Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-83/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəni verən şəxs Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi üzrə ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə barədə ərizəsinə dair iş üzrə Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs ## ##### 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində tutulan alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksassiyalaşdırılması və sabit pul məbləğində alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs ## ##### 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında edilən dəyişikliklərə, yəni “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 ” dekabr 2024-cü il tarixli, ** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında edilən dəyişikliklərə görə “Məhkəmə minimum əmək haqqı məbləğinin artımına əsaslanan, mahiyyəti indeksasiya xarakteri daşıyan iddialar üzrə Alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya aparılması haqqında qərardad qəbul edə bilər”. Başqa sözlə, Plenumun qərarında iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, habelə iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmışdır. Beləliklə yuxarıda qeyd edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 ” dekabr 2024-cü il tarixli, ** nömrəli qərarının hüquqi mənasına əsaslanaraq hesab edir ki, məhkəmə cavabdeh Maraqlı şəxs ## ##### 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Ərizəni verən şəxs ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yuxarıda qeyd edilən müvafiq sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2021-ci ildə 250 manat təşkil etdiyindən 170 manat məbləğində almentin 250 manat minimum aylıq əmək haqqı məbləğinə nisbətinə görə indeksasiya əmsalı 0,68 bərabər olmasını və bu baxımdan ## ###### 2024-cü il tarixli prezident sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edildiyindən alimentin miqdarının minimum əmək haqqı məbləğinin təşkil etdiyi 400 manat x 0.68 mislinə uyğun 372 manat sabit pul məbləğində indeksasiya edilərək artırıla bilər. Başqa sözlə Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə 2021-ci il tarixdən uşaq üçün alimentin məbləği 170 manat miqdarında qət edilibsə, məhkəmə 2026-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin (170 manat) miqdarının, 2021-ci ildə 250 manat həddində olan minimum əmək haqqının, 0.68 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin, uşağa görə sonrakı artımlar nəzərə alaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 mislinə uyğun sabit pul məbləğində indeksasiya aparılması məzmununda göstərməlidir. Odur ki, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Günel Quluzadə) ərizə təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi üzrə Maraqlı şəxs ## ##### 2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində tutulan alimentin miqdarının ## ### 2026-cı il tarixdən başlayaraq, Maraqlı şəxs Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksassiya olunması, qərardadın icrasının Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılmsı qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə ## ##### 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəni verən şəxs xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə tutulmalı olan alimentin məbləği 170 manat müəyyən edilmiş, bu məbləğ 2021-ci il tarixə ölkə üzrə müəyyən edilmiş 250 manat minimum əmək haqqı məbləğinin 0,68 mislini təşkil etmişdir. Bu səbəbdən ##.##.2026-cı il tarixdən başlayaraq maraqlı şəxs Maraqlı şəxs ərizəçi Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (hazırki halda 400x0,68=272 manat) indeksassiya olunmalıdır. Borclu Maraqlı şəxs Siyəzən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,375 misli həddində indeksasiya olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəni verən şəxs ölkə üzrə minimum əmək haqqının artımını əsas gətirərək məhkəməyə müraciət etmiş və alimentin minimum əməkhaqqının 0,68 misli həddində (400 x 0,68 = 272 manat) indeksasiya edilməsini tələb etmişdir. Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə bu ərizə tam təmin edilmişdir. Hesab edir ki, məhkəmə qərardad çıxararkən onun real maddi durumunu və ailə vəziyyətini tam və obyektiv araşdırmamışdır. Belə ki, hazırda maddi vəziyyəti həddindən artıq ağırdır, heç bir yerdə işləmir və sabit gəliri yoxdur. Digər evlilikdən daha 3 (üç) övladı (ikisi azyaşlı olmaqla) vardır. X4, X3, X5. Onların da maddi ehtiyaclarını qarşılamalıdır. Övladlarından biri Balayev Sarınc hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdədir. Bununla yanaşı, yaşlı anası Balayeva Gülbacı da onunla birgə qalır, tam olaraq onun himayəsindədir və onun da baxımını o, təmin edir. Hazırkı ağır işsizlik və maddi durumu şəraitində hər ay 272 manat aliment ödəməyi faktiki olaraq qeyri-mümkündür. Cari vəziyyətində ödəyə biləcəyi ən çox məbləğ 150 manat təşkil edir. Məhkəmə bu halları hüquqi müstəvidə nəzərə almayaraq ədalətsiz qərardad qəbul etmişdir. Siyəzən Rayon Məhkəməsinin 12.06 .2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən ## ##### 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəni verən şəxs xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin ########ın #-dən 250 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin ######ın #-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” ## ###### 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvar ayının 1-dən 130 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Siyəzən Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə alimentin məbləği 170 manat müəyyən edilərkən minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,68 (170:250=0,68) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək uşaq üçün 170 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 0,68 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-83/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-83/2026
07.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver