Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-9/2026 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (məruzəçi), X16 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, Maraqlı şəxs1 icra məmuru X13, İcra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkili Nümayəndə İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədi üzrə tələbkar X10 tərəfindən verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-335/2025 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İcra sənədi üzrə tələbkar X10 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmuru Vadim Əliyev və Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylının hərəkətlərinin qanunsuz hesab olunması və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədini icraata qəbul edərək qanuna müvafiq qaydada icra hərəkətlərinin görülməsi öhdəliyinin Maraqlı şəxs1 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X6 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X2, "xxxx" MMC-nin iştirakçısı X9 və "Magna Trans” MMC-nin iştirakçısı X4 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 15 olduğuna görə icra olunması üçün Maraqlı şəxs1nə yönəldilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 4 ilə yaxın müddət keçməsinə baxmayaraq icra sənədinin icra olunmasından ötrü icra məmuru tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bu 4 ilə yaxın müddət ərzində icra məmuru tərəfindən əsasız bəhanələr gətirməklə müxtəlif vasitələrlə icra sənədinin icrasından yayınmağa çalışmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 8(012)-335/2025 saylı qərardadı ilə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədi üzrə X1 şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan tələbkar X10 şikayət vermişdir. Abşeron rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli 8(012)-335/2025 saylı qərardadına əsasən, şikayət təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 30 iyun 2025ci il tarixli 8(012)-335/2025 saylı qərardadından tələbkar X10 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(105)-185/2025 saylı qərardadına əsasən, X5 şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 8(012)-335/2025 saylı qərardadı və həmin qərardadla bağlı 08 avqust 2025-ci il tarixli 8(012)-335/2025 saylı qərardadı ləğv edilmiş, şikayət yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-335/2025 nömrəli qərardadı ilə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədi üzrə X1 şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). İcra sənədi üzrə tələbkar X10 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə yenidən baxan Abşeron Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(012)-335/2025 saylı qərardad qəbul edərək yenidən icra sənədi üzrə X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsinin təmin edilməməsini qərara alınmışdır. Göründüyü kimi, hakim yenidən işə baxarkən apellyasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirmək əvəzinə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin sonuncu məhkəmə iclasına uzunmüddətli fasilə verərək gəlməsini gözləmiş və icra məmurunun dedikləri əsasında şikayət ərizəsini təmin etməmişdir. Bu səbəbdən də məhkəmə ərizənin təmin edilməməsi barədə qərarında yenə də xüsusi əsaslandırma aparmamışdır. Bu da ondan irəli gəlir ki, hakim işin mahiyyətinin nədən ibarət olmasının fərqinə varmamış və apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin nədən ibarət olması barədə qərarında heç bir qeyd aparmamışdır. Həmçinin həmin göstərişlər barədə də qərarında hər hansı əsaslandırma aparmamışdır. Bu səbəbdən də ümumi cümlələrlə ərizədə qeyd olunanların mahiyyətinə uyğun olmayan formada əsaslandırma etmiş və ərizənin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Qeyd olunan qərardad ləğv olunmalı və ərizəyə mahiyyəti üzrə yenidən baxılmalıdır. Qanunun tələbindən də göründüyü kimi, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən tələbkar olaraq icra sənədini nəzarət edən məhkəməyə müraciət etmək hüququ mövcuddur. Lakin Abşeron Rayon Məhkəməsi öz qərarı ilə bu hüququ məhdudlaşdırmışdır. Belə ki, verilən ərizənin mahiyyətindən də görünür ki, icra məmuru icra sənədini icraatına qəbul etməkdən əsassız şəkildə imtina edir və bu səbəbdən də bunun qarşısını almaq üçün məhkəməyə müraciət edilir. Lakin məhkəməyə ərizədə qeyd olunanlara aidiyyəti olmayan məsələləri qeyd edir. İcra məmurunun icra sənədinin geri qaytarma qərarı qüvvədə olsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “Lakin Kollegiya eyni zamanda qeyd ki, mövcud qərardad həmin icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsinə mane olmur”. Hazırki qərardadda da bununla bağlı Abşeron Rayon Məhkəməsi tərəfindən həmin məsələyə toxunulmamış və həmin məsələ ilə bağlı hüquqi mövqeyini bildirməmişdir. Halbuki elə bu şikayət ərizəsinin verilməsinin mahiyyətini icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsinə nail olmaq təşkil etmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-335/2025 saylı qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-335/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-ci il tarixli, 8(3- 8)-9/2026 nömrəli qərardadı ilə şikayətin baxılması mümkün hesab edilərək yazılı icraatda baxılması xx.xx.2026-cı il tarixə təyin edilmişdir. X1 vəkili Nümayəndə xx.xx.2026-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə müraciət edərək şikayətə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(012)-335/2025 nömrəli qərardadı ilə şikayətə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 İcra məmuru X19 şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclunun nümayəndəsi məkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli qərarı ilə “İcra haqqında" Qanunun 70.4-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 8(105)-88/2024 saylı qərardadından görünür ki, Maraqlı şəxs2 MMC-nin fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı qətnaməsi X3 münasibətdə icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. İşdə olan Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı qətnaməsi X11 və X7 münasibətdə icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşdə olan Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsi üzrə icraat başlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 251/2024 nömrəli qərardadı ləğv edilmiş, Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli qərarından tələbkar X10 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, “kollegiya yuxarıda sadalananları nəzərə alaraq, hesab edir ki, X8 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunduğundan, icra sənədində göstərilən tələblər (təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında tələbkara verilməsi, iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi) X8 tərəfindən hal-hazırkı vəziyyətdə icra edilməsi mümkün olmadığından, Maraqlı şəxs1 düzgün olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad edərək, icra sənədini ona münasibətdə geri qaytarmışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hal “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-18-ci maddələrində nəzərdə tutulmadığından və icra sənədi üzrə icraatın dayandırılması üçün əsaslar mövcud olmadığından, icra məmuru tərəfindən xx.xx.2023-cü il qərarın çıxarılması mövcud vəziyyətə uyğun olmuşdur. Lakin kollegiya eyni zamanda qeyd ki, mövcud qərardad həmin icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsinə mane olmur”. Həmçinin işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın qəbul olunmasından sonra Abşeron Rayon Məhkəməsi icra sənədini "xxxx" MMC-yə aid hissədə yenidən icraya yönəltmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq və yuxarıda göstərilən işin faktiki hallarını, qəbul edilmiş məhkəmə aktlarını nəzərə alaraq, hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icraata qəbul edilərək qanuna müvafiq qaydada "xxxx" MMC-yə aid hissədə icra hərəkətlərinin görülməsi öhdəliyi Maraqlı şəxs1 üzərinə qoyulmalıdır. Kollegiya həmçinin vurğulayır ki, icra sənədinin "xxxx" MMC-yə aid hissədə yenidən icraya yönəldilməsi, gələcəkdə həmin icra sənədi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından mövcud vəziyyətə görə icra məmuru tərəfindən müvafiq icra hərəkətlərin görülməsini və qərarların qəbul edilməsini istisna etmir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qaunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göstərilən Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Qeyd olunan Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələblərini və işin hazırkı faktiki hallarını əsas tutub hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-335/2025 nömrəli qərardadı ləğv edilməli, icra məmurunun hərəkətləri qanunsuz hesab edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icraata qəbul edilərək qanuna müvafiq qaydada "xxxx" MMC-yə aid hissədə icra hərəkətlərinin görülməsi öhdəliyi Maraqlı şəxs1 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-335/2025 nömrəli qərardadı ləğv edilsin. İcra məmurunun hərəkətləri qanunsuz hesab edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icraata qəbul edilərək qanuna müvafiq qaydada "xxxx" MMC-yə aid hissədə icra hərəkətlərinin görülməsi öhdəliyi Maraqlı şəxs1 üzərinə qoyulsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-9/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-9/2026
04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver