Məhkəmə qərarları › İş №8(3-8)-90/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-90/2026

30.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-90/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair icra məmurunun *5.*9.2*23-cü il tarixli qərarının ləğv edilməsi barədə tələbkar Tələbkar tərəfindən verilmiş şikayət üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26.*5.2*26-cı il tarixli, 8(*6*)-1329/2*25 nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədi üzrə icrata xitam verilməsinə dair icra məmurunun *5.*9.2*23-cü il tarixli qərarının ləğv edilməsi xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *9.*4.2*26-cı il tarixli, 8(*6*)-1329/2*25 saylı qərardadı ilə (hakim Elçin Kazımov) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədi üzrə icraatına xitam verilməsinə dair icra məmurunun *5.*9.2*23-cü il tarixli qərarının ləğv edilməsi barədə tələbkar Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(*6*)-1329/2*25 saylı, *9.*4.2*26-cı il tarixli qərardadının, icra məmurunun *5.*9.2*23-cü il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin təmin edilməsi və ona ödənilməmiş qalan 339*8 manat məbləğin tələbkar “xxxx” publik hüquqi şəxsdən alınması üçün zəruri icra tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar Tələbkar qərardaddan şikayət verməklə yanaşı şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə də məhkəməyə müracitə edərək, Sumqayıt Şəhər Məhkəməsinin *9.*4.2*26-cı il tarixli, 8(*6*)-1329/2*25 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərardad *9.*4.2*26-cı ildə qəbul edilərək həmin gün “Elektron məhkəmə” informasiya sistemindəki şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Lakin bu yerləşdirmə barədə ona heç bir rəsmi bildiriş, nə sistem bildirişi, nə SMS, nə də e-poçt məlumatı göndərilməmişdir. “Elektron məhkəmə” şəxsi kabinetinin “Bildirişlər” bölməsindən görünür ki, 8(*6*)-1329/2*25 saylı iş üzrə sonuncu bildiriş 19.*3.2*26-cı il tarixdə, saat 15:58-də alınmışdır. Həmin tarixdən sonra, o cümlədən qərardadın sistemə yerləşdirildiyi *9.*4.2*26-cı il tarixdə bu iş üzrə ona hər hansı bildiriş çatdırılmamışdır (bax: Əlavə 2 - “Bildirişlər” bölməsinin ekran görüntüsü). Sistemin bildiriş funksiyasının işləməməsi səbəbindən qərardadın mövcudluğu barədə 13.*5.2*26-cı ildə şəxsi kabinetini yoxladığı zaman məlumat əldə etmişdir. Müddətin buraxılması onun laqeydliyindən və ya prosesi qəsdən uzatmaq niyyətindən irəli gəlmir. Hazırkı halda qərardad elektron kabinetə yerləşdirilsə də bu barədə ona qanunda nəzərdə tutulan qaydada məlumat çatdırılmamışdır. Bu səbəbdən şikayət müddətinin buraxılması ondan asılı olmayan üzrlü səbəblərlə bağlıdır. Qərardaddan 13.*5.2*26-cı ildə xəbərdar olduqdan sonra qısa müddət ərzində şikayəti hazırlayaraq müddətin bərpası üçün bu vəsatəti şikayətlə birlikdə təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26.*5.2*26-cı il tarixli, 8(*6*)-1329/2*25 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin *9.*4.2*26-cı il tarixli, 8(*6*)-1329/2*25 saylı qərardadından iş üzrə tələbkar Tələbkar tərəfindən verilmiş şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, ərizədə qeyd etdiyi halların heç biri üzürlü səbəb olmaq üçün əsas deyildir. Həmin qərardaddan narazı qalan tələbkar Tələbkar 22.*6.2*26-cı il tarixdə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(*6*)-1329/2*25 saylı, 26.*5.2*26-cı il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müddətin buraxılmasına səbəb onun deyil, dövlət informasiya sisteminin hərəkəti – daha doğrusu, hərəkətsizliyi – olmuşdur. O, *9.*4.2*26-cı il tarixli qərardaddan apellyasiya şikayəti vermək niyyətində idi. Lakin həmin qərardad “Elektron məhkəmə” informasiya sistemindəki şəxsi elektron kabinetinə yerləşdirilsə də bu barədə ona qanunda və müvafiq Əsasnamədə nəzərdə tutulan heç bir rəsmi bildiriş – nə sistem bildirişi, nə SMS, nə də elektron poçt məlumatı – göndərilməmişdir. Bu baradə Məhkəmə Hüquq Şurasına da şikayətini bildirmişdir. Məhkəmənin icraatında 3*-a yaxın işi mövcuddur ki, bildiriş gəlmədiyi halda bu barədə vaxtında məlumat alması mümkün olmur. Bu bildirişi göndərmək onun öhdəliyindən kənardır. Şəxsi kabinetinin “Bildirişlər” bölməsindən aydın görünür ki, 8(*6*)-1329/2*25 saylı iş üzrə sonuncu bildiriş 19.*3.2*26-cı il tarixdə, saat 15:58-də alınmışdır. Həmin tarixdən sonra, o cümlədən qərardadın sistemə yerləşdirildiyi dövrdə bu iş üzrə ona hər hansı bildiriş çatdırılmamışdır. Sistemin bildiriş funksiyasının işləməməsi səbəbindən qərardadın mövcudluğu barədə yalnız 13.*5.2*26-cı il tarixdə, şəxsi kabinetini öz təşəbbüsü ilə yoxladığı zaman qərardadı əldə etmişdir. Şikayət olunan qərardadda göstərilən əsaslandırma faktiki olaraq yalnız bir fikrə söykənir: qərardad elektron kabinetə yerləşdirilibsə, tərəf onunla tanış olmuş sayılmalıdır və müddət bu andan axmağa başlayır. Bu yanaşma düzgün deyil. Sənədin kabinetə texniki yerləşdirilməsi onun tərəfə “rəsmi qaydada verilməsi” demək deyil. Əgər belə yanaşma qəbul edilərsə, sistemin bildiriş funksiyası işləməsə belə, prosessual müddətlərin ötürülməsinin bütün məsuliyyəti yalnız iştirakçının üzərinə düşər ki, bu da qanunla müəyyən edilmiş rəsmi məlumatlandırma təminatını mənasız edər. Hazırkı işdə müddətin bərpası barədə vəsatətinin əsas məzmunu ona bildirişin çatdırılmaması ilə bağlıdır. Qərardadın mövcudluğunu öyrəndikdən dərhal sonra, qısa müddət ərzində apellyasiya şikayətini hazırlayaraq 18.*5.2*26-cı il tarixdə şikayəti və onunla eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təqdim etmişdir. Beləliklə, Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinin tələbinə – müddətin bərpası ərizəsi ilə eyni zamanda buraxılmış prosessual hərəkətin yerinə yetirilməsinə – tam riayət etmişdir. Məhkəmə isə bu halı və təqdim etdiyi sübutu nəzərə almadan vəsatəti rədd etmişdir ki, bu da işin real məzmununun nəzərə alınmaması deməkdir. Qeyd olunmalıdır ki, qərardadın elektron kabinetə yerləşdirilmə tarixi şikayət olunan qərardadın özündə ziddiyyətli göstərilmişdir: bir hissədə *9.*4.2*26-cı il tarixli qərardadın 17.*4.2*26-cı il tarixdə saat 14:24-də kabinetə yerləşdirildiyi qeyd edilir. Müddətin hansı andan başladığı dəqiq müəyyən edilmədən və bildirişin ümumiyyətlə göndərilib-göndərilmədiyi araşdırılmadan müddətin buraxılması nəticəsinə gəlinməsi yolverilməzdir. Hətta yerləşdirmə tarixindən asılı olmayaraq, əsas məsələ – ona rəsmi bildirişin çatdırılmaması – həll edilməmiş qalır. Müddətin bərpası məsələsini həll edərkən məhkəmə iki əsas meyarı – müddətin buraxılması səbəbinin obyektiv (şəxsin iradəsindən asılı olmayan) xarakterini və şəxsin sonradan ağlabatan müddətdə hərəkət edib-etmədiyini – birlikdə qiymətləndirməli idi. Hazırkı işdə hər iki meyar onun lehinədir: müddətin buraxılması sistemin nasazlığından qaynaqlanmış, o, isə qərardaddan xəbər tutan kimi dərhal hərəkət etmişdir. Məhkəmə isə bu meyarları iş materiallarına tətbiq etmədən yalnız formal nəticə ilə kifayətlənmişdir. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamədə (Azərbaycan Respublikası Prezidentinin *1.*6.2*2*-ci il tarixli, 1*43 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) açıq şəkildə müəyyən edilmişdir ki, məhkəmə sənədləri iştirakçıların elektron kabinetlərində yerləşdirilməklə yanaşı, bu barədə onlara həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt və SMS ilə) məlumat çatdırılmalıdır. Şikayət olunan qərardadda bu imperativ tələb formal olaraq belə qeyd edilməmiş, məlumatlandırma vəzifəsinin yerinə yetirilib-yetirilmədiyi ümumiyyətlə araşdırılmamışdır. Bu, Əsasnamənin mahiyyətinə ziddir. Beləliklə, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 26.*5.2*26-cı il tarixli qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Müddətin buraxılması onun laqeydliyindən deyil, ondan asılı olmayan üzürlü səbəbdən – dövlət informasiya sisteminin bildiriş funksiyasının işləməməsindən – irəli gəlmişdir. Buna görə də şikayət olunan qərardad ləğv edilməli, buraxılmış prosessual müddət bərpa edilməli və apellyasiya şikayətimin qanunla müəyyən edilmiş qaydada baxılması təmin olunmalıdır Sumqayıt Şəhər Məhkəməsinin 25.*6.2*26-cı il tarixli, 8(*6*)-1329/2*25 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(*6*)-1329/2*25 saylı, 26.*5.2*26- cı il tarixli qərardadı və həmin qərardadla bağlı 25.*6.2*26-cı il tarixli, 8(*6*)-1329/2*25 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(*6*)- 1329/2*25 saylı, *9.*4.2*26-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpasından imtina etməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmənin *9.*4.2*26-cı il tarixli qərardadı 17.*4.2*26-cı il tarixdə elektron məhkəmə informasiya sistemində ərizəçinin elektron kabinetinə yerləşdirilmişdir. Lakin, “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar 2*26-cı ilin aprel-may aylarında istifadəçilərin elelktron kabinetlərinə yerləşdirilmiş sənədlərə dair məlumatların həmin sistem vasitəsilə elektron qaydada istifadəçilərə bildirilməsində bəzən texniki problemlər olması məlum olan haldır. Şikayətçi tərəfindən təqdim edilmiş Şəxsi kabinetinin “Bildirişlər” bölməsindən də görünür ki, ona sonuncu bildiriş 19.*3.2*26-cı il tarixdə çatdırılmamışdır. Buraxılmış prosessual müddəti bərpa etməyən birinci instansiya məhkəməsi qeyd edilən halları aydınlaşdırmamaqla səhv nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(*6*)-1329/2*25 saylı, *9.*4.2*26-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 9.2.13-ci bəndinə əsasən məhkəmə işləri üzrə işdə iştirak edən şəxslər informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədlərini bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirmək və onlara bu barədə məlumatı həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) çatdırmaq informasiya sistemi iştirakçılarının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində verilir. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.*.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.*.3, 4** və 4*2ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(*6*)-1329/2*25 saylı, 26.*5.2*26-cı il tarixli qərardadı və həmin qərardadla bağlı 25.*6.2*26-cı il tarixli, 8(*6*)-1329/2*25 nömrəli qərardadı ləğv edilsin. Tələbkar buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(*6*)-1329/2*25 saylı, *9.*4.2*26-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar