Məhkəmə qərarları › İş №8(3-8)-97/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-97/2026

11.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-97/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Q.Abasov) Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin möhlət verməklə icra olunması barədə borclu Borclu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu məxsus əşyalar iddiaçı Tələbkar məxsus Şamaxı rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Borclu Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Borclu Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi icra edilməsindən ötrü aidiyyatı üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı ona könüllü icra barədə bildiriş gəlmişdir. Bildirir ki, tərəfindən Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icra edilməsinə 6 aylıq möhlət verilməsi zərurəti yaranmışdır. Belə ki, bu 6 aylıq möhlət müddətini istəməyinin əsas səbəbi, odur ki, tələbkar Tələbkar evinə gəlin gələn zaman həmin əşyaları ora gətirmişdir. Tələbkarın oğlu X1 ilə aralarında olan nikah pozulduğundan əşyaları olan tələbkarın evindən xeyli müddətdir ki, çıxmışdır. Hal-hazırda o, ata evində yox, məcburiyyətdən Bakı şəhərində kirayədə qalmaqla, orada işləyir. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi icra edilməsindən ötrü ona aid olan əşyaların çıxarılıb başqa yaşayış sahəsinə tapmaqla ora daşınması üçün, yük avtomobli ilə həmin əşyaların daşınması üçün tək qadın olaraq maddi imkanının olmaması kimi çətinlikləri vardır. Odur ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini könüllü icra etməkdən ötrü başqa yaşayış sahəsinin tapılması üçün ona vaxt və maddi imkan əldə etməkdən ötrü 6 ay möhlət verilməsini xahiş edir. Belə ki, o, icra sənədinin icrasından boyun qaçırmır və icra sənədini icra edəcəyinə söz verir. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını və şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsini ərizəçi tərəfindən ərizədə göstərilən dəlilləri müstəsna hal kimi qiymətləndirməməsi və ərizədə göstərilən dəlilləri qərarın icrasına möhlət verməklə icra olunması üçün əsas hesab etməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. MPM-in 231.1-ci maddəsinə görə qətnamənin icrasına möhlət verilməsi məhkəmənin avtomatik təmin etməli olduğu tələb deyil, bu, tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla məhkəmənin qiymətləndirmə səlahiyyətidir. Möhlət yalnız borclunun ərizədə göstərdiyi halların obyektiv, real və sübut olunmuş olması, həmin halların qətnamənin hazırda icrasını əhəmiyyətli dərəcədə çətinləşdirməsi və möhlətin müddətinin ağlabatan olması halında əsaslı sayıla bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən icranın məcburiliyinin əsas prinsip olduğunu və möhlətin istisna xarakter daşıdığını vurğulayır. “İcra haqqında” Qanunun 15-ci maddəsi də möhlət məsələsinin borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla MPM-in 231-ci maddəsinə uyğun həll edilməsini nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxsin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə haqlıdır. Göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini məhkəmənin məcburi vəzifəsi kimi deyil, konkret işin halları nəzərə alınmaqla həyata keçirilən hüquqi qiymətləndirmə məsələsi kimi müəyyən etmişdir. Qətnamənin icrasına möhlət verilməsi institutunun məqsədi qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını aradan qaldırmaq və ya qeyri-müəyyən müddətə təxirə salmaq deyil, obyektiv və müstəsna xarakter daşıyan halların mövcudluğu şəraitində icranın müəyyən müddətə keçirilməsini təmin etməkdir. Bu baxımdan, möhlət tələb edən tərəf belə halların mövcudluğunu əsaslandırmalı və müvafiq sübutlarla təsdiq etməlidir. İş materiallarından görünür ki, borclu qətnamənin icrasına möhlət verilməsini zəruri edən hallara istinad etsə də, həmin halların qətnamənin hazırda icrasını obyektiv olaraq mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, borclunun əmlak vəziyyətinin və istinad etdiyi digər halların möhlət verilməsini zəruri edən səviyyədə olduğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məcburidir. Qanunvericilikdə nəzərdə tutulmuş möhlət institutu həmin məcburilik prinsipinin istisnası olmaqla, yalnız konkret hallarla şərtləndikdə tətbiq edilə bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də məhkəmə aktlarının icrasının məcburiliyi əsas prinsip olmaqla yanaşı, tərəflərin hüquq və qanuni mənafelərinin nəzərə alınması məqsədilə icranın təxirə salınması imkanının mövcudluğu qəbul edilir. Birinci instansiya məhkəməsi ərizədə göstərilən halları və təqdim edilmiş sübutları düzgün qiymətləndirmiş, qətnamənin icrasına möhlət verilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə əsaslı şəkildə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar