Məhkəmə qərarları › İş №8(3-8)-93/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-93/2026

30.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-93/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Borclu Borclu tərəfindən verilmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026cı il tarixli qərarının ləğv edilməsinə dair şikayətin rədd edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ Borclu Borclu şikayətlə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin e- *(***)-****/****-*** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrasının, iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılması və bu əsasda Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin e******/****-**-** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin e-*(***)-****/****-*** saylı, ##.##.2026-cı il tarixli icra sənədi Şamaxı rayoon İcra və Probasiya Şöbəsinə daxil olmuş və oradan isə ona ##.##.2025-ci il tarixdə bildiriş və ona əlavə olunmuş eyni tarixli qərar göndərilmişdir. Bu qərar ona ##.##.2025-ci il tarixdə verilmişdir. Odur ki, bu qərardan ##.##.2026cı il tarixi də daxil olmaqla, həmin vaxtadək məhkəməyə şikayət etmək hüququ vardır və sözügedən qərarın özündə də, bu hüququ yazılmışdır. Həmin qərarda yazılmışdır ki, məhkəmənin qərarı ilə o, 3379 manat 69 qəpik əsas və ödənilmiş 53 manat 79 qəpik dövlət rüsumu – pul vəsaiti ondan tutularaq, Tələbkar ASCnin xeyrinə ödənilməlidir. Bu əsasla məhkəməyə şikayət edir. Onun Şamaxı rayon Məhkəməsinin e-*(***)-****/****-*** saylı iş üzrə aktından xəbəri yoxdur. Bu barədə ona hər hansı məhkəmə bildirişi göndərilməmişdir. Ona görə də, o, Şamaxı rayon Məhkəməsinə buna görə tezliklə müraciət edəcəkdir və həmin məhkəmə aktını alıb, ondan apellyasiya şikayəti verəcəkdir. Odur ki, yoxsa xəlvətcə aparılmış iş üzrə onun məhkəməyə müraciət etmə hüququ pozulmuş olur. Bu səbəbdən Şamaxı rayon Məhkəməsinin e-*(***)- ****/****-*** saylı iş üzrə aktı qanuni qüvvəyə minmiş hesab edilə bilməz. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə, Borclu tərəfindən Şamaxı rayon Məhkəməsinin e-2(074)- ****/****-*** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrasının, iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılması və bu əsasda Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin e******/****-**-** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə verilmiş şikayət təmin edilməmişdir. Hazırda borclu Borclu Əbülfəs oğlu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin *(*- ***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılmasını, ərizəsinin təmin eidlməsini və iş üzrə ərizənin və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdi. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan: İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin ## ### 2026-cı il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Borclu 10 gün müddətinə tələbin könüllü icra edilməsi təklif olunmuşdur. Borclu şikayətinin əsası kimi Şamaxı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*(***)- ****/**** saylı qətnaməsindən xəbərsiz olduğunu və məhkəməyə müraciət edərək, həmin məhkəmə aktını alıb, apellyasiya şikayəti verəcəyini göstərir. Borclu tərəfindən qeyd olunan hallar həqiqəti əks etdirmədiyindən məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, Şamaxı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi borclu Borclu elektron məhkəmə informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə ##.##.2026-cı il tarixdə yüklənmişdir. Bununla da, Borclu həmin qətnamə barədə məlumatlı olmuşdur. Daha sonra, borclu tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsi ilə Borclu apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunan iş Şamaxı rayon Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə tərəfindən icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Şamaxı rayon İcra və Probasiya göndərilmişdir. Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən haqlı olaraq da, icraata başlama haqqında ##.##.2026-cı il tarixli qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları icra sənədi sayılır. Həmin Qanunun 8.1 maddəsinin ikinci cümləsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. İstinad olunan Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmaq, müvafiq qərar qəbul etmək, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək icra məmurunun vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci və 18-ci maddələrində icraatın dayandırılmasının məcburiliyi və icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmişdir. Borclu Borclu tərəfindən verilmiş şikayətdə isə, həmin maddələrdə göstərilən hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun Şamaxı rayon Məhkəməsinin e-*(***)-****/****-*** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrasının, iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılması və bu əsasda Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin e******/****-**-** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsinə dair şikayətin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası şikayətdə göstərildiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400- 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar