260 manat nəzərdə tutulmuşdur. Bununla yanaşı uşağı saxlamaq təkcə atanın yox, həm də ananın valideynlik borcudur. Bu valideynlik borcu isə tam bərabərdir, yəni valideynlər bərabər hüquqludurlar. Buna görə də aliment ödənişi əslində yarıbayarı olmalıdır. Aliment ödənişini tam olaraq atanın üzərinə yükləmək ümumiyyətlə qeyri-düzgün hərəkətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən - sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də hər valideynə nə qədər pay düşürsə, məhkəmə bunu müəyyənləşdirməlidir. Lakin görünən odur ki, Şamaxı Rayon Məhkəməsi düzgün bölgü aparmayayıb aliment öhdəliyini birtərəfli qaydada yalnız atanın üzərinə qoymuşdur. Bəs ananın öhdəliyi nədir? Uşağı saxlamaq tək atanın deyil, həm də ananın borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi Qanunvericiliyindən görünür ki, onun yeni ailə vəziyyəti nəzərə alınmaqla ödədiyi alimentin məbləği dəyişdirilərək azaldıla bilər. Göründüyü kimi Şamaxı Rayon Məhkəməsi *(*-***)-**/**** saylı, ## ### 2026-ci il tarixli qərardadı qəbul edərkən maddi və prosessual hüquq normalarını pozaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2 və 112.1-ci maddəsini nəzərə almamışdır. Nəticədə iş üzrə düzgün olmayan qərardad qəbul edilmiş, qanunlar düzgün təfsiq və tətbiq edilməmişdir. İş materiallarından görünür ki, onun heç yerdən rəsmi gəliri yoxdur və yeni nikahdan isə iki azyaşlı övladı vardır. Ona görə də bir uşağın hüquqlarının təminatı, digər azyaşlı uşaqların və şəxslərin maddi təminat hüquqlarının pozulması hesabına yerinə yetirilməməlidir. Ona görə də hesab edir ki, Şamaxı rayon məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-ci il tarixli qərardadı ləğv edilməli, tələbkar ilə birgə nikahından doğulmuş ##.##.2010-cu il təvəllüdlü Elyazlı Zəhra İslam qızının yetkinlik yaşınadək saxlanması üçün ondan tutulan alimentin məbləği azaldılaraq hər ay 235 manat məbləğində olmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5875 misli həddində müəyyən edilməlidir. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli Qərarının əlavə edilmiş 8.4-2-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cüil tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1-ci yarımbənd əlavə edilmişdir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alinmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin eidlməsi, aliment məbləğinin artırılması və cavabdeh Elyazov İslam Əbülfəz oğlundan ##.##.2010-cu il təvəllüdlü Elyazlı Zəhra İslam qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə isə qeyd olunmalıdır ki, Binəqədi rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü qətnaməsi ilə Elyazov İslam Əbülfəz oğlundan ##.##.2010-cu il təvəllüdlü Elyazlı Zəhra İslam qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 235 manat sabit pul məbləğində aliment 2024-cü ildə 345 manat məbləğində olan ölkə üzrə minimum aylıq əmək haqqının 0,6811 mislini təşkil edir. Ona görə də ölkə üzrə minimum aylıq əmək haqqının 0,6811 misli şəklində qeyd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, borclunun öhdəliyinin minimum əmək haqqının 0.6811 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyrimütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-80/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-80/2026
02.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver