Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 8(3-8)-85/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəni verən şəxs MMC-nin "xxxx" MMC-yə qarşı iş üzrə (məhkəmə aidiyyatının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyası – Sәdrlik edәn vә mәruzәçi hakim Xәlilov Ramin Adilxan oğlu, hakimlәr Mәmmәdov Zahid Tahir oğlu vә X1 ibarәt tәrkibdә, Şabran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından borclu Ərizәni verәn şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. İŞİN HALLARI
1. Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin Kommersiya Hüquqi X2 haqqında şәhadәtnamәsindәn vә Kommersiya hüquqi şәxslәrinin Dövlәt reyestrindәn çıxarışdan görünür ki, Ərizәni verәn şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti * saylı Ərazi Vergilәr İdarәsindә ##.##.2014-cü il tarixdәn kommersiya hüquqi şәxs kimi (VÖEN **********) qeydiyyatdan keçmişdir.
2. Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-**/**** nömrәli qәtnamәsi ilә Ərizәni verәn şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtindәn 75000 (yetmiş beş min) manat mәblәğindә pul vәsaitinin, mediasiya ilә әlaqәdar ödәnilmiş 410 (dörd yüz on) manat mәblәğindә xidmәt haqqının vә 10 (on) manat mәblәğindә ödәnilmiş dövlәt rüsumunun әvәzi olmaqla, cәmi 75420 (yetmiş beş min dörd yüz iyirmi) manat mәblәğindә pul vәsaitinin “Vitamin VİO”xxxxƏrizәni verәn şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtindәn dövlәt rüsumunun qalığı kimi 305 (üç yüz beş) manat mәblәğindә pul vәsaitinin dövlәt nәfinә tutularaq dövlәt büdcәsinә ödәnilmәsi qәt edilmişdir.qәtnamә qanuni qüvvәsini almış vә icraya yönәldilmişdir.
3. Şabran Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qәrardadından görünür ki, “xxxx" Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn Şabran rayon İcra vә probasiya şöbәsinin icra mәmurunun hәrәkәtsizliyindәn verilmiş şikayәt tәmin edilmişdir.
4. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, QXM**** nömrәli ekspert rәyindә aparılmış araşdırmalar, tәhlillәr vә hesablamalar nәticәsindә, Ərizәni verәn şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә mәxsus avadanlıqların bazar dәyәri ümumilikdә 4000 (dörd min) manat olması müәyyәn edilmişdir.
5. Ərizәni verәn şәxs MMC Şabran Rayon Mәhkәmәsinә şikayәtlә müraciәt edәrәk, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, QXM**** nömrәli qiymәtlәndirmә hesabatının lәğv edilmәsi, Şabran rayon İcra vә probasiya şöbәsi tәrәfindәn Ərizәni verәn şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә mәxsus qiymәtlәndirilәn avadanlıqların yenidәn ekspert qiymәtlәndirilmәsinin tәyin edilmәsi vә ekspert qiymәtlәndirilmәsinin başqa qiymәtlәndiriciyә hәvalә edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. Şabran Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә Ərizәni verәn şәxs MMC tәrәfindәn verilmiş "xxxx" MMC-nin ##.##.2026-cı il tarixli, QXM**** nömrәli qiymәtlәndirmә hesabatının lәğv edilmәsi, Şabran rayon İcra vә probasiya şöbәsi tәrәfindәn Ərizәni verәn şәxs MMC-yә mәxsus qiymәtlәndirilәn avadanlıqların yenidәn ekspert qiymәtlәndirilmәsinin tәyin edilmәsi vә ekspert qiymәtlәndirilmәsinin başqa qiymәtlәndiriciyә hәvalә edilmәsi barәdә şikayәti tәmin edilmәmişdir.
7. Ərizәni verәn şәxs MMC şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, hәmin qәrardadın lәğv edilmәsi vә şikayәtin tәmin edilmәsini xahiş etmişdir.
8. Şabran Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş, şikayәtin işlә birlikdә baxılması üçün 7 gün müddәtindә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
9. Şikayәt onunla әsaslandırılmışdır ki, Ərizәni verәn şәxs MMC-yә mәxsus әmlakların qiymәti tәxminәn 15000 manat tәşkil etsә dә, “xxxx” MMC hәr dәfә әmlakları bazar dәyәrindәn dәfәlәrlә az qiymәt qoymaqla qiymәtlәndirmişdir. “xxxx” MMC-nin qiymәtlәndirmәnin nәticәlәri barәdә hәr iki hesabatında qeyd edilir ki, apardıqları araşdırmalar, tәhlillәr vә hesablamalar nәticәsindә avadanlıqların bazar dәyәrlәri müәyyәn edilmişdir. Lakin, әmlakların qiymәtinin niyә mәhz bu qәdәr olduğunu öz hesabatında bu metodlara әsasәn tәhlil etmәmiş, heç araşdırma, tәhlil vә hesablamalar aparılmadan qiymәtlәndirilmә aparılmışdır. Bir sözlә “xxxx” MMC tәrәfindәn aparılmış qiymәtlәndirmәlәr formal qiymәtlәndirilmәdir. Çünki, “xxxx” MMC heç bir real araşdırma, tәhlil, hesablama aparmadan әvvәlki qiymәtlәndirmә hesabatının mәzmununu yeni qiymәtlәndirmә hesabatına olduğu kimi köçürәrәk formal şәkildә qiymәtlәndirmә hesabatı tәqdim etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddә 24. Mübahisәlәrin mәhkәmәyә aidiyyәti 24.1. Azәrbaycan Respublikasının mәhkәmәlәri, pozulmuş vә barәsindә mübahisә edilәn hüquq vә azadlıqları müdafiәsi mәhkәmәdәn kәnar digәr qaydada hәyata keçirilmirsә, bu Mәcәllәyә vә ya digәr qanunlara müvafiq olaraq belә hüquq vә azadlıqları müdafiә vә tәmin edir. 24.2. Mübahisәnin ümumi mәhkәmәyә vә ya kommersiya mәhkәmәsinә aidiyyәti işdә iştirak edәn şәxslәrin subyektiv tәrkibi, mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakteri nәzәrә alınmaqla, bu Mәcәllәyә müvafiq olaraq müәyyәn edilir. 24.3. Mәhkәmә mübahisәnin mәhkәmә aidiyyәti ilә әlaqәdar mәsәlәlәrini әrizәnin mәhkәmәnin icraatına qәbul edilmәsi zamanı yoxlamalıdır.
Maddә 25. Mübahisәlәrin ümumi mәhkәmәlәrә aidiyyәti 25.1. Sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olmayan mübahisәlәrә dair işlәrә mülki mәhkәmә icraatı qaydasında ümumi mәhkәmәlәr baxır. 25.2. Ümumi mәhkәmәlәr bu Mәcәllәnin 26.2-ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, bu Mәcәllәnin 305-ci maddәsindә göstәrilәn xüsusi icraat işlәrinә vә qanunla onların sәlahiyyәtlәrinә aid edilәn digәr işlәrә dә baxırlar.
Maddә 26. Mübahisәlәrin kommersiya mәhkәmәlәrinә aidiyyәti 26.1. Sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olan mübahisәlәrә (kommersiya mübahisәlәrinә) dair işlәrә mülki mәhkәmә icraatı qaydasında kommersiya mәhkәmәlәri baxır. 26.2. Kommersiya mәhkәmәlәri bu Mәcәllәnin 40-5-ci fәslindә nәzәrdә tutulmuş işlәrә, habelә sahibkarlıq fәaliyyәti ilә әlaqәdar olduqda bu Mәcәllәnin 35-ci vә 40-2-ci fәsillәrindә nәzәrdә tutulmuş işlәrә vә qanunla onların sәlahiyyәtlәrinә aid edilәn digәr işlәrә dә baxırlar.
231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri (...) 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.
Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; (...)
Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.
Maddә 402. Kassasiya şikayәti vermә hüququ (...) 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
13. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilәrәk, mәhkәmә aidiyyәtinin müәyyәn edilmәsi üçün iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.
15. Mövcud iş materialları vә tәtbiq edilmәli prosessual hüquq normaları birlikdә qiymәtlәndirildikdә belә nәticәyә gәlmәk olur ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn mübahisәnin mahiyyәti üzrә baxılmasından әvvәl mәhkәmә aidiyyәti mәsәlәsi tam vә hәrtәrәfli araşdırılmamışdır. Halbuki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 24.3-cü maddәsinә әsasәn, mәhkәmә şikayәti öz icraatına qәbul edәrkәn ilk növbәdә mübahisәnin mәhkәmә aidiyyәtini yoxlamalıdır. Bu tәlәb imperativ xarakter daşıyır vә işin mahiyyәti üzrә araşdırılmasından әvvәl hәll edilmәli olan prosessual mәsәlәdir.
16. İş materiallarından görünür ki, Ərizәni verәn şәxs MMC ##.##.2014-cü il tarixdәn dövlәt qeydiyyatına alınmış kommersiya hüquqi şәxs olmaqla sahibkarlıq fәaliyyәti hәyata keçirәn hüquqi şәxsdir. Mübahisәnin әsasını tәşkil edәn icra sәnәdi dә Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2023-cü il tarixli qәtnamәsi әsasında verilmiş, hәmin qәtnamә ilә iki sahibkarlıq subyekti olan Ərizәni verәn şәxs MMC vә “Vitamin VİO” MMC arasında yaranmış kommersiya xarakterli öhdәlik münasibәtlәrindәn irәli gәlәn pul tәlәbi tәmin edilmişdir. Qәtnamә qanuni qüvvәsini almış vә icra olunması üçün Şabran rayon İcra vә probasiya şöbәsinә göndәrilmişdir.
17. Hazırkı şikayәt hәmin icra mәrhәlәsindә borcluya mәxsus avadanlıqların qiymәtlәndirilmәsi ilә bağlı verilmiş ekspert rәyinin qanuniliyinin mübahisәlәndirilmәsi, qiymәtlәndirmәnin lәğv edilmәsi, yenidәn qiymәtlәndirmәnin tәyin olunması vә başqa qiymәtlәndiriciyә hәvalә olunması tәlәblәrindәn ibarәtdir. Demәli, mübahisә müstәqil xarakter daşımır, birbaşa kommersiya mübahisәsi üzrә qәbul edilmiş mәhkәmә qәtnamәsinin icrası mәrhәlәsindә yaranmış prosessual münasibәtlәrdәn irәli gәlir.
18. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 24.2-ci maddәsinә әsasәn mübahisәnin ümumi vә ya kommersiya mәhkәmәsinә aidiyyәti müәyyәn edilәrkәn işdә iştirak edәn şәxslәrin subyektiv tәrkibi, mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakteri birlikdә qiymәtlәndirilmәlidir. Bu meyarlar ayrı-ayrılıqda deyil, qarşılıqlı әlaqәdә araşdırılmalıdır.
19. MPM-in 25.1-ci maddәsinә әsasәn yalnız sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olmayan mübahisәlәr ümumi mәhkәmәlәrdә baxılır. Digәr MPM-in 26.1-ci maddәsinә görә sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olan bütün mübahisәlәr kommersiya mübahisәsi hesab edilir vә onlara kommersiya mәhkәmәlәri baxır.
20. Hazırkı iş üzrә hәm subyektiv tәrkib, hәm dә hüquq münasibәtlәrinin xarakteri göstәrir ki, mübahisә sahibkarlıq fәaliyyәtindәn irәli gәlәn kommersiya münasibәtlәrinin davamı kimi meydana çıxmışdır. Belә ki, borclu hüquqi şәxs kommersiya tәşkilatıdır, icra olunan mәhkәmә aktı kommersiya mәhkәmәsi tәrәfindәn qәbul edilmişdir, qiymәtlәndirilәn әmlak sahibkarlıq fәaliyyәtindә istifadә olunan istehsal avadanlıqlarıdır vә hәmin әmlakın qiymәtlәndirilmәsi mәhz kommersiya xarakterli pul tәlәbinin icrası mәqsәdilә hәyata keçirilmişdir. Bu sәbәbdәn qiymәtlәndirmә ilә bağlı yaranmış mübahisә dә ilkin kommersiya mübahisәsindәn ayrılıqda qiymәtlәndirilә bilmәz (Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2023-cü il tarixli qәtnamәsi).
21. Ali mәhkәmә tәcrübәsindә dә formalaşdırılmış hüquqi mövqeyә әsasәn, mübahisәnin mәhkәmә aidiyyәti müәyyәn edilәrkәn әsas meyar tәrәflәrin hüquqi statusundan daha çox hüquq münasibәtlәrinin xarakteridir. Əgәr mübahisә sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı yaranmış hüquq münasibәtlәrindәn irәli gәlirsә, hәmin iş kommersiya mәhkәmәsinin aidiyyәtinә daxildir. Mәhz bu yanaşmaya uyğun olaraq mәhkәmә kollegiyası qeyd edir ki, mәhkәmә aidiyyәti mәsәlәsinә qiymәt verilәrkәn iş üzrә tәrәflәrin subyektiv tәrkibi, mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakteri hәrtәrәfli araşdırılmalıdır vә bu mәsәlәyә birinci instansiya mәhkәmәsi tәrәfindәn hüquqi qiymәt verilmәmәsi prosessual pozuntu hesab edilir.
22. Hazırkı işdә isә Şabran Rayon Mәhkәmәsi şikayәtin mahiyyәtini araşdıraraq şikayәtin tәmin edilmәmәsi barәdә qәrardad qәbul etsә dә, mübahisәnin kommersiya mәhkәmәsinin aidiyyәtinә aid olmasına әhәmiyyәt vermәdәn MPM-in 24.3-cü maddәsinin imperativ tәlәbinә әmәl etmәmişdir.
23. Belә olan halda, prosessual qanunun tәlәblәrinin pozulması iş üzrә düzgün nәticәyә gәlmәyә mane olmuşdur. Mәhkәmә aidiyyәti mәsәlәsi araşdırılmadan mübahisәnin mahiyyәti üzrә qәrar qәbul edilmәsi prosessual hüquq normalarının pozulması hesab edilmәlidir.
24. Odur ki, göstәrilәn xüsusatlar tam araşdırılmadan qәbul edilmiş qәrardad qanuni vә әsaslı hesab oluna bilmәz. İş üzrә bütün qeyd olunan hallar araşdırılmalı, mübahisәnin mәhkәmә aidiyyәti mәsәlәsinә düzgün hüquqi qiymәt verilmәli vә yalnız bundan sonra şikayәtin mahiyyәti üzrә nәticәyә gәlinmәlidir. Buna görә dә iş prosessual pozuntuların aradan qaldırılması, mәhkәmә aidiyyәti mәsәlәsinin tam araşdırılması vә qanunun tәlәblәrinә uyğun yeni mәhkәmә aktının qәbul edilmәsi üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.
25. Mәhkәmә kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn qәbul edilәcәk yeni qәrardaddan işdә iştirak edәn şәxslәrin qanunla müәyyәn edilmiş qaydada şikayәt vermәk hüququnun tәmin edilmәsi dә zәruridir. Mәhkәmә müdafiәsi hüququnun vә mәhkәmә aktlarından şikayәt vermәk hüququnun sәmәrәli hәyata keçirilmәsi hәr bir mәhkәmә aktı qәbul edildikdәn sonra tәrәflәrә hәmin mәhkәmә aktından qanunla müәyyәn olunmuş qaydada vә müddәtdә şikayәt vermәk imkanının yaradılmasını tәlәb edir.
26. Hazırkı iş üzrә yeni mәhkәmә aktının qәbul edilmәsi zәrurәti yarandığından, tәrәflәrin hәmin qәrardaddan gәlәcәkdә qanunla nәzәrdә tutulmuş qaydada şikayәt vermәk hüququnun tәmin edilmәsi dә yalnız işin birinci instansiya mәhkәmәsinә qaytarılması ilә mümkün olacaqdır. Buna görә dә işin birinci instansiya mәhkәmәsinә qaytarılması hәm müәyyәn edilmiş prosessual pozuntuların aradan qaldırılmasına, hәm dә qәbul edilәcәk yeni qәrardaddan tәrәflәrin şikayәt vermәk hüququnun tam tәmin edilmәsinә xidmәt edir.
27. Göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin olunmalı, Şabran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı edilәrәk, qәrardadda göstәrilәn xüsusatlar araşdırılmaqla iş baxılması üçün hәmin mәhkәmәyә qaytarılmalıdır.
28. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
QƏRARA ALDI:
Şikayәt qismәn tәmin edilsin. Şabran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Sonrakı prosessual hәrәkәtin yerinә yetirilmәsi üçün iş Şabran Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.