Məhkəmə qərarları › İş №8(3-8)-88/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-88/2026

23.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-88/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından ərizəçi "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) “xxxx” MMC şikayətlə məhkəməyə müraciət edərək, Quba rayon icra şöbəsinin icra sənədini geri qaytarmaq barədə qərarının (qərarın tarixi və nömrəsi məlum deyilsə, "** saylı qərar" və ya borclunun iş yerinin aşkar edildiyi halda işin geri qaytarılması barədə qərar) ləğv edilməsi, icra sənədinin icrasının davam etdirilməsi və zəruri icra tədbirlərinin görülməsinin icra məmurunun üzərinə qoyulması, borclu Borclu əmək haqqına yönəlməsi və məhkəmə qərarı ilə tutulmalı olan məbləğ (312 ABŞ dolları ekvivalenti manat və 20 manat dövlət rüsumu) tam ödənilənədək onun əmək haqqından aylıq 50%-dən çox olmamaq şərti ilə məcburi tutulma aparılması üçün icra sənədinin borclunun işə götürəninə göndərilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ilə borclu Borclu şikayətçi «xxxx» MMC-nin xeyrinə 312 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulması qərara alınmışdır. İcra vərəqi icra edilməsi üçün Quba rayon icra şöbəsinə təqdim edilmişdir. İcra prosesinin gedişində borclunun iş yeri müəyyən edilmişdir. Şikayətçi tərəfindən əldə edilmiş esocial.gov.az portalından çıxarışa əsasən, borclu Borclu ##.##.2025- ci il tarixdən etibarən "Qaynaqçı- Fəhlə" vəzifəsində çalışır və müntəzəm əmək haqqı gəliri əldə edir. Şikayətçi tərəfindən icra şöbəsinə dəfələrlə müraciət edilmiş, borclunun iş yeri barədə məlumat verilmiş və icra tədbirlərinin görülməsi xahiş olunmuşdur. Lakin əldə edilən məlumata görə, icra məmuru tərəfindən icra sənədinin geri qaytarılması barədə qərar çıxarılmışdır (ehtimal ki, ** saylı qərar və ya müvafiq protokol). Şikayətçiyə bu qərarın surəti təqdim edilməmiş, yalnız şifahi olaraq məlumat verilmişdir. İcra sənədi də şikayətçiyə qaytarılmamışdır. Uzun müddətdir (2017-ci ildən) qüvvədə olan məhkəmə qərarı icra olunmamış qalır. Borclunun işlədiyi aşkar edildiyi halda belə, icra tədbirlərinin görülməməsi şikayətçinin ədalət mühakiməsinə çıxış hüququnu pozur və məhkəmə qərarlarının nüfuzuna xələl gətirir. İcra məmuru tərəfindən çıxarılan qərar şikayətçiyə təqdim edilməmişdir. Bu "İcra haqqında" Qanunun 11-ci maddəsinə (tərəflərin məlumatlandırılması) ziddir. Göstəilənlərə əsasən şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.****-ci nömrəli icra sənədi üzrə Quba Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin geri qaytarılması haqqında qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır(hakim Mirnəsir Mirhəsənli). ##.##.2026-cı il tarixdə ərizəçi (tələbkar) “xxxx” MMC Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət (şikayət “apellyasiya şikayəti” adı altında daxil olmuşdur) verərək, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı “şikayət ərizəsinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ## ###### 2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında" qərarının qanuniliyinin Abşeron Rayon Məhkəməsi tərəfindən mahiyyəti üzrə araşdırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət geri qaytarılarkən bəzi mühim faktiki hallar, ümumiyyətlə, aydınlaşdırılmamışdır: Belə ki, icra sənədinin hansı məhkəmə tərəfindən verildiyi faktı araşdırılmamışdır. ##.##.2017-ci il tarixli, *(***)****/**** saylı qətnamə məhz Abşeron Rayon Məhkəməsi tərəfindən verilmişdir. Bu fakt təkbaşına məhkəmənin aidiyyət məsələsini həll edir, çünki “İcra haqqında” Qanunun 87.2-ci maddəsinə əsasən, icra məmurunun qərarlarından şikayət məhz icra sənədini vermiş məhkəməyə verilir. İcra məmurunun işi hansı məhkəməyə qaytardığı faktı aydınlaşdırılmamışdır. İcra məmuru X1 ## ###### 2025-ci il tarixli qərarı ilə icra sənədini geri qaytarmış və işi Xətai Rayon Məhkəməsinə göndərmək barədə qərar qəbul etmişdir. Halbuki, icra sənədini verən məhkəmə Abşeron Rayon Məhkəməsidir. İşin Xətai Rayon Məhkəməsinə qaytarılması heç bir hüquqi əsasa söykənmir. Məhkəmə bu faktı araşdırmamışdır. Borclunun hazırkı iş yeri və gəliri faktı tamamilə diqqətdən kənarda qalmışdır. Esocial.gov.az portalından əldə edilmiş çıxarışa əsasən, borclu Borclu ##.##.2025-ci il tarixdən etibarən rəsmi işləyir. Bu fakt şikayətin mahiyyəti üçün həlledici əhəmiyyət daşıyır, çünki icra sənədinin geri qaytarılması üçün faktiki əsas (gəlirin olmaması) artıq aradan qalxmışdır. İcra sənədinin 8 il ərzində icra olunmaması faktı araşdırılmamışdır. 2017-ci ildə verilmiş icra sənədi uzun müddət icra edilməmiş, yalnız borclunun iş yerinin aşkar edilməsindən sonra şikayət verilmişdir. Məhkəmə işin bu xronologiyasını nəzərə almamışdır. Məhkəmə bu faktları aydınlaşdırsaydı, aşağıdakı nəticələrə gəlməli idi: 1. Şikayətə baxmaq səlahiyyəti məhz Abşeron Rayon Məhkəməsinə məxsusdur. 2. İcra məmurunun işi Xətai Rayon Məhkəməsinə qaytarmaq qərarı qanunsuzdur. 3. Borclunun yeni iş yeri olduğu üçün icra sənədinin geri qaytarılması üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi qərardadında yalnız bir hala – ərazi aidiyyətinin olmamasına – istinad etmişdir. Lakin bu hal heç bir sübutla təsdiq edilməmişdir: Məhkəmə qərardadında göstərilir ki, şikayət “ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmamalıdır”. Lakin bu qənaəti dəstəkləyən heç bir hüquqi norma, fakt və ya sübut göstərilməmişdir. Məhkəmə qərardadında 87.2-ci maddənin nə üçün tətbiq edilmədiyi izah edilməmişdir. Məhkəmə Quba Rayon Məhkəməsinin aidiyyətli olduğunu əsaslandıran hər hansı hüquqi müddəa təqdim etməmişdir. Qərardadda sadəcə “tövsiyə” xarakterli ifadə işlədilmiş, konkret hüquqi əsas göstərilməmişdir. Məhkəmə tərəfindən icra sənədinin hansı məhkəmə tərəfindən verildiyi faktı araşdırılmadığı üçün bu hal sübut edilməmişdir. Əgər araşdırılsaydı, icra sənədinin Abşeron Rayon Məhkəməsi tərəfindən verildiyi aşkar olacaqdı. Bu isə 87.2-ci maddəyə əsasən, şikayətin məhz Abşeron Rayon Məhkəməsində baxılmalı olduğunu sübut edir. Məhkəmə icra məmurunun işi Xətai Rayon Məhkəməsinə qaytarması faktını, ümumiyyətlə, araşdırmamışdır. Halbuki, bu fakt icra məmurunun qərarının qanunsuzluğunu birbaşa sübut edir. İcra sənədini Abşeron Rayon Məhkəməsi verdiyi halda işin Xətaiyə qaytarılması heç bir qanuni əsasa söykənmir. Məhkəmə şikayətin mahiyyətini təşkil edən borclunun yeni iş yeri faktını nəzərdən keçirmədiyi üçün icra məmurunun qərarının qanuniliyi ilə bağlı heç bir halı sübuta yetirməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə sübut olunmamış, əksinə, iş materiallarında olan sənədlərlə təkzib edilmişdir. Məhkəmənin qərardadında göstərilmiş nəticələr işin faktiki hallarına tamamilə ziddir: Məhkəmənin nəticəsi: Şikayət ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmamalıdır, şikayətçi Quba Rayon Məhkəməsinə müraciət etməlidir. İşin faktiki halı: İcra sənədi (## ###### 2017-ci il tarixli, *(***)****/**** saylı qətnamə) məhz Abşeron Rayon Məhkəməsi tərəfindən verilmişdir. “İcra haqqında Qanunun 87.2-ci maddəsinə əsasən, icra məmurunun qərarlarından şikayət məhz icra sənədini vermiş məhkəməyə verilir. Bu norma heç bir şərhə ehtiyac qoymayacaq qədər aydındır: icra sənədini Abşeron Rayon Məhkəməsi veribsə, şikayət də həmin məhkəmədə baxılmalıdır. Məhkəmənin nəticəsi: İcra məmurunun qərarından şikayət borclunun yerləşdiyi ərazi üzrə məhkəməyə verilməlidir. İşin faktiki halı: 87.2-ci maddə şikayətin veriləcəyi məhkəməni icra sənədini vermiş məhkəmə kimi müəyyən edir. Quba Rayon Məhkəməsi nə icra sənədini verib, nə də icra məmurunun fəaliyyət göstərdiyi ərazi üzrə məhkəmə kimi müəyyən edilmişdir. Qanunda ərazi aidiyyəti anlayışı bu halda tətbiq edilə bilməz, çünki 87.2-ci maddə xüsusi norma kimi bu məsələdə üstündür. Məhkəmənin nəticəsi: İcra məmurunun qərarı qanunidir, şikayət yalnız prosessual səbəbdən geri qaytarılır. İşin faktiki halı: İcra məmuru işi Xətai Rayon Məhkəməsinə qaytarmışdır ki, bu da qanunsuzdur. İcra sənədini Abşeron Rayon Məhkəməsi verdiyi halda işin Xətaiyə qaytarılması 87.2-ci maddənin kobud pozulmasıdır. Bundan əlavə borclunun hazırda rəsmi iş yeri və gəliri olduğu üçün icra sənədinin geri qaytarılması üçün faktiki əsas da mövcud deyil. Məhkəmənin nəticələri işin faktiki hallarına deyil, 87.2-ci maddənin tələblərinə məhəl qoymamağa və icra məmurunun qanunsuz qərarını nəzərdən qaçırmağa əsaslanmışdır. Bu isə qərardadın qanunsuz olmasının əsas göstəricisidir. Göstərilənlərə əsasən şikayətinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar “xxxx” MMC tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş şikayətə baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məhəmməd Eminbəyli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, icra sənədinin icra edilmədən verilən orqana geri qaytarılması proseduru “İcra haqqında” Qanunla (23cü maddə) tənzimlənir. Həmin Qanunun 23.1, 23.2 və 23.3-cü maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından isə görünür ki, tələbkar şikayətində ləğv olunmasını xahiş etdiyi qərarın hansı tarixli olmasını qeyd etməmiş, həmçinin mübahisələndirdiyi qərarı şikayətinə əlavə etməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi geri qaytarılır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin qərarından icra sənədi üzrə tələbkar "xxxx" MMC həmin icra orqanının yerləşdiyi yerin məhkəməsinə deyil, Abşeron Rayon Məhkəməsinə şikayət vermiş, ərazi aidiyyəti pozulmuşdur. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, şikayət geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.3-ci maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 268.1-ci maddəsinə əsasən, maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1-ci maddəsinə əsasən, maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən, maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 363.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; (363.1.1) apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə (apellyasiya şikayətinin məzmunu) riayət edilmədən verilmişdirsə (363.1.1-1). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ərizəyə və şikayətə münasibət bildirərək aşağıdakıları qeyd edir: Mübahisələndirilən qərar Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş, mübahisə məhz həmin icra qurumunun vəzifəli şəxsinin fəaliyyəti ilə əlaqədar yaranmışdır. İcra icraatı çərçivəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsində təsbit edilmiş hüquqi yanaşma nəzərə alındıqda, birinci instansiya məhkəməsinin şikayətin ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmaması barədə nəticəsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.1, 400-cü maddələrini tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar