Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 8(3-8)-82/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki Kollegiyasının hakimlәri X1 (sәdrlik edәn vә mәruzәçi), Mahmudov Ayaz Akif oğlu vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәnin icra edilmәsinin icra üsulunun dәyişdirilmәsinә dair borclu Borclu tәrәfindәn verilmiş әrizәnin geri qaytarılması barәdә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından borclu Borclu tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Borclu «icra sәnәdinin icrası üsulunun dәyişdirilmәsinә dair» әrizә mәhkәmәyә müraciәt edәrәk, Sumqayıt şәhәri, Corat qәsәbәsi, 81-ci mәhәllә ünvanında yerlәşәn ***Q saylı fәrdi yaşayış evinin yenidәn qiymәtlәndirilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrardadı ilә borclu Borclu «icra sәnәdinin icra üsulunun dәyişdirilmәsi»nә dair әrizәsi vә ona әlavә edilmiş sәnәdlәrin borcluya geri qaytarılması, borcluya göstәrilәn nöqsan aradan qaldırıldıqdan sonra yenidәn, ümumi qaydada mәhkәmәyә müraciәt etmәk hüququnun olmasının izah edilmәsi qәrara alınmışdır. Borclu Borclu mәhkәmәnin hәmin qәrardadından şikayәt verәrәk lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, o mülkiyyәtçisi olduğu Sumqayıt şәhәri, Corat qәsәbәsi ünvanında yerlәşәn 81-ci mәhәllә, ***Q saylı fәrdi yaşayış evinin ilkin qiymәtlәnmәsi ilә razılaşmır. Belә ki, “xxxx” MMC tәrәfindәn fәrdi yaşayış evi ##.##.2025-ci ildә bazar qiymәti 80000 manat mәblәğindә qiymәtlәnmişdir. Halbuki mülkiyyәtçisi olduğu fәrdi evin hazırda bazar qiymәti 150-200 min manatadan artıqdır. Fәrdi ev 80000 manata satılarsa o gәlәcәkdә özünә yaşayış evi ala bilmәyәcәk. Hesab edir ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qәrardadının lәğv edilmәsi vә әrizәsinin mahiyyәti üzrә baxılması barәdә yeni qәrardad qәbul edilmәlidir. Lakin mәhkәmә çәkişmә prinsipinә әmәl etmәmişdir. Heç bir araşdırma aparmamış, düzgün nәticәyә gәlmәmişdir. Mәhkәmә prosesin çәkişmә prinsipini tәmin etmәmiş, cavabdehin iştirakını tәmin etmәdәn, qәrarını özünün qulluq mövqeyinә görә irәli sürdüyü hüquqi dәlillәrlә әsaslandırmışdır. Halbuki MPM-nin tәlәbinә görә Mәhkәmә, qәrarını tәrәflәri dәvәt etmәdәn özünün qulluq mövqeyinә görә irәli sürdüyü hüquqi dәlillәrlә әsaslandıra bilmәz. Mәhkәmә hәqiqәtә nail olmaq üçün işin hәrtәrәfli, tam vә obyektiv tәdqiqinә lazımi şәrait yaratmamışdır. Tez-tәlәsik qәrar vermәklә onun qanunla qorunan hüququnu pozmuşdur. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi vә baxılması üçün işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası MPM-nin 397.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә әnun mәhkәmәyә daxil әlduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı әlmayaraq, mәhkәmәnin maddi vә prәsessual hüquq normalarına riayәt etmәsini yәxlayır. Qeyd edilәn Mәcәllәnin 10.8-1-ci maddәsinә әsasәn, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Hazırkı şikayәt birinci instansiya mәhkәmәsinin qәrardadından verildiyinә görә mәhkәmә kollegiyası mübahisәyә MPM-nin 10.8-1 vә 397.2-ci maddәlәrinә әsasәn yazılı icraat qaydasında baxmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli vә baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Birinci instansiya mәhkәmәsi qәrarını әsaslandırarkәn qeyd etmişdir ki, tәlәbkarın şәxsiyyәtini eynilәşdirmәyә imkan verәn mәlumatlar (FİN) әrizәdә göstәrilmәmiş, onunla bağlı MAPS arayışı, onun şәxsiyyәt vәsiqәsi vә ya şәxsiyyәtini tәsdiq edәn digәr sәnәd әrizәyә әlavә edilmәmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 13.4-cü maddәsinә әsasәn mübahisә edilәn hüquq münasibәtlәrini tәnzimlәyәn hüquq norması olmadıqda, mәhkәmә analoji münasibәtlәri tәnzimlәyәn hüquq normalarına müraciәt edir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 152.1.1-ci maddәsinә әsasәn iddia әrizәsinin bu Mәcәllәnin 149-cu maddәsi ilә müәyyәn olunmuş formasına vә mәzmununa riayәt edilmәdikdә vә ya bu Mәcәllәnin 150.1.1-ci maddәsindә göstәrilәn sәnәdlәr iddia әrizәsinә әlavә edilmәdikdә hakim әrizәni vә ona әlavә edilmiş sәnәdlәri iddiaçıya geri qaytarır. Hәmin Mәcәllәnin 149.2.2-ci maddәsinә әsasәn, iddiaçının, onun nümayәndәsinin (әgәr iddia әrizәsini nümayәndә tәqdim edirsә), cavabdehin vә işdә iştirak edәn digәr şәxslәrin, şahidin vә mәhkәmә iclasına dәvәt etmәk istәdiyi digәr şәxslәrin soyadı, adı, atasının adı (hüquqi şәxsә münasibәtdә adı), şәxsiyyәti eynilәşdirmәyә imkan verәn digәr mәlumatlar, yaşayış yeri vә ya olduğu yer (hәm faktiki, hәm dә rәsmi qeydә alındığı ünvanı), yazışmaların aparılmasının istәnildiyi digәr ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrәlәri, o cümlәdәn mobil telefon nömrәlәri, elektron poçt ünvanı, cavabdehin vә işdә iştirak edәn digәr şәxslәrin eynilәşdirmә mәlumatları (şәxsiyyәt vәsiqәsinin seriya nömrәsi vә ya VÖEN, әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin, xarici hüquqi şәxslәrin vә ya onların nümayәndәsinin eynilәşdirmә mәlumatları) iddia әrizәsindә göstәrilmәlidir. Eyni Mәcәllәnin 152.4-cü maddәsinә әsasәn, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dәfә mәhkәmәyә müraciәt etmәyә mane olmur. Mәhkәmә kollegiyası qeyd edir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 152.1.1-ci maddәsinә әsasәn iddia әrizәsi bu Mәcәllәnin 149-cu maddәsi ilә müәyyәn olunmuş formasına vә mәzmununa riayәt edilmәdikdә vә ya bu Mәcәllәnin 150.1.1ci maddәsindә göstәrilәn sәnәdlәr iddia әrizәsinә әlavә edilmәdikdә iddiaçıya geri qaytarılır. Göründüyü kimi, Mülki Prosessual Mәcәllәnin 149-cu maddәsi ilә müәyyәn olunmuş tәlәblәrә riayәt olunmaması qәtnamәnin icrası icraatı üzrә verilmiş әrizәnin deyil, iddia әrizәsinin geri qaytarılması üçün әsas ola bilәr. Bu baxımdan kollegiya belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi әrizәni Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 152.1.1-ci maddәsinә әsasәn geri qaytarmaqla sәhv nәticәyә gәlmişdir. Buna görә dә birinci instansiya mәhkәmәsinin әrizәnin geri qaytarılması prosessual qanunvericiliyin tәlәblәrinә uyğun olmamışdır. Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin İ vә II hissәlәrinә әsasәn, hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. “İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında” Konvensiyanın 6-cı maddәsinә әsasәn, hәr kәs, onun mülki hüquq vә vәzifәlәri müәyyәn edilәrkәn vә ya ona qarşı hәr hansı cinayәt ittihamı irәli sürülәrkәn, qanun әsasında yaradılmış müstәqil vә qәrәzsiz mәhkәmә vasitәsi ilә ağlabatan müddәtdә işinin әdalәtli vә açıq araşdırılması hüququna malikdir. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә görә, аpellyаsiyа instаnsiyаsı mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vаrdır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn әlunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn mәhkәmә kоllegiyаsı bu qәnaәtә gәlir ki, şikayәt qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, hazırki göstәrilәn xüsusatlar nәzәrә alınmaqla baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prәsessual Mәcәllәsinin 263- 264, 395-396, 398, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kәllegiyası QƏRARA ALDI: Şikayәt qismәn tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәnin icra edilmәsinin icra üsulunun dәyişdirilmәsinә dair borclu Borclu tәrәfindәn verilmiş әrizә hazırki göstәrilәn xüsusatlar nәzәrә alınmaqla baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılsın. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №8(3-8)-82/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-82/2026
02.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver