Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-124/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X5 və X8 ibarət tərkibdə, Təqdimat verən orqan icra məmurunun borclu Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Kürdəmir Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında bağlanmış ## ####### 2019-cu il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən ödənilməmiş 120 000 (bir yüz iyirmi min) manat borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi icraya yönəldilmişdir. Təqdimat verən orqan rəisi vəzifəsini icra edən, R Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, tələbin borclunun əmlakına yönəldilməsi üçün borclu Borclu məxsus olan ünvan 2 ünvanda yerləşən 004011001564-05101-****** reyestr nömrəli qeyriyaşayış sahəsi üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin e-*(***)- ****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi ##.##.2025-ci il tarixdə Təqdimat verən orqan daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Borclu məxsus olan ünvan 1 ünvanda yerləşən 004011001564-05101-****** reyestr nömrəli qeyriyaşayış sahəsi vardır. Tələbin sözügedən əmlaka yönəldilməsi üçün üzərinə həbs qoyulması məqsədəuyğun hesab edilmişdir. İşin hallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Təqdimat verən orqan rəisi vəzifəsini icra edən, R Kamran Mirzəyevin təqdimatı təmin edilməmişdir. Tələbkar Tələbkar şikayəti əsasında işə baxılmış, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası ## #### 2026-cı il tarixə təyin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim X.İmanov) ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu Borclu mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 004011001564-05101-****** reyestr nömrəli qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulması, qərardadın icrasının Təqdimat verən orqan həvalə edilməsi qərara alınmışdır. Sonuncu qərardaddan borclu Borclu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Borclu şikayətini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir: ünvan 3 ünvanında yerləşən, 004011001564- 05101-****** reyestr nömrəli qeyriyaşayış sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin əmlakın hüquq sahibi X1r. Halbuki icra sənədi üzrə borclu Borcludur. Göründüyü kimi, söhbət eyni şəxsdən deyil, iki müxtəlif fiziki şəxsdən gedir. Buna baxmayaraq, məhkəmə həmin ziddiyyəti araşdırmadan, əmlakın həqiqətən borcluya məxsus olub-olmadığını müəyyən etmədən təqdimatın mahiyyəti üzrə baxılmasını təyin etmişdir. Bundan başqa, məhkəmə qərardadında həmin qeyri-yaşayış sahəsinin üzərinə guya Təqdimat verən orqan ##.##.2026-cı il tarixli qərarı ilə həbs qoyulduğunu göstərmişdir. Lakin iş materiallarında belə bir qərarın mövcudluğu və qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsi təsdiq olunmur. Həmin qərar nə iş materiallarına əlavə edilmiş, nə də borcluya təqdim olunmuşdur. Bu səbəbdən borclunun belə bir qərarın mövcudluğu barədə məlumatı olmamışdır, hazırda da məlumatı yoxdur. Məhkəmə mövcudluğu və hüquqi əsası sübuta yetirilməmiş, habelə icra icraatı iştirakçılarına təqdim olunması təsdiq edilməyən bir icra aktına istinad etməklə hüquqi nəticəyə gələ bilməz. İş materiallarında olan çıxarışın özündən görünür ki, sözügedən daşınmaz əmlakın mülkiyyətçisi borclu deyil, başqa şəxs – X1r. Belə olan halda, başqa şəxsə məxsus daşınmaz əmlakın borclunun əmlakı kimi qiymətləndirilməsi və onun üzərinə həbs qoyulmasının müzakirə edilməsi hüquqi cəhətdən yolverilməzdir. Şikayətə baxılmış, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. İşin hallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən kredit müqaviləsinə əsasən ödənilməmiş 120 000 (bir yüz iyirmi min) manat borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcraçının təqdimatında qeyd edilmişdir ki, müvafiq sorğular əsasında icra qaydasında borcun əmlaka yönəldilməsi məqsədilə borclunun əmlakı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemindən ##.##.2026-cı il tarixə daşınmaz əmlak məlumatlarına dair çıxarışda borclu Borclu aid 1109012137 qeydiyyat nömrəsi, 004011001564-05101-****** reyestr nömrəsi olan qeyriyaşayış sahəsi, mənzil və torpaq sahəsi aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ## ### 2026-cı il tarixli məktubunda ünvan 2 ünvanında yerləşən 1109012137 qeydiyyat nömrəsi, 004011001564-05101-****** reyestr nömrəsi olan qeyri-yaşayış sahəsi üzərinə e-*(***)- ****/****-*** saylı icra sənədi üzrə Təqdimat verən orqan ##.##.2026-cı il tarixli qərarı ilə həbs qoyulduğu göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əmlakın üzərinə həbs qoyulması barədə düzgün qənaətə gəlmişdir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ## ### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, daşınmaz əmlakın üzərinə icraçının qərarı əsasında həbs qoyulmuşdur. Borclu qərardaddan şikayətində göstərmişdir ki, üzərinə həbs qoyulan əmlakın mülkiyyətçisi o (borclu) deyil, X1r. Bu halda da Kollegiya qərardadın ləğvi üçün əsas tapmır. Belə ki, belə halda bu qərar Borclu hüquqlarına toxunmur. Mülkiyyətçi X1 isə əmlakın həbsdən azad edilməsi üçün hüququ vardır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas yoxdur, odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Borclu Borclu şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-124/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-124/2026
09.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver