Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-81/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2015-ci il tarixli icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elşad Cabbarov Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2015-ci il tarixli icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** nömrəli, ##.##.2015-ci il tarixli icra sənədinə ## #### 2015-ci il tarixdən icraata başlayaraq ## ####### 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq, X3 ödənilməlidir. Qeyd olunan icra sənədi ##.##.2015-ci iI tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2015-ci il tarixli icra sənədinə əsasən borclu Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə baxılması məhkəmədən xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elşad Cabbarovun təqdimatı təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədinə əsasən ##.##.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli icra vərəqəsinə əsasən, ## #### 2015-ci il tarixdən başlayaraq ## ####### 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, X3 ödənilməlidir. Təqdimata əlavə edilmiş ##.##.2015-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Abusət Qasımov tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədinə əsasən borclu Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən əldə edilmiş məlumata əsasən borclu Borclu mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı olmadan, borc məbləğini müəyyən etmədən, ödənişlərinin mövcudluğunu araşdırmadan, ona lazımi qaydada xəbərdarlıq etmədən birtərəfli qaydada qərardad qəbul etmiş və ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırmışdır. "İcra haqqında haqqında" AR Qanununun 84- 1.1-ci maddəsi ölkədən çıxış hüququnun məhdudlaşdırılması üçün icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən könüllü icra üçün müəyyən olunmuş vaxtda icra edilməməsi şərtidir. Məhkəmə bu normanı düzgün tətbiq etməmişdir. Birincisi, o, 2024-cü ilin yanvar ayından 2026-cı ilin aprel ayına qədər hər ay müntəzəm olaraq aliment ödənişlərini icra etmişdir. Bu ödənişlər mpay sistemi və Million elektron ödəniş sistemi vasitəsilə həyata keçirilmiş olub, hər birinin elektron qəbzi mövcuddur. Beləliklə, icra sənədi onun tərəfindən könüllü icra edilmişdir. İkincisi, məhkəmə qərardadında konkret borc məbləği göstərilməmişdir. Üzrsüz icrasızlıq iddiası yalnız sözlə ifadə edilmiş, lakin nə qədər borcun mövcud olduğu, bu borcun necə hesablandığı, hansı dövrü əhatə etdiyi müəyyən edilməmişdir. Bu isə 84-1.1-ci maddənin tətbiqi üçün zəruri olan faktiki əsasın yoxluğunu göstərir. Üçüncüsü, məhkəmə icra məmurunun birtərəfli ifadəsinə əsaslanaraq “üzrsüz icrasızlıq” faktını müstəqil şəkildə yoxlamadan qəbul etmişdir. Bu isə həmin normanın tələbinin əsaslandırılmış təqdimat əsasında müstəqil məhkəmə yoxlamasının pozulmasıdır. Təlimatın 2.2-ci maddəsinə görə icra məmuru məhkəməyə ölkədən çıxış məhdudiyyəti barədə təqdimatla müraciət etməzdən əvvəl borcluya könüllü icra üçün bildiriş rəsmi qaydada — qəbzə imza etdirilməklə, ya sifarişli poçtla, ya da icra qurumunda — çatdırılmalıdır. Bu norma düzgün tətbiq edilməmişdir. O, ##.##.2023-cü il tarixdən ölkə xaricindədir. Buna baxmayaraq, ona prosedurları çərçivəsində heç bir bildiriş göndərilməmişdir. Bildirişin faktiki olaraq çatdırılmasına dair heç bir sübut iş materiallarında yoxdur. Məhkəmə isə bu şərti mövcudmuş kimi qəbul edərək qərardad çıxarmışdır. İş materiallarına qərəzli şəkildə əlavə edilməyən lakin faktiki mövcud olan ödəniş qəbzləri ölkədən çıxış məhdudiyyətinin əsası olan “üzrsüz icrasızlıq” faktını təkzib edir. O, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldiğı müddət ərzində aliment ödənişlərini müntəzəm icra etmişdir. Məhkəmə bu faktı araşdırmadan əksinə nəticəyə gəlmişdir. Borc məbləği müəyyən edilmədən — yəni 'nə qədər borcludur?' sualına cavab vermədən — ölkədən çıxış hüququnun məhdudlaşdırılması haqqında qərardad çıxarılmışdır. Müəyyən edilməmiş faktlara əsaslanaraq nəticə çıxarmaq MPM-nin 195-ci maddəsinin tələbini — məhkəmə qətnaməsi qanuna uyğun olmalıdır — pozmüşdur. 2024-2026-cı illər və daha əvvəlki illər üzrə mpay sistemi və Million elektron ödəniş sistemi vasitəsilə aparılmış aliment ödənişlərinin elektron qəbzləri icra məmurunun təqdimatının qərəzli olmasını açıq şəkildə sübut edir. Bu sübutlar birinci instansiya məhkəməsinə təqdim edilə bilməmişdir, çünki: məhkəmə iclasına nə ona, nə də nümayəndəsinə faktiki xəbərdarlıq edilməmişdir. O, ölkə xaricində olduğundan məhkəmə iclasından xəbərsiz idi. İclasın keçirilməsindən xəbər tutduqda qərardad artıq çıxarılmışdı. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş təqdimatdan görünür ki, icra məmuru borclunun icra sənədi üzrə hansı məbləğdə borcunun olmasını qeyd etməmiş, bununla da təqdimatını əsaslandırmamışdır. İş materiallarında yalnız tələbkarın nümayndəsi qismində atası tərəfindən icra məmuruna ünvanlanmış müraciətdə Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədi üzrə borclu Borclu 7846,1 manat aliment borcunun olması qeyd olunmuşdur ki, icra sənədini icra edən icra məmuru tərəfindən aliment borcunun müəyyən edilməməsi halında tələbkarın hər hansı bir əsaslandırma aparmadan müraciətində göstərdiyi və borclu tərəfindən mübahisələndirilən məbləğ mötəbər hesab edilmir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu Borclu hissə ilə deyil, hər ay 235 maant aliment məbləğinin tutulması qət edilmiş və şikayətə əlavə edilmiş ödəniş qəbzlərinə əsasən həmin məbləğlər mütəmadi olaraq ödənilməkdədir. Hərçənd ki, aliment borcunun olubolmaması, olduğu təqdirdə həmin məbləğin nə qədər olması şəxsin konstitusion hüququ olan sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması üçün əhəmiyyətli hal hesab olunur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-81/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-81/2026
07.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver