Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-12/2026 11.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu X2 ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 8(064)-111/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: X1 (Maraqlı şəxs2) qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilərək 18 yanvar 2024-cü il təvəllüdlü qızı X8 ilə ünsiyyətdə olma vaxtının hər həftənin 1-ci və 5-ci günləri saat 15:00-dan saat 16:00-dək ananın iştirakı ilə, uşağın ad günündə isə saat 15:00-dan saat 16:00-dək ananın iştirakı ilə Maraqlı şəxs1 inzibati binasında təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra X1 məhkəməyə dəqiqləşdirilmə barədə ərizə verərək ərizəsində yanlış olaraq tərəf kimi özünün iddiaçı əvəzinə ərizəçi, cavabdeh qismində qeyd etdiyi X5 isə maraqlı şəxs kimi nəzərə alınması xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 8(064)-111/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim: Səkinəxanım Məmmədli) ərizənin qismən təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, 18 yanvar 2024-cü il təvəllüdlü X8 yaşayış yeri üzrə hər həftənin 1-ci və 5-ci günləri saat 15:00-da, həmçinin uşağın ad günündə saat 15:00-da Maraqlı şəxs2 tərəfindən X4 təhvil verilsin, həmin günlərdə, yəni hər həftənin 1-ci və 5-ci günləri saat 16:00-da, həmçinin uşağın ad günündə saat 16:00-da isə eyni ünvanda X7 tərəfindən Maraqlı şəxs2 təhvil verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxs2 məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 8(064)-111/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(064)-111/2025 saylı qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 8(064)-111/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında deyilir: “2.5. 12-ci bəndin mətni 12.2-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 12.1-ci bənd əlavə edilsin: “12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: İddia təmin edilsin. İddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin.” Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.” Kollegiya şikayətin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: Şikayətinin dəlilləri və iş materialları araşdırıldıqda müəyyən edilir ki, şikayət birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın hüquqi mahiyyətinin və qanuniliyinin təkzibinə deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının konkret mexanizminin müəyyən edilməsi ilə bağlı qəbul edilmiş prosessual qərarla razılaşmamağa yönəlmişdir. Bu səbəbdən şikayətdə göstərilən dəlillər qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinin qanunsuz olduğunu təsdiq etmir və hüquqi baxımdan əsaslı hesab edilə bilməz. İş materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 1270/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 18 yanvar 2024-cü il təvəllüdlü qızı X8 ilə ünsiyyətdə olma vaxtı hər həftənin 1-ci və 5-ci günləri saat 15:00-dan 16:00-dək, habelə uşağın ad günündə saat 15:00-dan 16:00-dək ananın iştirakı ilə müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixində icraya yönəldilmişdir. Beləliklə, valideynin uşaqla ünsiyyət hüququnun mövcudluğu, ünsiyyətin vaxtı və şərtləri artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir və hazırkı iş çərçivəsində bu məsələlər yenidən müzakirə predmetinə çevrilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla qəbul edilmiş qərar qətnamənin mahiyyətinə, tərəflərin maddi hüquqlarına və ya ünsiyyətin həcminə dair hər hansı dəyişiklik etməmiş, yalnız qətnamənin icrasının mümkün və effektiv həyata keçirilməsi məqsədilə onun icra üsulu və qaydasını konkretləşdirmişdir. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə qətnamənin icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu norma qətnamənin icra edilməsini təmin edən prosessual mexanizmdir və qətnamənin yenidən baxılması və ya dəyişdirilməsi ilə eyniləşdirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarı ilə verilmiş izahda da açıq şəkildə göstərilmişdir ki, ünsiyyətə dair qətnamələrdə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələ Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi yolu ilə həll edilməlidir. Birinci instansiya məhkəməsi məhz həmin Plenum izahına uyğun olaraq, icra mərhələsində yarana biləcək qeyri-müəyyənliyi aradan qaldırmaq, tərəflərin qarşılıqlı öhdəliklərini dəqiq müəyyən etmək və qətnamənin icrasını real və icraolunan hala gətirmək məqsədilə uşağın konkret günlərdə və saatlarda təhvil verilmə qaydasını müəyyən etmişdir. Şikayətdə irəli sürülən arqumentlər – uşağın yaşı, sağlamlıq vəziyyəti, psixoloji bağlılığı və digər hallar artıq ünsiyyət hüququnun müəyyən edildiyi Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsinin predmetinə aid olub, icra üsulunun dəyişdirilməsi mərhələsində həmin məsələlərin yenidən qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin məqsəd və hüdudlarından kənara çıxır. Qeyd edilən hallar qətnamənin icrasının mümkünsüzlüyünü sübut etmir və icra üsulunun müəyyən edilməsinə hüquqi maneə yaratmır. Məhkəmə tərəfindən müəyyən edilmiş icra qaydası uşağın əvvəlcədən müəyyən olunmuş ünsiyyət vaxtı çərçivəsində, qısa müddətə və konkret saatlarda həyata keçirilməsini nəzərdə tutur və qətnamədə göstərilmiş “ananın iştirakı ilə ünsiyyət” şərtini ləğv etmir. Bu baxımdan, şikayətdə iddia edildiyi kimi, uşağın təhlükəsizliyinin zəiflədilməsi və ya ünsiyyət rejiminin ağırlaşdırılması halları iş materialları ilə təsdiq olunmur. Əksinə, qətnamənin icra üsulunun dəqiq müəyyən edilməməsi icranın mümkünsüzlüyünə, tərəflər arasında mübahisələrin davam etməsinə və nəticə etibarilə məhkəmə qətnaməsinin icrasız qalmasına gətirib çıxara bilər ki, bu da məhkəmə müdafiəsi hüququnun mahiyyətinə ziddir. Qeyd olunanları nəzərə alaraq Kollegiya, birinci instansiya məhkəməsinin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edilir. Şikayətdə göstərilən dəlillər isə subyektiv xarakter daşıyır, iş materialları ilə təkzib olunur və ərizənin rədd edilməsi üçün hüquqi əsas yaratmır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmış, gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 8(064)-111/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 8(064)-111/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-12/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-12/2026
11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver