Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-84/2026 06.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İcra sənədi üzrə borclu İsmayılov Cavid Tofiq oğlunun məcburi gətirilməsi barədə Təqdimat verən orqan icra məmuru, R Babək İsmayılovun təqdimatına dair iş üzrə (Açar sözlər: borclunun məcburi gətirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Təqdimat verən orqan təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu İsmayılov Cavid Tofiq oğlunun Təqdimat verən orqannə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, borclu İsmayılov Cavid Tofiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilərək, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2009-cu il təvəllüdlü İsmayılov Tofiq Cavid oğlu və ##.##.2011-ci il təvəllüdlü İsmayılov Ömər Cavid oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şamaxı rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsi əsasında tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 milsi həddində indeksasiya olunmalıdır. İcra sənədi ##.##.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş icra sənədi üzrə tələbin dərhal icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Lakin, borclu bu günədək ona edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də hazırkı təqdimat təmin edilməlidir.
3. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimatın təmin edilməməsi qərara alınmışdır (haklim Q.Abasov).
4. Tələbkar Tələbkar qeyd edilən qərardaddan şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, borclunun məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilsə də və qərarın şəxsə göndərilməsinə dair poçt qəbzi təqdimata əlavə edilsə də, qərarın həmin şəxsə çatdırılması barədə sənəd təqdimata əlavə edilməmişdir. Borclu İsmayılov Cavid Tofiq oğlunun məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından, təqdimat təmin edilə bilməz.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1, 44.2, 84.2, 84.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin təqdimatın rədd edilməsi barədə mövqeyi əsassızdır. Məhkəmə qərardad çıxararkən ona əsaslanmışdır ki, icra sənədinin və bildirişin göndərilməsi barədə poçt qəbzi məhkəməyə təqdim olunsa da, qərarın və bildirişin borcluya çatdırılması barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, təqdim olunmuş poçt qəbzindən görünür ki, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmiş və geri qaytarılmamışdır. Məhkəmə bu işi araşdırarkən Şamaxı rayon rabitə şöbəsinə müraciət edərək məktubun çatdırılıb-çatdırılmaması barədə məlumat alsaydı görərdi ki, borclunun ünvanına göndərilmiş məktub həmin ünvanda yaşayan qardaşı İsmayılov Orxan Cavid oğlu tərəfindən alınmışdır. Belə halda sənəd qanuna əsasən çatdırılmış hesab olunur. Məhkəmə icra şöbəsinin poçt göndərişinin borcluya çatdırılması ilə bağlı bütün halları hərtərəfli, tam qaydada araşdırmamışdır. Hazırda şikayətə əlavə edilmiş sənədlərin çatdırılması barədə qeydiyyat jurnalından çıxarış da bu faktı sübut edir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
12. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi: 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır.
399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
13. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
14. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı tam, bununla bağlı ##.##.2026-cı il tarixli tarixli qərardadı isə qismən ləğv edilərək, Təqdimat verən orqan təqdimatına yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
17. Baxılan işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, borclu İsmayılov Cavid Tofiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilərək, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2009-cu il təvəllüdlü İsmayılov Tofiq Cavid oğlu və ##.##.2011-ci il təvəllüdlü İsmayılov Ömər Cavid oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsi əsasında tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində indeksasiya olunmalıdır. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar borclu İsmayılov Cavid Tofiq oğlunun məcburi gətirilməsi barədə Təqdimat verən orqan icra məmuru hazırkı təqdimatla Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd olunan əsasla təqdimatı rədd etmiş, narazı qalan tələbkar Tələbkar qərardaddan şikayət vermişdir.
18. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.
19. Qanunvericilik normasından göründüyü kimi, borclu barəsində məcburi gətirilmə tədbiri borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındıqda tətbiq olunur.
20. Hazırkı iş materiallarından isə müəyyən edilir ki, Təqdimat verən orqan icra məmuru tərəfindən “borclunun məcburi gətirilməsi barədə” ##.##.2026-cı il tarixli qərar qəbul edilmiş, lakin birinci instansiya məhkəməsi mövqeyini həmin qərarın borcluya çatdırılmasını təsdiq edən hər hansı sənədin iş materiallarında mövcud olmaması ilə əsaslandırmışdır.
21. Bu mövqe ilə razılaşmayan kollegiya qeyd edir ki, İcra məmuru tərəfindən borcluya icra sənədinin könüllü icrası üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə dəfələrlə bildiriş göndərilmiş, o, icra orqanına çağırılmış, lakin üzrlü səbəb olmadan çağırışlara gəlməmiş, qətnamənin icrası ilə bağlı qanuni tələbləri yerinə yetirməmiş və icra hərəkətlərinin aparılmasından yayınmaqla, icra hərəkətlərinin həyata keçirilməsinə mane olmuşdur.
22. İş materialları ilə müəyyən edilir ki, borclunun icra orqanına gəlməməsinin üzrlü səbəbi mövcud deyildir. Borclunun davranışı məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınmasını göstərir və icra sənədinin icrasının təmin edilməsi məqsədilə onun məcburi qaydada gətirilməsi zəruridir.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı tam, bununla bağlı ##.##.2026-cı il tarixli tarixli qərardadı isə qismən ləğv edilərək, Təqdimat verən orqan təqdimatı yuxarıda göstərilmiş diqqətəlayiq hallar nəzərə alınmaqla yenidən baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır.
24. Hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara a l d ı:
Şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı tam, bununla bağlı ##.##.2026-cı il tarixli qərardadı isə qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Təqdimat verən orqan tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz