Məhkəmə qərarları › İş №8(3-8)-86/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-86/2026

21.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-86/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi (tələbkar) Tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş ## #### 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 150 manat sabit pul məbləğində aliment miqdarının 2026-cı il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 1,42 misli miqdarında (hazırda bir uşaq üçün 400x1,42=568 manat) və uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu ## #### 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay 150 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 1,42 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarınadək 105 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2014cü il tarixli qətnaməsi ilə hər ay 150 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,42 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (150 manat/105 manat= 1,42) Borclu Borclu ##.##.2026-cı il tarixli şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadının sabit pul məbləğində alimentin yenidən indeksasiyalaşdırılaraq dəyişdirilməsi, aliment məbləğinin azaldılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarınadək ölkə üzrə minimum aylıq əmək haqqı 105 manat təşkil etmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə hər ay 150 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,42 həddində sabit pul məbləğində aliment tutulmalıdır (150 manat/105 manat=1,42). Lakin qətnamə ilə təyin olunan aliment (150 manat) 2014-cü ildə olan minimum əmək haqqından (105 manat) çox olduğundan sözügedən Qərarın 8.4-2-ci bəndinin bu iş üzrə tətbiq olunması ədalətsiz olardı. Borclu Borclu söylədiyinə görə 150 manat alimenti məhkəmə onun şifahi razılığı ilə təyin etmişdir. Həmin dövrdə alimentin məbləğinin iki dəfə 150 manatdan aşağı olması internet məlumatları ilə də təsdiq olunur: bu məlumatlara əsasən 2013-cü ildə Azərbaycanda alimentin məbləği valideynlərin qazancından faizlə (1 uşaq üçün qazancın 1/4 hissəsi) və ya sabit pul məbləği ilə hesablanırdı. Sabit aliment məbləği rəsmi yaşayış minimumuna əsasən təyin olunurdu. Məsələn, 2013-cü ildə azyaşlı uşaqlar üçün yaşayış minimumu 93 manat idi. Məhkəmə qərarları hər bir ailənin vəziyyətinə və gəlirinə görə fərdi çıxarılırdı (məsələn, bəzi qərarlarla ayda 50 və ya 63 manat təyin edilmişdi). Nəzərə alınmalıdır ki, ## ###### 2025-ci il tarixli “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat (568 manat miqdarında sabit pul məbləğində aliment bu məbləğdən 2,18 dəfə böyükdür) məbləğində müəyyən edilmiş, minimum əmək haqqı isə 400 manatdır. İndeksasiyadan sonra alınmış məbləğin 260 manata yaxın olması daha qanuna uyğun və ədalətli olardı. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar şikayətə qarşı etiraz ərizəsi ilə müraciət edərək şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Borclu ilə Tələbkar arasında ## #### 2012-ci il tarixdə Bakı Nikah evində bağlanmış **** saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, Borclu ilə Tələbkar birgə nikahdan anadan olmuş ## #### 2013-cü il təvəllüdlü X1 anası Tələbkar yanında qalması, Borclu ## #### 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi, alimentin tutulması müddətinin ## ####### 2013-cü il tarixindən müəyyən edilməsi qət edilmişdir “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2013-cü il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 2013-cü il ########ın #-dən 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2014-cü il tarixli qətnaməsi ilə alimentin məbləği 150 manat müəyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 105 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1,42 (150:105=1,42) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək uşaq üçün 150 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,42 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar