Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-119/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, “İcraata xitam verilməsi haqqında” Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmurunun ##.##.2023-cü il tarixli qərarından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət üzrə Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçılar Ərizəni verən şəxs, maraqlı şəxs9 Ağabəy qızı, maraqlı şəxs7, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs6, maraqlı şəxs8, maraqlı şəxs5, maraqlı şəxs2 cavabdeh Borclu qarşı mülkiyyətində olan torpaq sahəsindən istifadəyə qadağa qoyulmaqla torpaq sahəsindən çıxarılma, cavabdeh və onun ailəsinə məxsus torpaq sahəsinin tanıdılması tələbi qismən təmin edilmiş, iddiaçıların mülkiyyətində olan, Lənkəran rayonu Zövlə kəndində yerləşən 0.95 hektar torpaq sahəsinin 0.2729 hektardan ibarət hissəsindən cavabdeh Borclu çıxarılması və həmin torpaq sahəsindən istifadənin cavabdehə qadağan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. ##.##.2022-ci il tarixli qərarı ilə icra üzrə icraata başlanılmışdır. Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 ##.##.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduğuna görə) xitam verilmişdir. İş üzrə tələbkar Ərizəni verən şəxs icra üzrə icraata xitam verilməsi barədə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ##.##.2023-cü il tarixli qərarından şikayət vermişdir. Şikayətində tələbkar icra məmurunun qərarının ləğv edilməsi və işin yenidən icra olunmaq üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir Tələbkar şikayətini belə əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2021-ci il tarixli *(***)-**/**** nömrəli qətnamə icra olunmur. Buna birinci səbəb Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru qətnaməyə laqeyd münasibət bəsləyərək məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmasıdır. Digər səbəb isə Lənkəran rayonu Zövlə kənd bələdiyyəsinin sədri Niyaməddin Məmmədov, Kadastr İdarəsinin torpağın texniki təsvir şöbəsinin sabiq müdiri, həmin idarənin hal-hazırki müdiri Nail Abıyev və əməkdaşı Qiyas Quliyevdir. Onları hər üçü Zövlə bələdiyyəsinin sədri Niyaməddin Məmmədovla əlbir olub ona məxsus pay torpağından 0.70 hektardan ibarət hissəni öz maddi maraqlarına görə Borclu sataraq onun pay torpağının cizgilərini, koordinatlarını, sərhədlərini, döngələrini və yerləşdiyi mövqeyini elektron bazada təhrifə yol verərək, saxtakarlıq yolu ilə Melorasiya və Su Təsərrüfatı İstismar İdarəsinin balansında olan, Lənkəran rayon Yuxarı Xanbulançay İdarəsinin nəzdində olan Ulumçayın sol mühafizə zolağına sürüşdürərək saxta xəritə tərtib etmişlər. Adları çəkilən məmurlar onun və ailəsinin konstitusion hüquqlarını və mülkiyyət hüquqlarını ciddi pozaraq onlara maddi ziyan vurmuşlar. Borclu dövlət tərəfindən ona və ailəsinə verilmiş pay torpaq sahəsi 0.62 hektar olsa da, Nail Abiyev və Qiyas Quliyev öz maraqlarına görə Borclu çıxarış sənədi verərək ona 1 hektar 30 sot torpaq sənədinə dair saxta sənəd vermişlər. Eyni zamanda, Lənkəran İcra və Probasiya şöbəsinin əməkdaşı Çinar Abbaszadə, bələdiyyə sədri Məmmədov Niyaməddin və Quliyev Qiyas özləri ilə gətirdikləri hazır akta imza edib sonra ondan da həmin akta imza etməsini tələb etmişlər. Lakin həmin şəxslər məhkəmə qərarını icra etmədiklərinə görə onların tərtib etdikləri saxta akta etiraz etmiş və akta imza etməkdən də imtina etmişdir. Buna baxmayaraq icra məmuru məhkəmə qərarın icrasına xitam vermişdir. O, həmin məsələ ilə əlaqədar aidiyyəti təşkilatlara, o cümlədən ölkə başçısına müraciət edəndən sonra Lənkəran İcra və Probasiya şöbəsinin rəisi onu icra qurumuna dəvət etmiş, qeyd olunan icra işini oxuyandan sonra ona icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardadın məhkəməyə şikayət verə biləcəyini izah etmişdir. Birinci instansiya məhkəməsində borclu Borclu tələbkarın şikayətini əsassız sayaraq onu qəbul etmədiyini bildirmiş, izahatında qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi üzrə icra sənədi tam icra olunmuş, Lənkəran rayonu Zövlə kəndində yerləşən 0.95 hektar torpaq sahəsinin 0.2729 hektar hissəsi tələbkarın, icra məmurunun, mütəxəssisin və bələdiyyənin nümayəndəsinin iştirakı ilə ayrılaraq tələbkara təhvil verilmişdir. Ölçmə işləri aparılanda o özü iştirak etməmiş, lakin tələbkarın mübahisələndirdiyi torpaq sahəsi onun özünün iştirakı ilə ayrılaraq ona təhvil verilmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xitam verilməsi barədə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, icra sənədinin, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan borclu Borclu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətində göstərmişdir ki, o, məhkəmənin qərardadı ilə razı deyildir. Tələbkar Ərizəni verən şəxs şikayət ərizəsində qeyd etdikləri hamısı fərziyyədir və heç bir sübuta əsaslanmır. Tələbkarın iddia tələbi üzrə çıxarılmış Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsinə dair icra sənədi ## #### 2023-cü il tarixdə icra olunmuş, bununla bağlı icra məmuru tərəfindən müvafiq akt da tərtib edilərək iştirakçılara oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır və bundan sonra da icra məmuru ## #### 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Tələbkar Ərizəni verən şəxs həmin icra sənədinin icrasından narazı idisə və ## #### 2023-cü il tarixli qərar ona rəsmi qaydada təqdim edilməmişdirsə, nəyə görə bununla bağlı vaxtında icra məmuruna rəsmi qaydada müraciət edərək qərarın sürətin almamışdır. Bundan başqa, tələbkar şikayətini əsaslandırmamışdır. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə borclunun şikayəti təmin edilməmiş, baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İşin hallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək iddiaçıların mülkiyyətində olan, Lənkəran rayonu Zövlə kəndində yerləşən 0.95 hektar torpaq sahəsinin 0.2729 hektardan ibarət hissəsindən cavabdeh Borclu çıxarılması və həmin torpaq sahəsindən istifadənin cavabdehə qadağan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 ##.##.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xitam verilməsi barədə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ##.##.2023-cü il tarixli qərarı mülki-prosessual qanunvericiliyin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab vermir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Hazırki ərizə ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmurlarının, DƏDRX-nin əməkdaşının, Lənkəran rayonu Zövlə kənd bələdiyyəsinin sədrinin, tələbkar Ərizəni verən şəxs və borclu Borclu iştirakı ilə tərtib edilmiş ##.##.2023-cü il tarixli aktlarda Lənkəran Rayon Məhkəməsinin ##.##.2021ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi üzrə icra sənədinin icrası ilə əlaqədar adı çəkilən şəxslərin həmin tarixdə mübahisəli ərazidə olduqları, həmin icra sənədində qeyd olunan tələbin tam şəkildə icra olunduğu qeyd olunmuşdur. Lakin həmin akt tələbkar Ərizəni verən şəxs tərəfindən imzalanmamışdır. Tələbkar şikayətində icra sənədinin tam icra edilmədiyini bildirmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, icra işinin materiallarından və ##.##.2023-cü il tarixli aktdan Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə dair icra sənədinin tam şəkildə icra edildiyi müəyyən olunmur. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Borclu Borclu şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-119/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-119/2026
07.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver